Edebiyyat.az » Ədəbi tənqid » Nemət Mətin - Balzakla Ronaldunu birləşdirən amil.

Nemət Mətin - Balzakla Ronaldunu birləşdirən amil.

Nemət Mətin - Balzakla Ronaldunu birləşdirən amil.
Ədəbi tənqid
admin
Müəllif:
21:34, 17 iyun 2021
1 702
0
Nemət Mətin - Balzakla Ronaldunu birləşdirən amil.


Uzaq Şərqdə Moso adlı bir bambuk ağacı bitir. Onu əkdikdən sonra 5 il müddətində ən ideal şərtlər altında belə, inkişaf etməz. Sonra sehrli bir əl dəymiş kimi birdən-birə 40-41 santimetr böyüməyə başlayar. 6 həftə ərzində təxminən 27 metr olar. Əslində yaşananlar sehr deyil. Moso ağacının birdən-birə sürətlə böyüməsinin səbəbi 5 il ərzində torpağa səbirlə saldığı dərin köklərdir.

Mustafa Kılınç - Qadınlar nə istəyir, kişilər nə verir?

Hər işin ustası olmaq üçün incəliyi yaratmaq lazımdır. Məsələn; C.Ronaldu penalti yerinə yetirəndə sol ayağını topun yanına elə möhkəm sıxır ki, top iki-üç santimetr göyə qalxır və sağ ayaqla zərbə vurur. Qapıçı elə bilir ki, top yerlə gələcək, amma göylə gəlir. İstər-istəməz qapıçı çaşır. Bunun üçün Ronaldu məşqlərdə tər töküb. M.U. klubununda oynayarkən komanda yoldaşı Tevez deyir ki, səhər 9-da məşq başlayanda o artıq zalda olurdu. 8-də gəlirdim. Yenə orada idi. Bir dəfə 7-nin yarısı gəldim ki, birinci gəlmiş olum. Yenə Ronaldu yarıyuxulu halda birinci gəlmişdi. M.Taysonun "ana" fəndi sağ(sol) əllə qabırğanın altına zərbə endirəndən sonra rəqibin əli açıldığı üçün sol(sağ) əllə çənənin altına endirdiyi zərbədir. İllərlğ əzmkar məşqin nəticəsidir. Rəssam Rembrandt qızılı rəngi daha effektli göstərmək üçün qızılı yaş toz halında kətanın lazım olan yerinə çiləyirdi. Ustad yazıçılar da öz üslubunu, yeniliyi tapmaq üçün bir çox incəliklər edirlər. Ustalıq incə işdir. Lakin ustalıq səviyyəsinə yetişməmişdən öncə daha ağır bir proses var. İlk abzasda yazılan bambuk növü kimi illərlə öz üzərində çalışmağı deyirəm. Kitablar oxumaq, analiz etmək, beynində uçuşan yeni fikirləri tutmağı bacarmaq, səyahət etmək, insanları tanımaq və sair və ilaxır. 
 Vaxtı ilə yazıçı Ken Kizi əlavə pul qazanmaq üçün ikinci iş tapır. Psixiatrın köməkçisi olur. Dəlixanada psixoloji və fiziki təcrübələrdə həvəslə iştirak edir. Özü də hərdən həblərdən istifadə edir. Gecə növbəsi olanda dəlilərlə söhbət edir və anlayır ki, heç də bütün dəlilər dəli deyil. Əksinə standart düşünən adamlar onları dəli sayaraq özlərindən uzaqlaşdırıblar. 