Edebiyyat.az » Ədəbi tənqid » Uraqan Abdullayev - “Tənqidov Mənfəət” Obrazı.

Uraqan Abdullayev - “Tənqidov Mənfəət” Obrazı.

Uraqan Abdullayev - “Tənqidov Mənfəət” Obrazı.
Ədəbi tənqid
admin
Müəllif:
21:29, 04 iyun 2020
2 426
0
Uraqan Abdullayev - “Tənqidov Mənfəət” Obrazı.




 

Bu günkü yazım Ayxan Ayvazın "Bulvar yazarları" adlandırdığı tənqidi yazısı haqqında olacaq. Sözün açığı, ilk başda Azərbaycanın (satış üzrə) irəlidə gedən yazıçılarını gördükdə marağıma səbəb oldu, xəbərə daxil olub oxudum. Oxuyarkən mövzunun bir başa Rövşən Abdullaoğlu ilə əlaqədar olması və üstəlik yazıçının bostanına daş atmaq cəhdi, mənə görə, gündəmə gəlməkdən başqa bir şey deyildi. Əgər Ayxan Ayvaz bu yazısı ilə gündəmə gəlməyi düşünüb, xəbərinin reytinqini artırıb, bir neçə yüz baxış sayı qazanıb tənqid adı altında yazıçıları məsxərəyə qoyacaqsa, niyə görə də onun etdiklərini özünə qarşı etməyək? 

 

Bu yazdıqlarım tənqidçi baxışı deyil, yaranmış situasiya ilə bağlı fikirlərimi sizlərlə bölüşürəm. 

 

Gələk bu məqaləni yazan, "Mən necə Polad Alemdar oldum" kitabının müəllifinə. Yəni Ayxan Ayvazın öz aləmində tənqid saydığı alçaldıcı kəlmələrə. Bir şeyi dərk etmək lazımdır ki, onlar pis və ya yaxşı yazıçı ola bilərlər, amma həm onların oxucularını, həm də öz qələm kolleqalarına qarşı bu cür hörmətsizlik heç də düzgün davarnış deyil. Çünki adları çəkilən yazıçıların hər biri insanları kitaba yönləndirib. Amma “Ərə getməyin 49 qaydası" və ya “Polad Alemdar olmaq”la bağlı kitablar, əksinə insanları kitablardan daha da soyudur və soyudacaqdır. Neçə tanışım olub ki, bu adamın yazdığı “Necə Polad Alemdar oldum” adlı kitabının adını misal gətirərək yazışının özünü məsxərə obyektinə çevirib. 

 

Hz. Məhəmməd Peyğəmbərin bir kəlamı var: “Əgər sən birinin yaxşılığını istəyirsənsə, onu çəkib təklikdə bildirməlisən.” Ələxsus da, sən keçmişdə bu yazıçıdan müsahibə almısan və ondan insanlıq görmüsən. Amma Ayxan Ayvaz bu fikrin əksinə olaraq Varisi, Qaraqanı, Elxan Elatlınının adını qeyd etməklə yalnız və yanız gündəmə gəlib öz kitablarını satmaq, yaxud işlədiyi sayta reytinq gətirmək cəhdindən başqa bir şey etməyib. 

 

Bu cür məqalələri oxuyanda düşünürəm ki, sabah mən də irəlidə gedən yazıçılarımızdan biri olsam, əlbəttə mənim bostanıma daş atan "yeni cücərmiş yazıçılar" da olacaq. “Yeni cücərmiş yazıçı” deyəndə birbaşa Ayxan Ayvazı nəzərdə tutduğum üçün məni qınamasın, mən sadəcə onun etdiyi, öz aləmində tənqid adlandırdığı güzgünü elə özünə tərəf tutmuşam. Konfet düzəltmək istiyirsiniz, çox gözəl! Bəs nəyə görə öz əsərlərinizdən başlamırsınız? 

 

"Allahsızlar Şəhəri"ni indi çap edəcək olsaydım, kitabda “Həqiqət” obrazının üzünə duran "Həyasızov Abırsız," "Böhtanova Şər", "Şaxtayev Uydurma" kimi obrazların yanında, Ayxan Ayvazın timsalında "Tənqidov Mənfəət" obrazını da canlandırardım. Yekunda isə, qeyd etmək istəyirəm ki, bir yazarın öz kolleqaları haqqında "Bulvar yazarları" fikrini səsləndirməsindən sonra həmin insana "konduktor yazarı” kimi baxıram. Ümidvaram ki, Ayxan bəy onun təbirincə desək, "tənqidi yazı"mı özünə təhqir kimi qəbul etməz. Belə tənqidi yazı yazmağa nə var?!

 

Rövşən bəyə fikirlərim isə, fikrimcə redaktoru çox zəifdir. Axı Azərbaycan yazıçısı həm yazar, həm redaktor, həm korrektor, həm marketinq ustası olmalıdır. Ayxan Ayvazın yönəltdiyi tənqidləri redaktorların timsalında yönəltsəydi, bəlkə bir çox redaktor üzərinə düşən məsuliyyəti dərk edərdi. Çünki, kitabdakı yalnışlıqlar birbaşa yazarın nüfuzuna təsir edir.

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)