Edebiyyat.az » Söhbət » Kino tanrısının son müsahibəsi

Kino tanrısının son müsahibəsi

Kino tanrısının son müsahibəsi
Söhbət
Necef Esgerzade
Müəllif:
14:54, 03 may 2019
1 581
0
Andrey Tarkovskinin 1986-cı ildə Fransız jurnallarından birinə verdiyi son müsahibəsi...– Mənim sonuncu iki filmim öz təəsüratlarımın əsasını təşkil edir. Bu filmlər nə uşaqlıqla, nə də keçmişdə olan nələrləsə əlaqəli deyil, xeyr. Filmlər daha çox bugünün təzahürüdü. Yəni, bu filmlər mənim reallığımdır. “Təəsürat” sözünə diqqət etməyinizi istəyirəm. Uşaqlıq xatirələri heç vaxt insanı sənətkar etmir. Sizə Anna Axmatovanın uşaqlıq dövrünə aid olan hekayələrini oxumağı tövsiyyə edərdim.
Uşaq vaxtı insanın baxış bucağı dəfələrlə dəyişir. Bu yaxında mənə psixoloqdan bir məktub gəldi. O mənim işlərimi mənə psixi metodlarla anlatmağa çalışırdı. Sənətə bu cür yanaşmaq mənim zənnimcə çox primitivdi. Film incəsənət ola bilməz. Bu absurd səslənir.  

Hər sənətkar özündən sonra həyatda özünə aid nəsə bir həqiqət buraxır. Və bu hissə onu əbədiləşdirir. İdeya axtarışı kəliməsi isə sənətkar üçün bir növ təhqirdi. Bu meşədə göbələk yığmağa bənzəyir. Onları da bəzən tapmaq olur, bəzən yox. Hətta Pikasso da bu haqda demişdir ki, “Mən axtarmıram. Mən tapıram”! Mənim fikrimcə sənətkar axtarmaz. Sadəcə işə başlayar… Sənətkar həyatda öz həqiqətləri olan insandı. O əmin olmalıdı ki, onun sənəti, gördüyü iş həqiqətdir, reallığa uyğundur. Mən sənətdə “eksperiment” anlayışının əleyhinəyəm. Bu üslübda nə gəldi iş görənlər və işlərini “avanqard” üslubu kimi təqdim edənlər yalançı, işləri isə yalandı!
 
Heç kim bilmir gözəllik nədir. Hər insanın bu haqda öz düşüncəsi var. Bu, zaman etibarı ilə, filosofların mübahisələri ilə hər dəfə öz tərifini dəyişir. Və bu məni düşünməyə vadar edir ki, deyəsən əsl gözəllik insanların onu gördüyü anlamlarda deyil, tamam başqa bir yerdə simvoldu, gizlənib və kəşfini gözləyir. Məncə gözəllik həqiqətin simvoludu. Mən bunu “Yalan və həqiqət” mənasında demirəm, yox. Həqiqət sadə bir məntiqə söykənir. Gözəllik bu baxımdan həqiqətdir. Çünki, heç bir tərif filan lazım olmadan sadəcə həqiqidir. İnsanların gördüyü gözəllik, misal olaraq Pikassonun bütün qadın rəsmləri. Onlar heç biri həqiqətə uyğun deyil. Bu mənada belə deyək ki, Pikasso özü gözəlliyi həqiqətdən ayıraraq onu məhv edib. Bu çox çətin bir mövzudu və sözlə başa salmaq çətindi. Gözəllik bir möcüzədir. Sadəcə insan bu möcüzəyə şahidlik etməyi bacarmır.

Məncə insan yaşamaq üçün yaranıb. Və dediyim ki, həqiqətdi onun tutmalı olduğu yol. Məhz buna görə insan yaradır. Bəzən bunu həqiqət uğrunda edir. “Niyə yaradır, kim üçün yaradır?” kimi suallara cavab yoxdu.

Əsl sənətkar təkcə hansısa bir obrazı deyil, bütün dünyanı yaratmağı bacarmalıdı. Bu dünyada o həqiqəti əks etməlidi. Sizdən bir balaca yuxarıda olan qəlbinizlə kontakt yaratmağı bacarmaq lazımdı. Orda bəlkə də möhtəşəm bir əsər yatır. Onu tapmaq lazımdı, üzə çıxartmaq lazımdı. Budur dahilik!* Vaxt var idi məni öyrədənləri müəllim sayırdım özümə. Amma indi tamam ayrı fikirdəyəm. Məni öyrədənlər hamısı dəlilər olub. Onları hərə bir cür təqdim edir, təsvir edir. Amma mən onlara “Tanrının dəliləri” deyərdim. Həmin dəlilərdən misal olaraq Lev Tolstoy, Bax, Leonardo Da Vinçi, Robert Bressonu kimi sənətkarların adlarını çəkə bilərəm.

Niyə dəli adlandırıram onları? Çünki, onlar öz başlarında heç vaxt heç nə axtarmırdılar. Onlar başları ilə yaratmırdılar. Onlar məni həm qorxudur, həm də ilham verirlər. Onların sənətini qətiyyən anlamaq olmaz. Minlərlə səhifələr yazılıb haqqlarında, amma yenə heç kim heç nə anlada bilməyib. Şükür Allaha ki, elə anlada bilməyiblər. Bu bir daha təsdiq edir ki, möcüzələr anlaşılmaz olur. Azadlıq, xüsusən sənət baxımından olan azadlıq anlaşılmazdı. Bəli müxtəlif dövlətlərdə, müxtəlif insanlar öz böyük və ya kiçik azadlıqlarında yaşayırlar. Amma gəlin bir şeyi unutmayaq ki, hətta ən iyrənc şəraitdə belə ifadəolunmaz azad ruhlu və böyük insanlar olublar. Məncə azadlıqda seçim olmur. Azadlıq– mənəvi haldı. Məsələn sosial və ya siyasi cəhətdən tam “azad”, amma qəlbən özünəqapanmış, qorxaq olmaq. O ki qaldı sənət azadlığına, bu haqda isə ümumiyyətlə mübahisə etməyə dəyməz. Heç bir sənət növü azadlıqsız mövcud ola bilməz.

Mənbə: Film Fiction N3
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)