Edebiyyat.az » Təqdimat » 4 kitab müəllifi Samir İmanov

4 kitab müəllifi Samir İmanov

4 kitab müəllifi Samir İmanov
Təqdimat
nemət
Müəllif:
16:55, 07 fevral 2020
2 434
0
4 kitab müəllifi Samir İmanov


 İmanov Samir Mahir oğlu 1981- ci il avqustun 27-də Sumqayıt şəhərində anadan olub. "Serebral İflic" xəstəliyindən əziyyət çəkir və 1-ci qrup əlildir.Təhsilini "Sumqayıt şəhər Evdə Təhsil" məktəbində alıb.
Əlilliyi olan insanlardan bəhs edən 4 kitabın müəllifidir.

"Hədəfdəki insan" "Mənim hədəfim" "Özünlə fəxr et" "Zəif əzələ güclü iradə"








 Azərbaycanda əlillik mövzusunda silsilə kitablar yazan ilk yazar Samir İmanovdur. Bir çox yazı müsabiqəsinin qalibidir. Dəfələrlə Fəxri Fərman, Diplom və digər mükafatlarla təltif edilib.
Respublika gözdən əlillər kitabxanasında səs montajçısı işləyib.
 Məktəblərdə şagirdlərə əlillik və əlil insanlar haqda təlimlər keçir. Fiziki məhdudiyyətli insanlar üçün yaradılmış "www.qartal.org" saytının rəhbəridir. Əlilliyi olan insanlara qarşı etiket qaydalarından bəhs edən sənədli filmin ssenari müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Ölkəmizdə istedadlı və bacarıqlı əlilliyi olan insanların yer aldığı və Əmək və əhalinin sosial müdafiəsi nazirliyi tərəfindən hazırlanan "Əlillik qüsur deyil" kitab-albomda yer alıb.
Ailəlidir, bir oğlu var.
Devizi: "Fiziki vəziyyətin necə olursa olsun "Özünlə fəxr et".



Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)