Edebiyyat.az » Poeziya » Şükür Əli - Bəstəboy şeirlər

Şükür Əli - Bəstəboy şeirlər

Şükür Əli - Bəstəboy şeirlər
Poeziya
nemət
Müəllif:
17:34, 10 aprel 2019
2 054
0
Şükür Əli - Bəstəboy şeirlər




Tarix kitablarını vərəqlədim ötən gün ,
Saç tellərini tapdım
Soyuq müharibənin dövrləri arasında.

***
Mənim ibtidai sevgilim!
Sənin daş ürəyində hələ də ocaq kəşf olunmayıb,
Hələ də buz dövrüdü baxışlarında.

***
Bir gün dünya da qabığını qırıb harasa gedəcək,
Bəlkə də içindən bir kəpənək çıxacaq
Bütün adamları qanadına yığıb harasa gedəcək,
Bəlkə də xoşbəxtliyə...

***
Göy üzündə bulud topası üzür,
Göyərtəsi ümid dolu.
Ulduzlara çatmaq üçün
Şimşəkləri avar kimi
İrəli-geri çəkir.

***
Mağaraya düşən işıq kimi ,
Sükutuma düşdü səsin.
Yığdım bütün demədiklərimi,
Hördüm zəncir kimi,
Qalxıram qulaqlarına.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)