Edebiyyat.az » Təqdimat » Ovadya - İstək.

Ovadya - İstək.

Ovadya - İstək.
Təqdimat
admin
Müəllif:
09:57, 14 iyul 2021
1 185
0
Ovadya - İstək.



 Mən Amerikadan gələndən çox vaxt keçmişdi. İlk vaxtlar biraz alışa bilmirdim amma sonradan öyrəşdim buralara. Əslində bura da yaxşı idi amma orada inkişaf etmək istəyənlər  üçün çox gözəl şərait var idi. Amerikaya gedəcəyimi atama ilk dəfə lap uşaq vaxtı demişdim. O, hər zaman məni başa düşürdü. Onunla çox danışmazdım,amma danışanda söhbətlərinə diqqətlə qulaq asar,ondan nəsə öyrənməyə çalışardım. Atam mənim oxumağımı çox istəyirdi və  yeniyetmə olacağım vaxtı gözləyirdi
   Bəli,dediyim kimi vaxt keçdi mən universitetə hazırlaşmaq üçün  pul müqabilində və atamın təhriki ilə xüsusi müəllim yanına ‘hazırlıq’ lara  getməyə başladım. Həftənin demək olarki hər gününü hazırlıqlarda olur və bacardığım qədər dərslərimlə məşğul olmağa səy göstərirdim.Çox da zehinli ,yaddaşlı biri deyildim. Buna görə də dərslərimlə nə qədər məşğul olsam da çox şeyi dərk etmir,qavramırdım. Uşaqlıqdan həvəsim futbola idi. Hər zaman məhəllədə  öz yaşıdlarım futbol oynayanda məni çağırar və öz  kiçik komandalarına kapitan təyin edərdilər. Mənim oyunum onların çox xoşuna gəlirdi. Hətta məhəllədəki qonşular da mənim oyunuma baxar,çox yaxşı futbol oynayır deyərdilər. Amma hazırlıqlar başlıyandan heç futbol oynaya bilmirdim. Özümdə hiss edirdim ki, boş-boşuna gedib gəlirəm. Amma buna baxmayaraq 2 ay dayanmadan bu hazırlıqlar davam etdi.
  Üçüncü aya keçəndə atamla danışmağı qərara aldım. Axşam atam evə gələndə onunla danışmaq istədiyimi bildirdim. Atam mənə gözlə,birazdan çağıracam danışarıq dedi və mən otağıma keçdim. Artıq müəllim verən tapşırıqları da etmirdim çünki  istəmirdim. Bunları düşünərkən atam məni səslədi.Yanına getdiyimdə sakit halda çayını içirdi və mən tərəfə çevirilib hə oğlum nə baş verib dedi. Mən ona baxıb:
-    Ata, indiyə qədər sənin sözündən çıxmamışam,bir dediyini iki etməmişəm, indi isəsəndən bir mövzuda məni anlayışla qarşılmağını istəyirəm. 
-    De görüm, nədir o elə deyə? -səsləndi. 
Mən ardını gətirəcəkdim,çünki  mən dərslərimlə məşğul ola bilmir, atamın müəllimlərə,kitablara verdiyi pulu nə əziyyətlə qazandığnı bildiyim halda susa bilməzdim. 
-    Ata,  dedim, mən oxumaq istəmirəm,öz xəyallarımın arxasınca getmək istəyirəm, öz həvəs və marağımın içinmdə batıb qalmasını isdəmirəm.
 Atam sakit halda çayını içir, nəsə fikirləşirdi. Birdən ayağa qalxıb mənə tərəf çevrildi:
-    paltarını geyin mənimlə bir yerə gedəcəksən dedi. 
-    Biraz diksindim . Görəsən, gecə vaxtı hara gedə bilərik ? 
-    Atam mənə çevrilib, -hə nə durmusan geyin,deyə səsləndi. 

Otağıma tərəf keçib paltarımı geyindim və  atamın yanına gəldim. Biz küçəyə çıxdıq və sakit halda evimizdən bir qədər kənarda yerləşən stadiona tərəf getməyə başladıq. Stadionun yanına çatanda o, cibindən siqaret qutusunu çıxarıb yandraraq zəif tüstünü havaya buraxmağa başladı  .  Və mənə baxıb söhbətinə başladı: bilirsən bəlkə də, sənə deməmişəm, bəlkə də buna ehtiyac yaranmayıb, mən də uşaqlığımda yaxşı futbol oynayardım. Öz yaşıdlarımın içərisində həmişə ən yaxşı oynuyaraq seçilərdim,hətta bunu onlar özləri də deyərdilər. Sonra bir qədər susub,amma mən öz istəklərimin arxasınca yox, rəhmətlik babanın dediyi yol ilə getdim.Rəhmətlik atama futbola getmək istədiyimi deyəndə, o mənə acıqlı halda, ‘səy kimi 11 nəfər yığışıb qaçacaqsız əl boyda kağızın üstünə, adıda olacaq iş, ağlından çıxar bunları  -dedi.Bunları ilk dəfə idi atamdan eşidirdim və bu vaxta qədər niyə mənə demədiyini indi anlayırdım. O da nə vaxtsa mənim ona bunları deyəcəyimi sanki bilirmiş. Atam siqaretini çəkib qurtardı və mənə tərəf çevrilib, əllərini çiynimə qoyaraq səni öz istəyindən məhrum etməyə mən razı olmaram deyə biraz kövrəldi. Mən onu  qucaqladım və bir qədər dayandıqdan sonra biz evə tərəf yollandıq. Səhəri gün atam müəllimlərlə danışdı və mənim daha hazırlıqlara gəlməyəcəyimi söylədi. 
                           
