Edebiyyat.az » Poeziya » Əlibala Əhmədov - Tarixçiyə

Əlibala Əhmədov - Tarixçiyə

Əlibala Əhmədov - Tarixçiyə
Poeziya
admin
Müəllif:
16:52, 02 oktyabr 2021
1 243
0
Əlibala Əhmədov - Tarixçiyə



 Soğan və sarımsağla qızardılmış əti
və içkiləri
bir kənarda qoyub 
səliqəylə doğranmış odunların qoyulduğu evini tərk edəndə bir nəfər
və bir arxın yanında dayanıb səhərə qədər çöpləri soyuq sulara atmağı seçəndə

mən də padrelərdən - keşişlərdən birinin hücrəsinə əyləşərdim.
Dinləməzdim, heç kəsin günahını 
sadəcə ömrümü başa vurum deyə oturardım, orda.
Konfet kağızlarının üstündəki gül şəkillərinə baxardım.

Ləziz şirniyyatlarla çay içən adamları xatırlayar,

və üzərinə fincan qoyulan müti nəlbəkilər kimi

səssizcə dözərdim, tənhalığıma.

Çılğın latın qadınlarının əhatəsində biraz da səssizləşərdim.
Və onlardan yalnız birazca kofe qəbul edərdim, 

özlərinisə əsla...

Əgər balıqların ayın səthindən tökülən
su damcılarını içə bilsinlər deyə ağızlarını müdhiş şəkildə səmaya açdıqlarını eşitsəydim

Qulliverlə insan kimi danışmış müqəddəs bəyaz atın
söyüdlər içində yalını tərpədərək
məni axtardığını öyrənsəydim də
yenə tərk etməzdim, hücrəmi.

Üzərinə adım yazılmış və yaraşıqlı şəklim vurulmuş
yaşıl şlyapalar tikən qadınların heçbirini axtarmazdım.

Səni düşünərdim, Əsmər.

Çünki mənim bu yaşamda heçnəyə inamım yoxdur.
Və ağız içinə çıxan keçiçi bəyaz yaralar kimi düşünmək istəyirəm, həyatı...
Bişmiş yemək kimi çıxarıb bir kənara atmaq istəyirəm beynimi, hər şeyin sonunda..

Və içi kömürlə dolu kağız bağlamalarının içində oturub
sevdiyi qadını düşünən
sarışın bir adama səninlə birlikdə təsəlli vermək istərdim...

İndi öz içimdə yalnız səni danışdırıram
səninlə danışıram, ancaq
Və başqa hər şeyin səsini susdurandan sonra əllərimi sakitcə yerə söykədim.

Sonra qorxular içimdə yavaş - yavaş daşmağa başladı...


Mənsə gündən - günə azalırdım, öz içimdə ...
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)