Hadaa Sendoo (Müasir Monqolustan ədəbiyyatı)

At və şeir
Fəxr edirəm ki, yaxşı şeirim var
Yaxşı şeir yaxşı at kimidir
Gözlərində dərin məna, səmimi.
Bəlkə də bu sonuncu şeirimlə
Səyahət edəcəyəm hər yerə
Bütün dünyanı gəzəcəyəm.
Məktub
Ah, əzizim
Xahiş edirəm məni bağışlsayasan
Müharibənin alovlarının
Çoxdan yandırdığı məktubu vermədiyim üçün
Üst-başım toz-torpaqla və yarpaqlarla örtülüb
Cibimdə nə bir vərəq kağız
Nə də bir qələm var.
Çünki səndən ötrü
Köynəyimi də soyunmuşam.
Ah, əzizim
Yaşıl otlar saralıb xəzəl olub
Soyuq meh əsir
Yəhərin üstünə ay işığı düşür.
Bu məktubu oxuyanda kövrəlmə
Qan axan barmaqlarımla
Bu məktubu bitirirəm indi.
Kök
Mən sağam,
çayların mənbəyini görə bilirəm.
Otun kökünü
Səmanın buludlarını
Qayaların dibini
Poeziyanın kökünü görə bilirəm.
Mən bu dünyadan köçəndə
Poeziyanın kökünü xəyal edəcəyəm.
Diblərin qayalarını
Buludun səmasını
Kökün otunu
Mənbələrin çaylarını.
Translator Sevil Gültən





