Edebiyyat.az » Film » Nuri Bilge Ceylan

Nuri Bilge Ceylan

Nuri Bilge Ceylan
Film
Necef Esgerzade
Müəllif:
13:55, 22 iyun 2019
1 909
0
Nuri Bilge Ceylan 26 yanvar 1959-cu ildə İstanbulda anadan olub. 
 
                                                                                                     
 Atası Mehmet Emin Ceylan aqrar sənaye mühəndisi, anası Fatma Ceylan evdar qadın idi. Nuri İstanbulun Badırköy ərazisində anadan olsada uşaqlığı ata yurdu olan Yenice-də keçir. Burda o məktəbi bitirir və Boğaziçi Unversitetinin “elekrotexnika” fakultəsinə daxil olur. Tələbəlik illəri Nurinin həyatında ən maraqlı və uzunmüddətli dönəm kimi qalır. O 8 illik tələbəlikdən sonra nəhayət ki, məzun olur. Bu illər ərzində sakit və təmkinli təbiəti ilə lal-dinməz kimi tanınır. Hər şeyə nisbi yanaşması, heç nəyə təəcüblənməməsi onun daim nəsə axtarmasından xəbər verirdi. Və həmin illərin bir günü Nuri fotoaparat alır. Amma yaşıdlarından fərqli o standart fotolardan qaçırdı. Lapdan, xəbər etmədən insanları təbii halları ilə obyektivinə salmağı sevirdi. 17 yaşı olarkən o artıq sərhədi aşıb, Almaniya, İsveç, Niderlandı tələbəlik illərinin dostu ilə səyahət etmişdi. Nurinin axtarışları bu aralar daha da artmışdı. Ən pisi isə o nə axtardığını özü də dərk etmirdi. Tək bir insanın görməsi lazım olan işlərə meyl edirdi. Qrup, kollektiv arasında işləmək onluq deyildi. Bacardıqca insanlarla ünsiyyətdən qaçar, təkliyə çəkilər, saatlarca klassik musiqi, xüsusən Montsartı dinlərdi. Yalnızlıq onun sümüyünə kimi işləmişdi.
  Türkiyə ona dar gəlir, boğulurdu. Boğaziçidə onun rahatlığı üçün hər şey var idi. Elə klassik musiqiyə vurğunluqda burdan başlamışdı. Günü mütaliyə, foto və musiqi ilə keçirdi, amma yenə də darıxırdı. Bu darıxmaq onu bu dəfə İngiltərəyə qədər apardı. Səyahətlər zamanı gördüyü mənzərələr, insanlar onun üçün ən gözəl hiss idi. Və bu hissi əbədi etmək üçün ona pul lazım idi. Ailəsinin göndərdiyi pul, özünün fotodan qazandıqları da onun səyahətlərini davamlı etməsinə heç cür çatmırdı. Odur ki, Nuri İngiltərədə ofisantlıq edib, növbəti səyahəti üçün pul toplayırdı. Adətən ən çox kitabdan təsirlənirdi. Oxuduqlarını canlı görmək istəyirdi. Həmin ərəfələrdə oxuduğu kitab Himalay dağlarının gözəlliyindən yazırdı. Nuri artıq qərar vermişdi. Hökmən Himalayı canlı-canlı görməlidi. Xeyli əziyyətdən sonra o Nepala çatmağı bacarır. Himalayı o ki var gəzdikdən sonra Nuri qəti bir qərar qəbul edir. Ən yaxşısı Türkiyədi və onun axtardığı elə öz vətənindədi. Türkiyəyə gələr gəlməz hərbi xidmətə yollanır. Nepaldan Türkiyəyə qayıtmaq ona asan başa gəlmir. Dehli-də almalarla qarın doyurmağa, turistlərin şəkillərini çəkərək pul toplamağa məcbur olur. Və nəhayət uzun ayrılıqdan sonra Türkiyə öz tərki dünya dərvişinə qovuşur. Arıqlamış, saçı ağarmış, gözlərində uçurumlar qədər dərinlik olan Nuri artıq nə istədiyini dərk etmiş halda idi. Bu halda hərbi xidmət ona çox asan gəlir. Burda o Roman Palanskinin “Roman” adlı film dərsliyi kitabını oxuyur və bu kitabdan sonra o özünün rejissor olacağına əmin olur. Amma kollektiv, qarmaqarışıq setləri düşünmək belə istəmir. Bütün