Edebiyyat.az » Proza » Xədicə Uğur - Ölülərin səltənəti.

Xədicə Uğur - Ölülərin səltənəti.

Xədicə Uğur - Ölülərin səltənəti.
Proza
admin
Müəllif:
06:12, 10 mart 2021
1 323
0
Xədicə Uğur - Ölülərin səltənəti.








Yaşadığımız dünya işıqlı aləm olaraq adlandırılırdı. Burda hər şey öz axarı ilə dəvam edir. İnsanlar müxtəlif həyatlar yaşayır. Kimisi aclıqla, kimisi xəstəliklə kimisi də başqa çətinliklərlə mübarizə aparır. Kimisi də rahat, firavan yaşayır.  Hər necə olsa da yaşayır. Dirilərin dünyasında hər kəs “yaşayır”. 

Birdə var ölülərin səltənəti.  Yerin altı kimi qaranlıq olduğunu təsəvvür edirik. Düzdü qaranlıqdı ancaq yerin altı deyil. Bir vaxtlar sağ olan hər kəsin gec-tez bura yolu düşür.Və sonra geri qayıda bilmirlər. Əslində elə də pis yer deyil. Öyrəşəndən sonra dözmək olur. Burda heç kəsin evi yoxdur.  Hamı ucsuz-bucaqsız qaranlıqda yaşayır. Bəs bu qaranlıq yerin tavanı, divarları varmı?   Bilinmir, daha doğrusu görünmür. Bəs sərhədləri varmı? Sonsuzluğa aid bir yerin necə sərhədi ola bilərdi?

Qəribəsi budur ki, burda heç kəs bir-biri ilə dava etməzdi. Sakit davranırdılar ancaq heç mehriban da deyildilər. Öldüklərini anlayırdılar deyə dava-dalaşın burda faydasız olduğunu bilirdilər. Pul-para, mal-mülk yoxdu burda.  Nə heç nə qazanmırdılar nə də heç nə itirmirdilər. Bəs zaman axırdı yoxsa durmuşdu. İşıqlı dünyada zamanı hər kəs qoluna taxırdı. Getdikləri yerə gecikirlərmi? Vaxta hələ nə qədər var? Burdakılar isə heç yerə gecikmirdilər. Gedəcəkləri bir yer də yox idi. Bəziləri gecikdiyinə görə düşmüşdü elə bura. Avtomobilini sürətlə idarə edərək mənzil başına tez çatacağını düşünürdü. Nə bilsin ki, son mənzilə tələsir?  Axı ölüm son ana qədər özünü gizlədir insandan.  Bəlkə də qorxutmamaq üçün belə edir.  Belə bir söz eşitmişdim:  qaçınılmaz olan şeydən qorxmaq qaçınılmaz olan şeydən daha pisdir.  Birdə ki, ölüm ona görə insanlara qorxulu görünür ki, ölümün nə olduğunu bilmirlər.  Bax buradadırlar və burda qorxulu heç nə yoxdur. Ancaq insanın qəlbindəki ümid heç öləndə də ondan əl çəkmir deyəsən. Burdakılar çox vaxt qaranlıq səmaya baxırdılar, günəşin doğmasını gözləyərək.  Burdakı hər kəsin tək arzusu günəşi görmək idi.

Ağ uzun saçları olan, arıq, solğun bənizli yaşlı kişi ölülərin sıx toplaşdığı yerdən ayrılıb kütləyə arxasını çevirərək uzaqlaşdı ordan. Kənarda cavan bir oğlan dayanmışdı. Bu oğlan bayaq haqqında danışdığımız avtomobil qəzasında ölən oğlandı. O burda təzə idi, lap indi gəlmişdi.  Çaşğınlıqla kütlənin sıx toplaşdığı yerə baxırdı. Sonra ətrafına göz gəzdirdi. Nə baş verdiyini anlaya bilmirdi.  Gördü ki, bir nəfər kütlədən ayrılıb ona tərəf gəlir. Yaşlı kişi oğlana yaxınlaşıb boş baxışlarını oğlanın üzündə gəzdirdi.  Oğlanın 24-25 yaşı olardı. Gur saçları, düzgün qaməti var idi. Alnının yuxarı hissəsindən qan axırdı.

  • Mən haradayam? deyə soruşdu oğlan 

Kişi isə sanki onu eşitmirmiş kimi donmuşcasına baxırdı oğlanın üzünə. Oğlan bir an düşündü ki, görəsən bu qorxulu yuxudur?  Axı yuxuda da belə olur hərdən, danışırsan qışqırırsan ancaq səsin çıxmır. Bu dəfə kişinin çiynindən silkələyərək bərkdən qışqırdı.

