Edebiyyat.az » Təqdimat » YAZININ RUHU: – ŞODO SƏNƏTİ

YAZININ RUHU: – ŞODO SƏNƏTİ

YAZININ RUHU: – ŞODO SƏNƏTİ
Təqdimat
admin
Müəllif:
00:44, 18 dekabr 2020
1 248
0
YAZININ RUHU: – ŞODO SƏNƏTİ






Şodo – daxili dünyanı əks etdirən sənətdir. Şodo ustaları bu yazı stili ilə adınızın altında gizli olan dərin mənanı sizin auranızı əks etdirərək yaza bilərlər… Şodo fırça (筆 – ふで), mürəkkəb və xüsusi kağız istifadə olunaraq, kanji və kananı xüsusi üslubda ifadə edən bir yapon kalliqrafiya sənətidir.
Yazının 3 üsulu var:
Kaişo (楷書) – “çap tərzində yazı”. Bu, vuruşların (toxunuşların) hər birinin sərt və dəqiq şəkildə edildiyi təməl blok yazı formasıdır. “Kai” heroqlifi “doğruluq” mənasını verir və daha az rəsmi təməl üslub olaraq qəbul edilir. Adətən şagirdlər kalliqrafiyanı bu yazı üsulu ilə öyrənməyə başlayırlar.
Gyoşo (行書) – “xətli yazı”. Başqa sözlə desək, bu, “hərəkətli yazı” üsulu düzgün yazmağı asanlaşdırmaq üçün vuruşların dəyişdirildiyi və ya aradan qaldırıldığı tamamilə əl yazısı ilə yazılmış yazılarda istifadə olunur. Xəttatın fırçası kağızdan kənara çıxmadan, hər bir vuruşun sonrakını davam etdirməsinə əsaslanır. Yazıçılar tərəfindən günlük yazı növü kimi də geniş istifadə olunur.
Şoşo (草書) – “çəmən əl yazısı” – hər vuruşun daha dairəvi bir bütün yaratmaq üzrə birlikdə axmasını təmin edən yarıəl yazısıdır. Ustalaşması və qavranması ən çətin olan yazı sənətidir. Bu əl yazısı tərzində heroqliflərin bir-birinə axdığı, çəməndə əsən külək effektini təqlid etdiyi düşünülür. Zərbələr yazıların hamar şəkildə hiss edilməsi üçün böyük ölçüdə dəyişdirilir. Şoşo əsasən abstrakt əsərlərdə, xüsusən də, enerji yollamağın vacib olduğu Zen sənətində geniş istifadə olunur.

Daha qədim yazı növləri
Tenşo – bəlkə də ən qədim yazı formasıdır, kağız və mürəkkəb hələ var olamamışdan qabaq inkişaf etdirilib. “Möhürlü yazı” da adlandırılır. Çünki çap etmək, damğalamaq üçün qəliblərdən istifadə olunurdu. Hal-hazırda Yaponiyada hələ də möhürlərdən istifadə olunur.
Reişo – tenşoya nisbətən daha asan və verimli bir yazı üsuludur. “Yazının ssenarisi” olaraq bilinən bu yazı stili, taxta və ya bambuk zolaqlarında mürəkkəblə “əldə edildi”. Bu gün də Yaponiyada əskinaslarda istifadə olunur.
İstənilən yazı növü situasiyaya əsasən elastik bir formada istifadə olunur. Şodo ilə simvolların nisbəti, fırça izləri, mürəkkəb tonları, xarakterlərin bir bütün olaraq düzənlənməsi və sözlərin mənası dəyərləndirilir…

Tarixi

Şodo Çində formalaşıb və Nara dövründə (710-794) fırça, mürəkkəb və kağız istehsalı üsulu ilə birgə Yaponiyaya gəlib. İlk dövrlərdə fırça və mürəkkəblə hərfləri yazmaq, zadəgan və samuray təbəqəsi üçün əvəzolunmaz mədəni fəaliyyət növü kimi qəbul edilirdi. Sonralar sadə insanlara da yayıldı. Şodo tarixinin ən məhşur 3 mükəmməl qələmi, “Sanpitsu”(三筆)- Üç Böyük Fırça – Kukai, Taşibana no Hayanari və Heian dövründə (794-1185) İmperator Saga olaraq adlandırılmışdır.
Bu gün də yaponlar bəzi mərasimlərdə yazmaq üçün mürəkkəb fırçası və mürəkkəbdən istifadə edirlər. İlin əvvəlində qeyd olunan ənənəvi kakizome-də(書初め – mənası: ilk yazı) insanlar yeni il qərarlarını və ya dualarını kalliqrafik formada ifadə edirlər.
Alətlər
“Bunbou-şihou” (文房四宝 ) – Ləvazimat xəzinəsi adı verilən alətlər; – kalliqrafiya üçün dörd vacib vəsait – mürəkkəb daşı – suzuri (硯), fırça – fude (筆), mürəkkəb – bokujyuu (墨汁) və yapon kalliqrafiya kağızı – vaşi (和紙) – şododa istifadə olunur. Şüşədə hazır mürəkkəbdən istifadə etməsəniz onda mürəkkəb daşındakı mürkkəblə suyu qarışdırmaq üçün mürəkkəb çubuğu – sumi (墨 ) köməyinizə gələcək. Kağızı saxlamaq üçün bunçin (文鎮), mürəkkəbin axmaması üçün isə şitajiki (下敷き) – “parça”dan istifadə edilir. Adətən şitajiki qismində qəzet parçalardından yararlanırlar.
Bundan əlavə, şodo yazanda yaxşı bir duruş öyrənmək və bunu istifadə etmək lazımdır.
Təməl qaydalar
Əvvəlcə, mürəkkəb daşı qabına su tökülür və mürəkkəb düzəldilir. Sonra fırçanın gövdəsinin ortasını baş, işarə və orta barmaqla tutmaq şərtilə fırça mürəkkəbin içinə batırılır. Fırça və kağız arasındakı bucaq, qələmlə yazmaqdan daha dik olmalıdır. Bel düzləşdirilir və kağız sol əl ilə ehmalca tutulur. Kanji hərfləri və kana sağ əl ilə asan yazmaq üçün yaradılmışdır, bu səbəbdən gözəl kalliqrafiya yaratmaq üçün sağ əli istifadə etmək daha yaxşıdır.
Mənbə: JapanHoppers
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)