hərbi xidməti dövründə beynində filmləri hansı tərzdə, necə çəkəcəyini düşünür. Amma ətrafı onun bu fikrinə bir qədər soyuq yanaşırlar. Hamı rejissorluğun necə çətin sənət olduğunu ona anlatmağa çalışır. Nuri bir qədər tərəddüd edir. Bu tərəddüd dövrü o “Memar Sinan Univeristetinə” daxil olur, amma 2 il sonra anlayır ki, o rejissor olmalıdı, vəssalam. Universitetlər sadəcə insanı gec-tez üzləşəcəyi problemlərdən uzaq saxlayan bəhanələrdən biridi. Bu əminliklə univesiteti yarıda buraxır, film sənəti ilə ciddi şəkildə maraqlanmağa başlayır. Filmdə dübutu aktyor kimi Mehmet Eryılmazın filmində olur. O aktyorluğa olan sevgisini anlayır. Amma bunu bildirmir, gizlədir. Çünki, ilk öncə rejissorluqdu. Elə məhz çəkildiyi kameranı Mehmetdən satın alan Nuri özünü sınamaq qərarına gəlir. İlk filmini 1995-ci ildə lentə alır. Bu qısa metrajlı film “Koza” adlanır. Qısa zamanda özünü ən yaxşı tərəfdən sübut edən rejissor adını Türkiyə, o cümlədən dünya kino tarixinin ən usta rejissorları sırasına yazır. Rejissor filmlərnin bir çoxunda amatör aktyorlarla işləyib. Bunlar isə rejssorun öz ailəsidi. 
 Filmləri o qədər içdəndir ki, bunları anlatmaq da olmur. İnsanların unutduqları, bəzən önəm vermədiyi, bəzən utanndığı bir çox amilləri o öz filmlərində yada salır. İnsan düşüncəsini, hissləri diaqlosuz, heç bir mahnıya, kəlməyə ehtyac olmadan tamaşaçıya yaşada bilir. Tamaşaçı və  baş qəhrəman arasında ürək bağı yaradır. “Gözəl sənətdi, amma film deyil” deyənlər az deyil Nuri Bilge Ceylan filminə baxanlar arasında. Amma filmdən qida alanlar üçün onun çəkdikləri ən lazımlı filmlərdən sayılır. Rejissor üslubuna görə onu İnqmar Berqman, Antonioni, Yasudziro Odzu və Anrey Tarkovski ilə müqayisə edirlər. 1990-cı ildə isə məhz Tarkovskinin filmini izləyərkən film yarıda buraxıb, zalı tərk etsədə, 4 il sonra isə Tarkovskinin eyni filminə baxıb olduqca təsirlənmişdi. Filmlərinə ssenariləri özü yazır və ən xırda detala qədər ssenaridə qeyd edir ki, çəkiliş meydançasında vaxt itkisi olmasın.“Mənim həmişə alternativ qərarım olur. Rejissor çəkiliş zamanı əsas insandı. Mən görəndəki, çəkmək istədiyim alınmır, dəxli olmayan, lazımsız bir kadrı çəkməyi tapşırıram. Niyə? Çünki, mən əgər qərarsız görünsəm hamı ruhdan düşə bilər. Ona görə maksimum qərarlı görünürəm çəkilişdə. Həmin dəxilsiz kadr çəkilən zaman isə mən mənə lazımlı olan kadrları seçirəm.”Dediyinə görə ən onun filmləri bir günə çəkilib, bir ilə montaj oluna bilər, çünki filmdə ən önəmli cəhət montaj və kadr seçimini sayır“İstənilən yerdə, məkanda gözəl kadr tutmaq olar. Əsas kameranın qoyulması üçün lazım olan o “qızıl nöqtəni” tapmaqdı.”Çəkiliş meydançasında az insan olmasını sevir. “Mən əvvəllər filmlərin çəkilişinə baxanda dəhşətə gəlirdim ki, burda kim nə edir? Rejissorun yanında 30 adam və meydançada insanlar ora bura qaçışırlar. Və onların hər birinə pul ödənilir və bu bir yana mən həmin rejissorun yerinə heç olmaq istəməzdim. Mənim ilk tam metraj “Kasaba” filmini iki nəfər çəkib- mən və asistentim. Bir işi bir nəfər görə bilirsə niyə 10 nəfər də ona kömək etməlidi?!”İndi isə rejissorun filmlərinə nəzər salaq:
 
