Edebiyyat.az » Poeziya » Ələsgər Əhməd - Hip-hopnamə.

Ələsgər Əhməd - Hip-hopnamə.

Ələsgər Əhməd - Hip-hopnamə.
Poeziya
admin
Müəllif:
01:22, 24 iyun 2021
7 142
0
Ələsgər Əhməd - Hip-hopnamə.





Dəri dostum, Nevus,
afitabların bükümünü mahnur fəsillərə qan udduran sərçə
Dayandırılmadı?

Əfsus,
kitabların hökmünü nəsillərə unutduran dəftərçə yandırılmadı.
Siyasi sözlərin sonu nidalıydı
Sitayiş etməyənlərin anasonu bir içkilik
Rahat üsyan: Bu ki, ayrı-seçkilik, mərmidi "cederi custom" mən düzəldən çaxmaqda
İddialıydı əldən çıxmaqda, gedəri volostum.

Sənə haqsızlıq etdim,
görüntüdən yayınmayan portret xadim
Peşmanlıq,
qaralarını ağartmaz
nə desəm də, ürəkdən küsənlər, barışmaz beyni ilə
Eyni ilə oxutmaz ki,
süpürüntüdən ayılmayan "Məsənə"
Məsələ, şamanlıq.
Vicdan əzabım,
alnımda istilənir.

Məmnun ikən istənməz,
kürəyinə məcun çəkən qəribə ədib.
Kimsə enməz.

Deyər, ya səbir. Düşün!
Mənə nifrət edirsən,
bilmədiyim qədirsən.
Məbudları, kobudları oxşar biçimdə şəhrə qatdıqca
İçimdə bəhrə artdıqca,
Mahata dəyər, şahlığına əlbir vəsvəsənin

Kam,
tərpədib xəstə qoltuğunu, yaralarını sağaltmaz.
nədənsə yadsan, şair üzrxahlığına
Dinmə,
axtar boşluq aralarını, çəkinmə hücumdan

Vücudumdan
qoxusu tüstülənir nakam-nakam,
Kakadu gərliyinin
Sənin cadugərləyinin xəbərdar gəlişidir

"Halloven"
gələcəyinə kölədir sərdar ötüşün

Yaşa, "dəstə bolluğunu"
aldadıcı tamaşa - qar düşmür əlcəyinə
Sənin üçün qoca qəssab ət ki.

Bir bəstə olduğunu düşün
Daha da səsini qaldır, hesab et ki, Bethoven səni eşidir.

Tap, partlatdığın karuseli,
bu gəmi trap-trap arseni leşidir.
Lap sular tapar səni
İnsanları seldən yox, insanlardan qoru seli

Öldürəndə virus eli
görməzlikdən gözlərini tez yum da
Köpək balığı göl-göl hürəndə
Kürəndə kəpək qalığı - sevinən düşmənə "Şamata" tor.
Sındırdığın qabırğaları minincidir

Matador buğaları incidir Kolezyumda.

Sən də məni.
deməli, eşitmədiyim sözlərə, nifrət Zamırdı.
Azalmırdı.
Üşütmədiyim əhatədə,
sonluqlar bir şəhadətə alışırdı
Öldür,
içindəki cinayət fürsət güdür, sifət Qabilləşib.
Nə deyəcəksənsə, ağzını aç ayının
Çayını içib de ki; Limonla kinayə - küfür sərt
Sən öyrəşdin, öyrəşmədiyim əhədə,
şah adətə.
Büt tütməyə hecalaşırdı.

Amonla Ra birləşib
tanrının təkliyini sübut etməyə çalışırdı.
Onda bildilər ki, dəfinəni istəməz
qorxasan deyə ayağının üstən məhz, keçər pələnglər.

11.11.11. Dünya bir ara birləşib
Yoxluyub damarının qanbir tətikliyini
Dəryanı keçsən,
arx asan.
Amma Sürəyya dilər ki,
uçursun qafiləni, mayya-suke çərpələnglər.

Kanaryanı seçsən,
qartala qanad çırpacaq ərköyün.
İkisində də inad, avaz çaları
Darvazaları bərk döyün, çır-çır qopacaq.

