Edebiyyat.az » Proza » Sabahattin Ali - Kürk Mantolu Madonna

Sabahattin Ali - Kürk Mantolu Madonna

Sabahattin Ali - Kürk Mantolu Madonna
Proza
Necef Esgerzade
Müəllif:
12:16, 08 iyul 2019
2 042
0
Salam, sevgili kitabsevərlər! Bugün sizə Türk ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Sebahattin Ali və onun məşhur “Xəz paltolu aadonna” (Kürk mantolu Madonna) romanı haqqında yazmaq istəyirəm. 
  Sabahattin Ali 1907-ci ildə Türkiyənin Gümülcine vilayetində, indiki Bolqarıstan ərazində anadan olub. 
 Çox maraqlı və sirlərlə dolu həyatı var yazıçının. İstanbul İlköğretim okulunu bitirdikdən sonra 1928-ci ildə Milli Eğitim Bakanlığı tərəfindən Almaniyaya göndərilən yazıçı, Almaniyaya getdikdən 2 il sonra təkrar vətəninə qayıdır. O Aydın, Ankara və Konyada alman dili müəllimi olaraq işləməyə başlayır.
 
 1945-ci ildə isə Sabahattin Ali “Makropaşa” adlı qəzetini çap etdirir. Onu da qeyd edim ki, yazıçı 1930-cu illərdən başlayaraq artılq hekayələr yazmağa, tanınmağa başlamışdı.
 Qəzeti çıxmağa başladıqdan sonra yazçının həyatı tamamilə dəyişməyə, çətinləşməyə başlayır. Sabahattin Ali 1948-ci ildə qəzetində yazdığı bir yazıya görə həbs edilərək, 3 ay həbs yatır.Həbsdən çıxdıqdan sonra da rahatlıq tapmayan və daim izlənən yazıçı Bolqarıstana qaçmalı olur. Lakin 1948 ci ildə, Bolqarıstana qaçaq olaraq gedən Sabahattin Ali Kırklarelində, sərhəd yaxınlığındakı meşə sahəsində ölü olaraq tapılır. Onun ölümününün əsl səbəbi isə hələ də gizlidir. Bəziləri onun bir soyğunçu tərəfindən öldürüldüyü, bəziləri bu ölümün əvvəlcədən təşkil olunmuş sui-qəsd olduğunu, bəzilərisə isə polis şöbəsinə aparılaraq, orda gördüyü işgəncələr nəticəsində öldüyünü deyir.
  Bugün haqqında yazacağım roman “Kürk mantolu Madonna”nın da Sabahattin Alinin öz həyatı ilə bağlı olduğu hesab edilir. 
   Kitab haqqında yazmadan əvvəl onu da qeyd edim ki, yazıçı “Xəz paltolu madonna”ya roman yox, uzun hekayə, yəni novella deməyi daha çox uyğun görürdü.   Romanın baş qəhrəmanları Raif effendi və Mario Puderdir. Raif effendi özünə qapanıq, melaxolik və insanlardan uzaq duran, heç kimlə dərdini paylaşmayan, hər cür haqsızlığa göz yumub səssiz qalan biridir. Lakin bir gün bu cür insan bir hadisə nəticəsində tamamilə dəyşilərək yeni bir insana çevrilir.
 
 
 Kitabın məzmunu haqqında çox yazmaq istəmirəm, çünki elə olduqda adam kitab haqqında az-çox bilir və artıq həmin kitab ona maraqsız görünür.   Bircə onu deyim ki, kitab doğrudan da çox maraqlı idi. 213 səhifə olmasına baxmayaraq “Kürk mantolu madonna”nı bir nəfəsə oxudum deyə bilərəm. Yazıçının yazı üslubu, kitabın sujet xətti, qəhrəmanlar, onların düşüncələri, bütün  bunlar insanı o qədər özünə çəkir ki, insan kitabı əlindən yerə qoymaq istəmir. Hətta mənim fikrimcə kitabı oxuyan hər kəs hansısa qəhrəmanda az da olsa özünü görəcəkdir. Məsəlçün Marianın sevgi haqqında düşündükləri, onun şıltaqlıqları, açıqsözlü olması, rahat tavırlarında, mən özümü görürdüm. Bəlkə də o hissləri yaşayan biri olaraq mən, heç vaxt öz hisslərimi o cür səlis ifadə edə bilməzdim. 
 Kitabda bəhs edilən Xəz paltolu madonnanı isə yazıçı Andreas del Sartonun “Madonna delle Arpie” tablosuna bənzədir. Qeyd edim ki, bu tablondan Dostayevskinin “Cinlər”, F.Kafkanın “Dönüşüm” və  Safanın “Matmazel Noraliyanın koltuğu” adlı romanlarında da istifadə edilib.  
 Kitabın son səhifələrinə gələn də həqiqətən də çox təəssüflənirdim, romanın bitməsin heç istəmirdim. Amma kitabda mənə qaranlıq qalan bir məqam var idi. Sanki kitabın sonu bir az əksik qalıb, tam olaraq anladılmayıb bəzi şeylər.
   Bir çox insan kitabda yazılan hadisələrin 2 il müddətində Almaniyada yaşayan Sabahattin Alinin başına gəldiyini, orda yaşadıqlarını qələmə aldığını düşünür. Buna düşünməyə haqları da var. Çünki… Sizə maraqlı bir fakt deyim.. Sabahattin Ali öldükdən sonra onun cibində bir kağız parçası tapılmışdı və o kağız parçasında eynilə belə yazılmışdı: Xəz paltolu Madonna elə ölmədi…Görünür yazıçının ölümü kimi, Xəz paltolu madonnanın da ölümü sirr olaraq qalacaq…  Bu arada Sabahattin Alinin yaradıcılığı ilə məni tanış edən, yazıçının romanlarını verən Vəli Cana öz təşəkkürümü bildirirəm. Çox sağ ol =)1981-ci ilin nəşri olan kitabları oxumağın ayrı bir ləzzəti var idi) İnanın mənə o boyda kitabda nə bir hərf səhvi, nə də tərcümə səhvi tapdım.
 Görünür o vaxt kitablara nəzarət indikindən qat-qat çox imiş...
 