1. Koza (1995)Koza filmi rejissorun debüt filmidi. 20 dəqiqəlik film “Kann festivalı”nın da qısa filmlər arasında nominant olub. Nuri ilk filmdəcə tərzi ilə diqqətləri cəmlədi. Kamera səssiz olduğundan, səs filmə sonradan əlavə olunub. Filmdə əsas rolları Nurinin ata və anası ifa edib. Film simvolikalarla zəngindi. Bir növ insan düşüncəsi ilə uyğunlaşdırılıb. Bunun nəticəsi olaraq ilk baxışdan qarmaqarışıq bir film yaranıb. 
 
2. Qəsəbə ( Kasaba ) 1997“Qəsəbə” filmi ilə Nuri tam metrajlı film karyerasına start verdi. Məhz bu filmdən sonra ona Tarkovski davamçısı deyilməyə başladı. Film avtobioqrafik sayıla bilər. Təqdimatı 1998-ci ildə Kann-da baş verdi və rəğbətlə qarşılandı. Nuri bu dəfə də yaxşı mənada təəcübləndirməyi bacarmışdı. Ağır dramatizmlə uzun kadrlardan bir ağ-qara film yaratmışdı. Filmdəki olducaq gözəl kadrlar var ki, bundan sonralar bir çox rejissor bəhrələnib. Büdcəsi demək olar ki olmayan bu filmi böyük ustalıqla lentə alan Nuri artıq rejissorluq üçün doğulduğunu təsdiqləyirdi. Filmdə yenə rejissorun valideynləri, əmisi oğlu Mehmet Emin Toprak və yaxın dostu Müzəffər Özdəmir çəkilir. Bu film “İstanbul film festivalı”ında, “Berlin kinofestivalı”nda və “Köln film festivalı”nda mükafatlar qazanır.
 
3. May buludları ( Mayıs sıkıntısı ) 1999Rejissorun ilk rəngli filmi və avtobioqrafik seriyanın ardı kimi yadda qalır. Bu filmdə də “Qəsəbə”-də olduğu kimi rejissorun valideynləri, əmioğlusu Emin Toprak və dostu Müzəffər Özdəmir çəkilir. Film Nurinin böyüdüyü Yenicə-də çəkilir. Yenə sırf bir mövzu yoxdu. Rejissor görüntülərlə və tamaşaçı düşüncələri ilə uyğunlaşdırılmış film çəkir. Bu dəfə xronometraj 2 saatdan da çox olur. Amma bu dəfə də filmin büdcəsi çox az olunduğundan açıqlanmağa ehtiyac duyulmur. “May buludları” “Siyad mükafatları”nda, “Antalya”, “İstanbul”, “Ankara”, “Bueynos Ayres” və “İsgəndəriyyə” film festivallarında bolluca mükafatlar qazanır və rejissorun ildən ilə daha iddialı olduğunu sübuta yetirir.
 