Silahsıza silah çəkənin,
təriflərinin marşallığını
Adıyla tale yaşayan iki ölkənin,
hərflərinin oxşarlığını görəcəksən.
Qafqazdan çürük meyvə dərəcəksən,
Rusiya əkdikcə.
Kafka qazdan,
xoşlanardı Romalı olmasa da
NASA-da başlanardı aberrasiya,
üzərdilər quruya
Təlaşlanardı Suriya, çəkdikcə Olanb acı

Luciferyanlar daraldılar,
yolda qaldılar jetonları əyildikdə
İnsanları düzgünlüyə çağırdılar,
betonları əyrildikdə.
Düşündülər ağırdılar sərrastdan
Dastan və gedişata ozan müdaxiləsi

Qardaşının sevdiyi qızın,
rəfiqəsi olan bacı
Silinən əqidəsi, maşının dolanbacı
Bu inşaata dönən,
başlanışı sanki dünən, "Lozan müqaviləsi"

Tütəkçi,
bu ilanı öz səsimlə çəkim sürünməyə
Oxumaq istəyirəm,
oxumaq!
Cəsədini rahat çürüməyə köməkçi,
"Yasin" xromu.

Cığırları çotur,
sallaq otur et.

- Sənə toxumaq istəyirəm.
- Nə toxunmaq?
Sənin sayəndə yarandı "Turet sindromu"

Sarvanın saqqalı himayəndə darandı
Arandı,
dəvələri qorxutmağa karvanın çaqqalı nümayəndə.
Komanda doqquzluqdan pusur,
qızıl onluqları
Susur, maneələr də.
Zaman da sonluqları,
dəyirmi başında küyültü çevrildiyimiz tərəfə salır.

Mənim,
sənin nifrətinə ayırdığım saniyələrdə
120 yaşında öldü bildiyimiz,
hələ də uşaqların damarından nəfəs alır.

Danışır Hələbə,
başmaqların qumarından.
Əlinin sərvətin,
qazanıb tumarından, iplə çəkir qəfəs mürvətin.

Kağızlar yanacaq,
sonda daşımayacaq ağızlar "yanacaq"
Hə,
bunca ifaya piyanist qatarlar da
Ancaq cəfaya, sionist "qatarlarda" mason da daşınmayacaq.

Qələbə!
tinbətin qovaladı sərv, itin.
Qəbilə şən.
Digərləri,
yansıtsa da misgərləri

Onun qolunda qaldı
Shell Shock keçirən əsgərləri,
zombiləşdirən "Pervitin"

Hamı gülümsəyir kadrda
Qovulanlar çadrda məskunlaşmır.
Barmağını sovuranlar,
yağış suyunda bəslənmir.

Səslənmir
"Həyəcan var" ayılışı.
Keçir Surtun görüşü səs-küylə

Dörd ayaqlı qurdun,
görünüşüylə yekunlaşmır canavar anlayışı.

Hər canlı sevilir,
bayquşlar arxaya həyacanlı çevrilir.
Azad bir yaşınızda,
qarşınızda: Apollon, fleyta, paleozuy donuzları

Lon
cavabını tapır sualının da
Unicornun alnında
Dionun şeytan buynuzları?

Neftlə boğulanları filiz ayıltmadı.
Li Lith,
Həvvanın yaranacağını bildiyindən qayıtmadı

Günəş gözləmirdi havanın qaralacağını
Qış yuxusunda
bir dənə də ayı yatmadı.

Tanrı turşutmadı sifətin.
Onun mənə köməyi keçdi,
sənin də nifrətin.

Geri döndüz
qotikadan kənar qotik
Çiçəklənmiş yarımkol yaşamda yarımqol hisslər.
Gündüz narkotik satıcısını döydüm,
axşam da məni döydü polislər.

Orientasiyamı sorğulayan,
uşaqlığımı əzdiklərini doğrulayan homofobların gəzdikləri səkilərdə böyüdüm.

Şəkillərdə böyüdüm. 
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)