Edebiyyat.az » Poeziya » Əlibala Əhmədov - Şikayət Etməmək

Əlibala Əhmədov - Şikayət Etməmək

Əlibala Əhmədov - Şikayət Etməmək
Poeziya
admin
Müəllif:
21:52, 04 iyul 2021
1 452
0
Əlibala Əhmədov - Şikayət Etməmək.





Bərbərxana güzgüsü qarşısında
qoyulmuş 
xırda dişli yaşıl darağın belə
 kimlərinsə, nələrinsə onu rahat buraxmamasından şikayətçi olduğunu düşünürəm
diş alçaya toxunarkən duyulan ilkin qamaşma kimi
dərindən və anındaca hiss edirəm belə bir uydurulmuş qüssəni.

Sərxoş olsan belə belə bir kədər uydura bilməzsən
Hüqonun hansısa əsəri üzərinə düz gözünün önündə kruassan şokoladı süzsələr də...
Eyvanlara baxıram
çəhrayı rəngli gecədə
binaların sarı rəngi axşamı çəhrayı edir
sanki iri bir qarpız diliminin içi tutulub ayın üstünə
külək dünyanın ən yaxşı, xeyirxah qadınlarının sinəsindən üfürülür
rahatlıqla dondurma yeyir, dişi və boğazı ağrımadan
qoca şotlandiyalı kişi...

Bir otaqda
qab dibində qalmış şəkər kimi dinc və xoşbəxtdir hər şey...

Lakin bu ömür artıq mənə nə qazandıracaq
bığının bir hissəsiylə
yazdıqları arasında hər hansısa bir dəyər fərqi görmürəm, yazıçıların...
Kimlərsə qanad uzadır yeyib bitirdiyim, tükəndirdiyim yerdən 
yeni bir qanad uzadır və o qanadı ömrümün uzun ardına çevirir....
Ölmüş it dərisindən çəkilib o qanadın səthi sanki...

Danışmamağın narahatlığa çevrilməməsini möcüzə kimi arzulayırsan.

Başımdakı tükləri bir qab suya salıb çıxararaq
o suyun qapqara rəngə boyanmağını istərdim
ömrüm haqqında nələrsə bilmək istəyən yaxınlarıma
həmin saçdan qaralmış suyu göstərmək istərdim, danışmaq yerinə...

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)