Edebiyyat.az » Fərid Muradzadə - Xəyanət

Fərid Muradzadə - Xəyanət

Fərid Muradzadə - Xəyanət
---
admin
Müəllif:
12:27, 15 yanvar 2026
118
0
Fərid Muradzadə - Xəyanət




Xəyanət ikiağlzlı xəncər kimidir,

Ağzını göstərər, arxası ilə kəsər. 

Yarası ağır olar, bir ömürlük sağalmaz,

Ürəyində iz qoyar, şırım açar,

Ölənədək unudulmaz. 

Xəyanət  bədənini satan fahişə kimidir, 

Əxlaqı olmaz, ərkanı olmaz.

Xəyanət nəşə kimidir, 

Uydurar, beynini qurudar

Səni öz məngənəsində sıxar,

sıxar əzablar içində. 

Sevgini öldürər içində...

Dəli olarsan

Unuda bilməzsən, unudularsan.

Xəyanət şahmar ilandır 

Qoynunda bəsləyərsən, yemləyərsən,

Amma qəfil çalar səni şah damarından!

Xəyanət pantomimo aktrisası kimidir 

Dilsiz,lal sükunət içində

Qıvrıla-qıvrıla şəhvətli oynayar

alçaq oyunlarını. 

Səni inandırar, qandırar

Dolama yollarda yüz dəfə dolandırar.

Sonra da uçurumdan atar aşağı 

Vicdansızlıq tonqalına 

Yanarsan diri-diri 

Qabarlı yaraların görünməz 

Ürəyinə düşən ləkə 

Ruhundan da silinməz. 

Xəyanət belədir 

Məqamı yetənə qədər

Nə görünməz  nə bilinməz....



Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)