1962-ci ildə "Ququ quşu yuvasının üzərindən uçarkən" əsərini yazır. Əsər  bir ilə bestsellerə çevrilir. Teatrda tamaşaya qoyulur. Başqa dillərə tərcümə olunur. Hətta 1975-ci ildə rejissor Miloş Forman əsər əsasında film çəkir və 5 oskar qazanır. Müəllif ağrılı prosesi keçməsəydi, duyuq düşməsəydi heç nə alınmayacaqdı. N.Tesla da duyuq düşüb deyə naqilsiz cərəyan ötürməyi kəşf edib. Yəni, evdə uzanaraq buna nail olmayıb. Bazarda naqillərə baxarkən bunu anlayıb. İki bir-birinə toxunmayan naqilin cərəyan ötürdüyünü görüb. Bütün məsələ də bundan ibarətdir. Gərək görə biləsən. Səttar Bəhlulzadə Azərbaycanı gəzərək gözəlliyi görə bilirdisə, Pol Qogen Taiti adalarının birinə getməli olur. 
  1899-cu ilin qışında Anton Çexov Yaltada yaşayırdı. Maksim Qorki ilə məktublaşmağa başlayan yazıçı ona 《Foma Qordeyev》romanını çapdan öncə göndərir və  haqqında məqalə yazmağı xahiş edir. Maksim Qorkinin belə şeylərdən zəhləsi getsə də Çexova etiraz edə bilməzdi. Bütünlükdə əsər Qorkinin xoşuna gəlir. Amma qeyd edir ki, həddindən artıq uzunçuluq edib. Növbəti məktubda Maksim Qorki Anton Çexova konkret izah edir ki, qısa yazmaq lazımdır. Məsələn "İnsan stula əyləşdi" yerinə "bəstəboy, sarışın kişi köhnəlmiş, qəhvəyi rəngi olan stula oturdu" yazmaq uzunçuluqdur.
 Sonra Qorki Çexova yazır ki, şəhərə gəlsin. Moskvaya və ya Sankt-Peterburqa. Çünki yazıçı yazıçıların yanında olmalıdır. Ədəbiyyat adamı ədəbi sferadan uzaq düşməməlidir. Maksim Qorki sonda qeyd edir:
"Çoxunu qəbul etmə, yarısına nifrət et, amma onlarla yaşa".
 Yazıçı, şair, heykəltaraş, bəstəkar, rəssam, alim və digər yaradıcı insanlar dünyanın axırında olsa belə uğurun arxasınca getməlidirlər. Nə təhsil, nə sistem, nə də başqa bir sədd qarşını kəsə bilməz.
 Onore de Balzak Vandom internat-kollecində oxuyanda müəllim keşiş idi. Dərslərə biganə yanaşan Balzakı tez-tez cəzalandırırdılar. Pilləkənin altındakı soyuq anbarda saxlayırdılar. O da öz növbəsində gizlətdiyi kitabları çıxarıb oxuyurdu. Yeddi il bu vərdiş davam edir. Qiymətləri də tədricən düzəlir. Amma Balzak o qədər arıqlayır ki, tez-tez huşunu itirir. Evlərinə məktub göndəriləndən sonra atası onu başqa iki məktəbə göndərsə də uğur qazana bilmir.
 Lev Tolstoy təhsil kursunda oxuyarkən Alman dili və Rusiya tarixindən qeyri-kafi qiymət aldığı üçün növbəti kursa keçə bilmir. Yay tətilində Monteskyö və Russonu oxuyandan sonra sətbəst həyat sürməyə qərar verir. Xeyli kitab oxuyur, vaxtaşırı dostları ilə ova gedir, yeyib-içir, şənlənir. Diplomu da ala bilmir. Borcu çox olsa da yazıçı kimi tanınandan sonra yavaş-yavaş borclarını qaytarır. 
 Bu iki böyük yazıçının həyatı onu göstərir ki, paketlənmiş, standart təhsil heç vaxt fərqli düşüncəyə sahib olacaq adam yetişdirə bilməz. Əsl təhsil fərdi olur. 
 Vəzifə, ad, diplom uğurunda aparılan mübarizənin qurbanları heç vaxt böyük əsərlər  yaza bilməyəcək və ədəbiyyatın insana təsirini hiss etməyəcək.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)