Edebiyyat.az » Proza » Samuel Herman Reshevsky

Samuel Herman Reshevsky

Samuel Herman Reshevsky
Proza
Necef Esgerzade
Müəllif:
12:51, 06 iyun 2019
1 568
0
Bəşəriyyət tarixi insanları öz bacarıqları ilə heyrət içərisində qoyan bir çox dahi insanlara sahib olmuşdur. Onlardan biri də 8 yaşında 8 qat Amerika çempionu olmağı bacarmış Samuel Herman Reshevsky idi. Ən təəccüblüsü o idi ki, adi əlifbanı belə bilməyən 4 yaşlı uşaq şahmat ustalarını asanlıqla “mat” etməyi bacarırdı.
Gələcəyin çempionu 1911-ci ilin noyabr ayında Rusiya imperiyasının Ozorkuv adlı qəsəbəsində dünyaya gəlir. Onun artıq 2 yaşı olduqda lövhə üzərində şahmat fiqurları çəkməyə başlamış, 4 yaşında isə əyalətdə şahmat oyunu üzrə özünə rəqib tanımırdı. Bir qədər sonra o ailəsi ilə Polşanın Lodz şəhərinə köçür. Məhz burada onun dahi Salye ilə görüşü baş turu və bu görüş Samuel-in şahmat karyerasına böyük təkan verir. Yoxsul ailənin 6-cı övladı olan Samuel-in həyatda irəli getmək üçün bundan daha yaxşı şansı ola bilməzdi. Maraqlısı odur ki, kiçik Samuel məktəbə getmir, heyvanları ayırd edə bilmir, riyaziyyat və digər elmləri bilmirdi. Lakin o hər hansı bir şəkildə böyüklərin belə həll edə bilmədiyi tapşırıqları həll edirdi.  

Samuel 1933-cü ildə Çikaqo universitetindən mühasib diplomu ilə məzun olur. Keçən əsrin 20-ci illərində Samuelin şahmatçı olaraq Avropa turnesi baş tutmuş və kifayət qədər uğurla başa çatmışdı.
 
Deyilənə görə, uşağın oyununu ilə izləmək bir qədər vahiməli təsir bağışlayırdı. Böyüklər üzlərində böyük təəccüb və heyrət hissi ilə Samuelə məğlub olurdular. Dahi şahmatçının son oyunu zamanı onun 62 yaşı var idi.

Samuel Reshevsky hələ professional şahmatçı olmadan öncə 1936-cı ildən 1969-cu ilə qədər şahmat üzrə 8 dəfə Amerika çempionu olmuşdu. Bununla yanaşı, çoxsaylı beynəlxalq turnir və oyunlarında qalibinə çevrilmişdi.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)