  Amerikaya yola düşməyimə artıq bir neçə saat qalmışdı. Mən öz karyeramı qurmaq və təkmilləşmək üçün  ora yollanacaqdım. Biz yavaş-yavaş hava limanına doğru yollandıq. Bu bir saat mənim üçün gec də olsa gəldi və təyyarəyə mindim. 
  Məşqlər çox uğurlu alınırdı. Oyunum oradakıların diqqətini cəlb edirdi. Mənim çox gözəl futbolçu olacağıma inanırdılar. Hər gün öz üzərimdə çalışır, məşqdən əlavə olaraq stadionda qaçır, topla müxtəlif hərkətlər,manevrlər edirdim. 
   Axşam baş məşqçimiz məni yanına çağırdı və mənimlə söhbətə başlamaq üçün stul çəkib əyləşdi. O, mənə nəzər yetirərək, mənimlə qürur duyduğunu, mənim çox gözəl qabiliyyətli oyunçu olduğumu və bundan sonra daha da təkmilləşəcəyimi bildirdi. Ona öz təşəkkürümü bildirdim. Baş məşqçimiz mənim sabahkı oyunda əsas heyyətdə yer aldığımı bildirdi. Bu sözdən çox şad oldum və ona dərin minnətdarlığımı bildirdim. Bu mənim üçün böyük uğurlardan biri idi. 
    Səhəri gün erkəndən durmuşdum. Hər şey olduğundan da gözəl gedirdi, oyunun başlamağına dəqiqələr qalmışdı. Son dəfə atamla danışıb onun səsini eşitmək istədim. Bu mənə çox böyük motivasiya verirdi. Onun səsini eşitdim, mənimlə qürur duyduğunu söylədi. Bu anda artıq oyunçuları stadiona dəvət etməyə başladılar. Mən bir qədər həyəcanlı halda idim. Qısa vaxt ərzində Amerikanın məşhur futbol komandasının əsas heyətinin üzvü olmuşdum. Bu həqiqətəndə qürurverici idi, ölkəmin adını dünyada tanıdacaqdım. Azərbaycanlı futbolçunun Amerika komandasının əsas heyətində oynuyacağını göstərəcəkdilər. Budur artlq maç başladı  və həyəcanımı boğaraq ilk oyunuma başladım. 
  Hakim son fitini çaldı və oyunu 3:1 hesablı qələbə ilə başa vurduq. Vurduğum iki qol məni daha çox qürurlandırırdı. Baş məşqçimiz məni qucaqlayaraq  əhsən sənə deyirdi. 
  Bundan sonra  4 oyunum oldu və mən bu 4 oyunda 3 qol daha vurmuşdum. Məşqçimiz artıq məni  əasas heyətin üzvü olaraq görürdü. Amma, mən bu olanlarla nə qədər qürur duysam da, özümlə fəxr etsəm də burda qalmaq istəmirdim. Çünki mən onsuzda mənəm , amma bizim ölkəmizdə nə qədər belə istedadlı ‘mən’ lər var. Və mən bunu bildiyim halda heç bir şöhrətə, şana,pula aldanmaq istəmirdim. Axşam baş məşqçiylə qərarımı danışacağımı bildirdim. 
 2 il idi ki öz vətənimə geri dönmüşdüm və burada futbol məşqləri keçirdim. Uşaqlara öz bildiyim taktikaları öyrədir, onları çoxlu məşq keçirdim. Əsas özün bildiyini başqalarına çatdırmağa çalışmağındır. 
 Sonda sizlərlə  bir fikir bölüşmək  istəyirəm. Gənclərin hamısı elm öyrənməyə məcbur deyil. Kimisi idmanla, kimisi incəsənətlə,kimisi elmlə məşğul olmaq istəyir. Lütfən onların maraqlarını, həvəslərini heç etməyin. Onlar bizim gələcəyimizdir. Onlara bir qədər sərbəstlik verin. Həyatda öz ayaqları üstündə durmaları üçün onlara şərait yaradın. Bəlkə onların getdikləri yol səhv ola bilər,uğursuz ola bilər. Amma unutmayın ki, səhv doğruya, uğursuzluq uğura gedən yoldur. Körpə uşaq ilk öncə yıxılar, daha sonra özü yeriməyə başlayar.Sizin fikirləriniz sosializm cəmiyyətinin hakim olduğu SSRİ -yə dayanan fikirlərdir. Artıq bunlara ehtiyac yoxdur. Biz XXI əsrdəyik və artıq  dədə-baba adət-ənənəsi ilə,onların qoyduğu köhnə qaydalarla yaşamağa məcbur deyilik. Biz gənclərin örnək olmaq vaxtı çatıb. Biz kimlər üçünsə dədə-baba olmalıyıq. Və biz bunu bacaracağıq. 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)