-Mən hardayam, niyə danışmırsan?

- Sən əbədi evindəsən...

-Əbədi ev nədir?  Sən nə danışırsan? Yuxudur bu?

-Bura düşən hər kəs əvvəl-əvvəl bunun yuxu olduğunu düşünür.Alışmaqları və bunu qəbul etməkləri bir az zaman alır.

- Necə yəni, yuxu deyil bəs nədir?

- Həqiqət. Bura qaranlıq dünyadır. Sən ölmüsən

Oğlan iki əli ilə başını tutdu. “ Tanrım nə olar bu sadəcə bir yuxu olsun.  Oyanım və bitsin hər şey. Axı mən hələ hazır deyiləm buna. Axı mənim çoxlu arzularım var idi. İndi necə olacaq? ” 

  • Elə bilirsən mənim arzularım yox idi? Deyə soruşdu yaşlı kişi, yenə duyğusuz ifadə ilə 
  • Oğlan acıqla qocanın üzünə baxaraq düşündü. “ Buna bax, özü ilə məni bir tutur”. Kişi sanki oğlanın ürəyindən keçirdiklərini eşidibmiş kimi dedi
  • İnsan heç vaxt həyatdan doymur ki...

Oğlan yerə çöküb ağlamağa başladı. Ilahi bu nə idi mənim başıma gəldi. Axı mən çox az yaşadım. İndi mənim ailəm nə vəziyyətdədir görəsən? Axtarırlarmı məni? Yoxsa artıq öyrəniblər? Eşidiblərmi bu qara xəbəri?  Özüdə evdən çıxanda anamla dalaşıb çıxdım. Dilim lal olaydı, lal olaydı ki, heç vaxt heç kəsə pis söz deməyəydim. Yarımçıq qalan işlərini düşündü. Mənim elə uzun planlarım var idi. Heç bilərdim ki, ölüm hər şeyi yarıda qoyacaq? 

       -       Bəs sən necə öldün? Soruşdu kişidən

-Bir müddət idi ki, xəstəxanada yatırdım. Elə xəstəxanada da öldüm. Ürək çatışmamazlığından. Yormuşdu məni bu xəstəlik. Mənim üçün yaxşı oldu ölmək, biraz rahatlıq tapdım. Heç vaxt özümü qorumazdım, həkimlərin dediyinə də əhəmiyyət verməzdim. Ama sağlamlığımı itirəndən sonra peşman olmaq üçün çox gec idi.

-Nə vaxtdandı burdasan? Soruşdu yaşlı kişidən

-Bilmirəm. Burda zaman yoxdur.  Zaman yaşayanlar üçündü. Öləndən sonra təqvimin nə əhəmiyyəti var? İşıqlı dünyada bizə vacib görünən hər şey burda dəyərsizdi. Ad-san, şan-şöhrət, qısqanclıq, paxıllıq, kin-küdurət, insanın gözünü kor edən şeylərdi bunlar. Bu qədər çabalamağa dəymir...

Oğlan alnındakı qanı nə qədər silirdisə qan dayanmırdı. 

-Silmə- dedi qoca

-Niyə?

-Ordan həmişə qan axacaq

-Axı niyə?

- Nəyə görə öldüyünü unutmayasan deyə.

Birdən əlini ürəyinin üstünə qoydu, o döyünürdü. Sevincdən dəli olacaqdı.  Qocaya tərəf dönərək sevinclə, həyəcanla – bax əlini qoy ürəyimin üstünə, o döyünür ki. Mən ölməmişəm.

-Bu zehninin illuziyasıdır. Əslində döyünmür, sənə elə gəlir

- Nə zehin? Ölü adamda zehin olur?

-Bəs necə? Axı bədənin ölüb, ruhun yaşayır, həmişə yaşayacaq.

Çarəsizliyin zərbəsi çox ağır olur.İndi nə etməli.. Geri qayıtmaq, həyatına qaldığı yerdən dəvam etmək istəyirdi. Ancaq ömür insana bir dəfə verilir.

Uzaqdakı kütlə hələ də dağılmamışdı.

Onlar da ölülərdi deyəsən, bəs nə edirlər orda?

Günəşin doğmasını gözləyirlər.

Nə? Günəşi..?

Günəş heç vaxt doğmur ama onlar yenə də gözləyir. Çünki, günəş işıqlı dünyaya aiddir.  Bəlkə onlarda öldüklərini qəbul edə bilmirlər sənin kimi və günəşi son ümid olaraq gözləyirlər. Ancaq burda gözləmək o qədər mənasızdır ki. Anlayırlar ancaq qəbul edə bilmirlər.

 

 

 

 

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)