Edebiyyat.az » Musiqi » Röyanın yarım saatı - Nicat Həşimzadə

Röyanın yarım saatı - Nicat Həşimzadə

Röyanın yarım saatı - Nicat Həşimzadə
Musiqi
Nicat Heşimzade
Müəllif:
01:20, 20 dekabr 2019
3 578
0
Röya kimdir? Müğənnidir. Özü də adi müğənni deyil. Əksər yazıçılardan fərqli olaraq mən Röyanın sənətini yüksək qiymətləndirirəm. Röya Azərbaycan estrada musiqisinin zirvəsindədir. Röya oxuyurdu, amma gördü ki, təkcə oxumaqla məsələ bitmir. Gözəl oxumaq, yaxşı mahnılar yazdırmaq hələ dinləyici rəğbəti qazanmaq deyil. Diqqət çəkmək üçün gərək məntiqini kənara atıb cəsarətli hərəkətlər edə biləsən. Və Röya soyunmağa məcbur oldu. Əslində Röyanın soyunması Azərbaycan insanları üçün bir sınaq testi idi. Demək ki, çılpaq bədən sənət nümunəsindən daha dəyərlidir. Röyanın əxlaqsız olduğunu deyənlər onun çılpaq rəsmlərinə ağzından su axıdaraq baxan insanlar idi.



Röya kimdir? Müğənnidir. Özü də adi müğənni deyil. Əksər yazıçılardan  fərqli olaraq mən Röyanın sənətini yüksək qiymətləndirirəm. Röya Azərbaycan estrada musiqisinin zirvəsindədir. Röya oxuyurdu, amma gördü ki, təkcə oxumaqla məsələ bitmir. Gözəl oxumaq, yaxşı mahnılar yazdırmaq hələ dinləyici rəğbəti qazanmaq deyil. Diqqət çəkmək üçün gərək məntiqini kənara atıb cəsarətli hərəkətlər edə biləsən. Və Röya soyunmağa məcbur oldu. Əslində Röyanın soyunması Azərbaycan insanları üçün bir sınaq testi idi. Demək ki,  çılpaq bədən sənət nümunəsindən daha dəyərlidir. Röyanın əxlaqsız olduğunu deyənlər onun çılpaq rəsmlərinə ağzından su axıdaraq baxan insanlar idi. Lakin onlar öz heçliklərini, öz mənasızlıqlarını başa düşmüşdülər. Onlar üçün Röya əlçatmaz idi. Onlar üçün Röya sadəcə foto-şəkillərdə var idi. Maraqlı məqam isə o idi ki, çılpaq fotolar mediada yayılandan sonra bütün Azərbaycan Röyadan danışırdı. Məşhurluq sənətlə yox, çılpaq rəsmlərlə gəlmişdi. Lakin Röya məhz sənəti ilə bu şöhrətə layiq idi. Ceniffer Lopez, Beyons soyunanda biz rahatlıqla qəbul edirik. Amma Röyanın soyunması guya ki, qürurumuzu tapdalayır. Təbii ki, mən bu adamların səmimiyyətinə inanmıram. Röya ciddi sənət nümunələri yaradıb. Bu həqiqəti danmaq üçün insanın axmaq olması lazımdır. Röyanı sevənlər onu səmimiyyətinə görə sevirlər. Bəs Röyanı sevməyənlər niyə sevmir? Çünki Röya əlçatmaz olmağı bacardı. Röya çılpaq rəsmlər paylaşandan sonra Röya xanım oldu. Bu həqiqətlər Röyanı xoşbəxt edə bilməzdi. Çünki yaradıcılığa yeni başlayan hər kəs elə bilir ki, ona istedadına görə qiymət verəcəklər. Əslində belə deyil. Gəlin, özümüzü aldatmayaq. Trostki deyirdi ki, reallığı dərk etmək qələbənin yarsıdır. Röya soyunsa da sənətini, istedadını isbat edə bildi. Soyunmağı nələrəsə dəydi. Yaradıcı adam kompleksləri, stereotipləri dağıtmasa heç kim onu qəbul etməz. Röya şöhrətin qurbanı olmadı, daim çalışdı.
Yazarlar, şairlər, fikir adamları Röyanı niyə qəbul etmirlər?
Təbii ki, qəbul etməyəcəklər, burada təəccüblənməli heç nə yoxdur. Çünki tək Röya Azərbaycanın bütün fikir adamlarından daha güclüdür. Fikir adamlarısa Röyanın sənətindən yox, soyunmağından danışırlar. 
Mən Röyaya uduzmağımı etiraf edirəm. Nə olsun ki, mən Russo, Nitşe, Kant. Hegel oxumuşam. İşıq idarəsinin əməkdaşı borc səbəbindən işıq kabelini kəsəndə bütün qlobal fəlsəfi düşüncələr mənasını itirir. Və mən Röyaya uduzduğumun bir daha şahidi oluram. Röyaya uduzmaq qəbul ediləndir, vay o gündən ki, Üzeyirə məğlub olasan. Bir dəfə facebookda status yazdım ki, Azərbaycanın bütün fikir adamları bir tək Üzeyirə məğlub olurlar. Bu statusdan sonra yazarların, jurnalistlərin çoxu məni dostluqdan çıxartdı. Demək ki, biz kitab oxuyan adamlar reallığı dərk etmək iqtidarında deyilik. Həqiqətdən qorxan fikir adamının cəmiyyəti tənqid etməyə ixtiyarı yoxdur.
Röya yarım saat oxumaqla ən azı 4-5 min manat qazanır. Biz Röyanın yarım saatlıq ifasına  duzuruq, özü də bütün ömrümüzlə. Bizim bütün ömrümüzdə qazandıqlarımız Röyanın bir həftədə qazandığı qədər deyil. Bir yandan da bəzi adamlar deyir ki, yazıçı kasıb yaşamalıdır. Axı niyə? Harada yazlıb o qanun? Yazıçı insan deyilmi, yazıçının ailəsi-övladı yoxdurmu? Bu faktlar bir daha sübut edir ki, biz xalq olaraq ziyalıya işgəncə verməyi sevirik. Biz istəyirik ki, başqaları bizim əvəzimizə əzab çəkib bizim iztirablarımızı yüngülləşdirsin.  
Elnən gələn yası toy bayram hesab edən cəmiyyətik. Yəni mənə təklikdə heç nə olmasın, amma hamımız birlikdə bədbəxt olsaq ziyan yoxdur. Mən Röyanın yarım saata 4-5 min manat yox, lap 45 min qazanmasını istəyirəm. Amma mən  istəyirəm ki, Röya öz dəyərli sənətini toylarda məhv etməsin. Konsertlər nəticəsində qazansın pulunu. Azərbaycan ziyalısı isə heç olmasa 2 min manat qazansın bir aya. Minlərlə kitab oxuyub ömrü boyu bir dənə də kitab oxumayan insana bənzər məxluqların rəhbərliyi altında işləmək insanı təhqir edir. Mən həmişə düşünmüşəm ki, aclıq mübarizənin simvoludur. Lakin aclıq həm də ölümün yaxınlığı və mübarizənin tez bitməsidir. Azərbaycanın intellektləri Röyanın yarım saatına uduzmaqda davam edəcəklər, əgər Röya kimi soyunmağa cəsarətləri çatmasa. Soyunmaq sadəcə paltarlarını çıxartmaq deyil, soyunmaq həm də bütün maskalarını cırmaq və gerçək simanla meydana atılmaqdır.


Nicat Həşimzadə 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)