Kitabdan seçdiklərim: Əjdaha girmiş quyuya düşməyə razılıq verəcək bir igid tapmaq, əlbəttə, asan iş deyil. Lakin içindən xəbərsiz olduğumuz quyuya enməyə cürət edə biləcək adam tapmaq bundan qat-qat çətindir.İnsanlara yaxınlaşmaq ehtiyacım artdıqca, onlardan uzaq qaçmaq arzum güclənir.   Bütün sadədil insanlar kimi, o da kədərdən sevincə, həyəcandan sakitliyə tez keçir, bütün qadınlar kimi, hər şeyi yadından çıxarırdı.
  
 Dünyada mənə heç bir şey təbiətin qəmgin bir insanın zorla gülümsəməyə çalışması qədər acı görünməmişdir.
 
 
 
Müəyyən şeylərə möhtac olduğumuzu, onları görüb öyrəndikdən sonra kəşf edirik...  Şübhə yoxdur ki, hər kəsin özünəməxsus ruhu var. Lakin çoxları, bütün ömrü boyu bunun fərqinə varmır. Bu ruh, ancaq özünə oxşarı ilə rastlaşdıqda meydana çıxıb özünü göstərir. Həm də bizdən, ağlımızdan, istəyib-istəmədiyimizdən asılı olmayaraq meydana çıxır.. Biz sözün əsl mənasında, ancaq bu zaman yaşayıb hiss edirik. Bu vaxt hər cür tərəddüd, utancaqlıq kənara atılır, bir-birinə oxşar iki ruh bütün maneələri aradan qaldıraraq, bir-birinə qovuşmağa can atır.
  
 Müəyyən bir adama qarşı mərhəmətli olmaq o deməkdir ki, sən özünü ondan qüvvətli zənn edirsən. Halbuki nə özünü bu qəddər qüvvətli, nə də başqalarını özündən daha zavallı, daha miskin hesab etməyə heç kəsin haqqı yoxdur. İnsanlar ancaq müəyyən dərəcəyə qədər bir-birinə yaxınlaşa bilərlər. Bundan artıq yaxınlaşmaq məqsədilə atılan hər addım onları bir-birindən daha da uzaqlaşdırır.İtirilmiş çox qiymətli bir əşyanın və ya sərvətin, dünyanın hər cür səadətinin acısı zaman keçdikcə yox olur, unudulur. Lakin istifadə edilməyib əldən qaçırılmış imkanları adam heç vaxt unutmut, onları zehnindən heç də çıxarmır. Hər dəfə onları xatırlayanda adamın ürəyi sızıldayır. Görəsən, bunun səbəbi nədir: “belə olmaya bilərdi” fikrimi, yaxud insanın iztirablı hesab etdiyi şeylərə daim dözməyə hazır olmasımı?  İnsanlar bir-birinin maddi yardımına, puluna yox, sevgisinə və ünsiyyətinə möhtacdır. Bunlar olmadıqda, ailə sahibi olmağın həqiqi adı “bir sıra yad adamlar bəsləmək”dən ibarətdir.
  
 Hər şeyi ürəkdə boğub saxlamağa məcbur olmaq diri-diri qəbrə girmək deyilmi?!  Həyat ancaq bir dəfə oynanılan qumardır. Mən onu uduzmuşam. İkinci dəfə oyanaya bilmərəm...
  
 Seni deli gibi değil, gayet aklı başında seviyorum...  (Bircə bu cümlə azərbaycan dilinə çevrildikdə öz mənasın itirir.)

P.S: Təkrar-təkrar oxumaq istəyəcəyim mükəmməl bir kitab... 

Mənbə: kitabxanam.blogspot.com
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)