Monenin “Saman tayaları” adlı əsəri rekord qırıb
Palitra
Fransız rəssam Klod Monenin “Les Meules” (“Saman tayaları”) adlı rəsm əsəri hərracda 110.7 milyon dollara satılıb. Bu Monenin hərracda ən yüksək məbləğə satılan əsəridir.
Satışı həyata keçirən Nyu-Yorkun “Sotheby’s” hərrac evi bunun həm də impressionizm janrında olan rəsm əsəri üçün indiyə qədər ödənilən ən böyük məbləğ olduğunu bildirib.
“Les Meules” dünyada indiyə qədər ən yüksək məbləğə satılmış 9-cu sənət əsəridir.
1890-cı ildə kətan üzərində yağlı boya ilə çəkilmiş “Les Meules” Monenin “Saman tayaları” silsiləsinə daxil olan 25 əsərindən biridir. Silsiləyə daxil olan digər rəsmlər isə müxtəlif muzeylərdə sərgilənir.
Monenin bundan öncə ən yüksək məbləğə alıcı tapan əsəri isə “Nympheas en fleur” (“Çiçək açmış suzanbağı”) olub. Əsər 2018-ci ildə 84.7 milyon dollara satılıb
Mənbə: Sputnik

Mövzuya uyğun linklər: