Edebiyyat.az » Təqdimat » AZAD QARADƏRƏLİNİN YENİ KİTABININ TƏQDİMATI OLACAQ

AZAD QARADƏRƏLİNİN YENİ KİTABININ TƏQDİMATI OLACAQ

AZAD QARADƏRƏLİNİN YENİ KİTABININ TƏQDİMATI OLACAQ
Təqdimat
admin
Müəllif:
18:49, 22 fevral 2022
1 596
0
AZAD QARADƏRƏLİNİN YENİ KİTABININ TƏQDİMATI OLACAQ


 

 

            27 fevral 2022-ci il tarixdə, saat 14.00-da Misra kitab kafesində - Lev Tolstoy, 156 (Torqovı küçəyə yaxın, Şaurma-1 restoranının yanı) - yazıçı Azad Qaradərəlinin “Erməni doktorun gündəliyi və Qarabağın qara hekayətləri” romanının  təqdimatı olacaq.


           Əsərin süjeti bir Suriya ermənisi olan doktor Avanes Minasyanın Qarabağda döyüşlərdə olması, həkim kimi çalışması, soydaşlarımıza qarşı qanlı cinayətlərə ortaq olaraq orqan mafiyasının əlində alətə çevrilməsi və bütün bu gördüklərini qələmə aldığı gündəlik əsasında qurulmuşdur. Gündəlikdə döyüşçülərimizin Qarabağdakı uğurlu əməliyyatları, xəyanət nəticəsində erməni ordusunun revanşı, rayonlarımızın, eləcə də Şuşa, Laçın, Qubadlı və Zəngilanın saatbasaat işğalı təsvir edilmişdir.

            Müəllif  İstanbulda bir yayın evində olarkən təsadüfən əlyazması halında olan bu gündəliyin izinə düşür və hər şey də bundan sonra başlayır...

            Fakt, sənəd, tarixi mənbə və ən başlıcası erməni doktorun yazdıqlarına əsaslanan müəllif, bir də öz baxış bucağını burada sərgiləmişdir. Məsələn, əsərdəki həqiqi adlarıyla verilən döyüşçülər – Baloğlan, Filman, yaxud Yaqub kişi (gündəlikdə adı həm də Mehdi kimi keçir) nə qədər realdırsa, Eldar, onun oğlu Yusif, əsirlikdə erməni polkovnikin tənasül alətini kəsən Azərbaycanlı qız, özünü şalı ilə asan ana bir o qədər reala qarışmış irrealdır.

            Zəruri qeyd: roman  44 günlük Vətən Müharibəmizdən əvvəl qələmə alınıb. Əsərin redaktoru müəllifin mərhum qələm dostu Fərzuq Seyidbəyli və gənc yazar Nicat Həşimzadə, dizayn ustası Talıb, texniki redaktoru Xanım Aneladır. Kitab “Mücrü” nəşriyyatında çapdan çıxıb.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)