Edebiyyat.az » Palitra » Frida Kahlo : Öz gerçəkliyinin rəssamı

Frida Kahlo : Öz gerçəkliyinin rəssamı

Frida Kahlo : Öz gerçəkliyinin rəssamı
Palitra
Necef Esgerzade
Müəllif:
21:22, 12 sentyabr 2019
1 743
0
Avtoportretlərə və meymunlara düşkün olan bir rəssam. Çoxları onu gerçəküstü biri olaraq tanısa da o, həmişə bunun əskini deyərdi: “Mən heç vaxt röyalarımın rəsmini çəkmədim, həmişə öz gerçəkliyimin rəsmini çəkdim”.
18 yaşında, yəni 17 noyabr 1925-ci ildə bir tramvay içində olduğu avtobusla toqquşdu. Onurğası, ləyən sümüyü, körpücük sümüyü, qabırğaları və 11 yerdən aşağı sağ ətrafı qırıldı, bir ayağı və çiyni də bu qəzada yerindən çıxdı. Ayrıca bir metal parçası da uşaqlıq yolunu yırtdı. Hər kəs tez bir zamanda öləcəyini fikirləşirdi amma bir ilə yaxın ağır yataq şəraitində qalıb sonunda vəziyyəti yaxşılaşdı. Fotoqraf və eyni zamanda rəssam olan atası  otaqdakı əşyaları çəkməsi üçün yatağının yuxarısına güzgü və müxtəlif qurğular düzəltdirdi. Fridanı rəssamlığa yönəldən ilk şey məhz bu oldu. Geri qalan həyatında 35 cərrahi əməliyyat keçirdi. Onun sənət əsərləri çəkdiyi bütün acıları bütün gerçəkliyi ilə özündə cəmləşdirdi. Başqa yolu da yox idi. Bu qədər cismi ağrı azmış kimi Frida Meksikanın ən tanınmış və əldə saxlaması çətin insanlarından birinə, Marksist rəssam Diego Riveraya aşiq olmağı da bacardı. 1929-cu ildə evləndikləri zaman özündən 20 yaş böyük idi. Artıq dərəcədə sədaqətsiz biri olan Diego hətta Fridanın öz bacısı Kristinayla da yatmışdı. Diegoyla bir yerdə olmağın Meksikaya gələn hər hansı bir amerikalı turistin Aztekdəki Tenoxtitlanı gəzmək qədər adəti bir şey olduğu da deyilir.
Səbəb Fridanın bacarıqsızlığı deyildi, özünün də başqaları ilə əlaqəsi olmuşdu. Məsələn Lev Troçki ilə.
 
İksi də qatı Marksist və Sovet İttifaqı tərəfdarı idi və evlərində Stalin, Lenin, Marks və Maonun şəkilləri asılmışdı. Evdə hər zaman yaşadığı yerin adətinə uyğun şəkildə:  parlaq sarı, mavi, qırmızı çiçək rəsimli paltarlar geyərdi. Başqalarının önünə heç bir zaman makiyajsız çıxmazdı amma bığlarını almağa heç bir zaman əl atmazdı, hətta özü daha da qaraltmaq üçün karandaş istifadə edirdi. Onun şablon Avropa qaydalarına ayıracağ vaxtı yox idi:
“Parisin bu “sənət” canavarlarına ayaq uydurmaqdansa Toluca bazarında tortilla sataram. Kafelərdə dəyərli arxalarını saatlarca qızıdırıb sonra dayanmadan “mədəniyyət”, “incəsənət” və s. dən danışırlar, özlərini dünyanın tanrıları hesab edirlər, ən fantastik şeylərin xəyalını qurub heç vaxt olmayacaq şeylərlə havanı zəhərləyirlər”.
 
Diegonun xəyanətlərinə nə qədər göz yumsa da sonda bu hal dözülməz vəziyyətə gəlib çıxdı. Frida “həyatda iki ağır qəzaya uğradım, birində tramvay məni əzdi, ikincisində Diego” deyirdi. Öncə ayrı-ayrı evlərdə yaşadılar sonra boşandılar. Amma bu Fidaya çox pis təsir etdi. Saçlarını qısa kəsdirdi, kişi geyimləri geyinməyə başladı, həddən artıq içkiyə qurşandı. Sonda həkimin məsləhəti ilə bəzi şərtlər altında Diegoyla yenidən evləndilər. Şərtlərdən biri isə heç vaxt cinsi əlaqədə olmamaq idi. İkilinin heç vaxt övladı olmadı, Fridanın bədəni buna uyğun deyildi. Hətta bir dəfə abortla alınan uşağı yatağının yanında bir qabda saxladığı da olmuşdu. Övlad sevgisini meymunlarla basdırmışdı. Frida meymun, tutuquşu, it və qartal saxlayırdı. Hətta ən çox sevdiyi meymunu ilə çəkdiyi “Fulang Çang və mən” adlı avtoportreti 1988-ci ildə ən böyük heyranı Madonna tərəfindən bir milyon dollara alındı.
 
Fridanın əsərləri həyatda olduğu müddətdə çox da məşhur olmadı. Amma 1939-cu ildə Parisə getdiyində bir əsəri Luvr tərəfindən alındı və əsəri Luvr tərəfindən alınan ilk 20-ci əsr Meksika rəssamı oldu.
 
Sonradan sağlamlığı gertdikcə pisləşdi. Həddən artıq içki və yuxu dərmanı bunu daha ağırlaşdırdı. Sağ ayağı qanqren oldu və amputasiya edildi. Bir il sonra da öldü. Bəziləri onun bilərək artıq dozada dərman aldığını deyirdi, çünki ölümündən bir neçə gün öncə “Ayrılmanın nəşəli olacağını umuram – və bir daha dönməyəcəyimi də”.
 
Sonradan o çox böyük bir şöhrətə qovuşdu və feminist hərəkatlarında ən çox görülən üzə çevrildi. ABŞ-a nifrət eləməsinə baxmayaraq ABŞ-da 2001-ci ildə bir poçt markasında da rəsmi oldu. Bununla markada yer alan ilk ispan əsilli Stalinçi qadın oldu.
 
Nə qədər xəyanətkar olsa da əsərlərini ən dərindən anlayan kişi də məhz Diego olmuşdur: “Sizə onu həyat yoldaşı olaraq deyil, heyranı olaraq tövsiyyə edirəm. Ürəyə toxunan, polad qədər sərt ama kəpənək qanadı qədər zərif, gözəl gülüş qədər sevimli və həyat qədər dərin, acımasız”.
 
Tərcümə: Elnur Maşızadə (Don_Elnur)
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)