4. Uzaq ( Uzak ) 2002Yenə Müzəffər Özdemir, Emin Toprak və Nuri Bilge Ceylan triosu Avropanı fəth edir. Bu dəfə “Kann”-da “Jüri mükafatı” Nuriyə bu böyük filminə görə təqdim edilir. “Antalya”, “İstanbul”, “Anlara”, “Meksika”, “Çikaqo”, “Monpelye”, “Trieste”, “Beyrut” film festivallarında, “Siyad” və “Orhan Anburnu mükafatları”nda qucaq dolusu mükafatlar qazanır. “Uzaq” avtobioqrafiya kimi qeyd olunmasa da Nurinin həyatına bələd olan insan bu filmdə onu asanlıqla görə bilər. Mükəmməl görüntülərlə Avropa rejissorlarına meydan oxudu bu filmi ilə Nuri və illər sonra Kann-da yenə alqışlar bir Türk üçün coşdu. Yusuf Güney və Şerif Görenden sonra Nuri Bilge Ceylan vətənini layiqincə təmsil etmişdi. Həm də çox az büdcəsi olan filmlə. Film tənqidçilər tərəfindən də müsbət qarşılandı və hazırda da müxtəlif sorğularda son 20 ilin ən yaxşı 10 filmindən biri kimi qeyd olunur. Nuri bu filmi ilə Kişiştof Keselevsi və Tarkovskidən təsirlənib. Filmdə əsas rola görə Kann, Ankara və Antalyada “Ən yaxşı aktyor” olan Mehmet Emin Toprak “Ankara festivalı”ndan qayıdarkən yol qəzasına uğrayır və 28 yaşında dünyasını dəyişir. Bu Nuri Bilge Ceylan üçün faciə olur və rejissor bu itgi ilə uzun müddət barışa bilmir. 
 
5. İqlimlər ( İklimler ) 2006 Dörd illik fasilədən sonra rejissor yenə iş başına keçir. Bu dəfə həm rejissor, həm əsas rol ifaçısı olaraq. Rejissorun tərəf müqavili öz xanımı, tanınmış fotoqraf Ebru Ceylan olur. Bu film Nurinin digital kameraya çəkdiyi ilk film kimi də yadda qalır. Filmdə görüntü o qədər mükəmməldir ki, bəyənməmək mümkünsüz. Bu filmdəki “hoqqalar” rejissorun necə gözəlliklərə və ustalığa malik olduğunu göstərir. Uzunluğu 7 dəqiqəyə (!) qədər olan kadrlardakı dramatizmi tamaşaçıya çatdırmaq çox nadir rejissora nəsibdir ki, bunlardan biri də Nuridi. Filmdə ssanari yenə ikinci plandadı və tamaşaçı yenə baş qəhrəmanın iç dünyasının öz düçüncəsində çözməlidi. Film “Kann”-da, “Skip city”, “İstanbul”, “Antalya” festivallarında müxtəlif nominasiyalarda mükafat qazanır.
 
 
 6. Üç meymun ( Üç maymun ) 2008Bu film Nuri Bilge Ceylanın 5-ci tam metrajl filmidi. Bu film Fransa, İtaliya və Türkiyənin ortaq istehsalı oldu. Bu dəfə rejissor tam yeni aktyor heyəti ilə işlədi və bu heyət onu “Kann”-da “Ən yaxşı rejissor” və “Palma budağı”na nominant etdi. Film “üç meymun” fəlsəfəsi üzərində cərəyan edir. Rejissor tərzinə sadiqdir. Uzun və səssiz mükəmməl kadr yığınları və tamaşaçı ilə səssiz dialoqlar. Bu dəfə də görüntü göz oxşayır. Nuri Bilge Ceylan pis filmi olmadığını təsdiqləyir. Rejissorun hələ mükafatsız qalan filmi olmayıb. 
 
7. Bir zamanlar Anadoluda 2011Və nəhayət rejissorun hələlik sonuncu filmi olan “Bir zamanalar Anadoluda”… Filmin təqdimatı rejissora doğmalaşan “Kann” festivalında oldu və film “Böyük Jüri mükafatı” qazanaraq, 2011-ci ilin ən yadda qalan filmləri siyahısında yer aldı. 
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)