Xose de Ribera - Maddalena Ventura əri və oğlu ilə
Palitra
Xose de Ribera - Maddalena Ventura əri və oğlu ilə
Maddalena Ventura əri və oğlu ilə və ya Saqqallı qadın — Xose de Ribera tərəfindən yağlı boya ilə kətan üzərində (196 × 127) portret janrında çəkilmiş rəsm əsəridir. Əsər Madriddəki Prado muzeyinin kolleksiyasında saxlanılır. Təsvir edilən obyektin qeyri-adiliyinə görə portret XVII əsr Avropa rəssamlığının ən nadir nümunələrindən biri hesab edilir.
Rəsmdə üzü sıx saqqalla örtülmüş və döşündən körpəsini əmizdirən qadın təsvir edilmişdir. Sol tərəfdə zəif işıq altında onun həyat yoldaşı təsvir edilmişdir. Sənədli iş xarakteri daşıyan bu əsərdə saqqal və kişi üz cizgilərinə malik qeyri-adi qadının mümkün qədər realistik təəssviri yaradılmışdır. Buna görə də əsas qəhrəman iləsi,, o cümlədən həyat yoldaşı və yeni doğulmuş körpəsi ilə birlikdə təsvir edilmişdir. Rəsmdə uşağı əmizdirən böyük döş və qadın geyimi yeganə qadınlıq göstəriciləridir.
Qaranlıq otaqda tam boy ölçüsündə təsvir edilmiş fiqurlar birbaşa izləyiciyə baxırlar. Karravacco stilində işıq-kölgə effektlərinə üstünlük verildiyi əsərdə işıq yanız xüsusi detalları işıqlandırmaq üçün istifadə edilmişdir. Müəllif cütlüyü çox realistik üslubda təsvir etməklə, eyni zamanda onlara hörmətini də ifadə edir. Xanımın dərisində zaman əlamətləri və qırışlar dəqiqliklə göstərilmiş, o cümlədən onun geyiminin hazırlandığı parçalar və döşlüyü çox realistik təsvir edilmişdir. Kişi və qadının məzlum üz ifadəsi izləyicidə gülüş yox hörmət hissi oyadır.[4]
Personajların sağ tərəfində üzərində latın dilində yazı olan iki daş vardır. Daş üzərinə qadınlıq atributları olan kirmən və yun ip personajın əsl kimliyini büruzə verir.
Kitabədən məlum olur ki, təsvir edilmiş əsas şəxs İtaliyadakı Akkumoli şəhərinin sakini olmuş Maddalena Venturadır; həyat yoldaşı Feliçeyə üç övlad bəxş etməsindən sonra, 37 yaşında Maddalenanın sıx saqqalı çıxmağa başlayır, 52 yaşı olduqda – 1631-ci ildə isə vitse-kral onu Neapola dəvət edərək “təbiətin böyük möcüzəsi” kimi qəbul edir.
Epiqrafda bildirilir ki, portret Neapol vitse-kralı Fernando Afan de Ribera tərəfindən yeni Apelles adlandırılan Məsih ordeninə layiq görülmüş “ispaniyalı Xose de Riberaya” sifariş edilmişdi. Rəsm üzərində onun tarixi 16 fevral 1631-ci il kimi göstərilmişdir.
Rəsmin işlənməsi isə Venesiya səfirinin 11 fevral 1631-ci ildə yazdığı məktubunda təsvir edilmişdi. Neapol kralının sarayına səfərini təsvir edən səfir yazır:
Vitse-kralın sarayında məşhur rəssam Abruççodan olan evli və çoxuşaqlı qadının portretini çəkirdi. Onun tamamilə kişi üzünə oxşayan siması saqqalla örtülmüşdü. Vitse-kral onu mənə eczkar bir hadisə kimi təqdim etdi. |
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
LALƏ HÜSEYNOVA - SİRR
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Rafael Santi - Afina məktəbi
Akutaqava Rünoske - Cəhənnəm iztirabları
F.ENGELS - AİLƏNİN, XÜSUSİ MÜLKİYYƏTİN VƏ DÖVLƏTİN MƏNŞƏYİ
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )