Edebiyyat.az » Təqdimat » YAZIÇI AZAD QARADƏRƏLİNİN “RENESSANS HƏSRƏTİ” KİTABININ 3-CÜ CİLDİ ÇAPA HAZIRLANIR

YAZIÇI AZAD QARADƏRƏLİNİN “RENESSANS HƏSRƏTİ” KİTABININ 3-CÜ CİLDİ ÇAPA HAZIRLANIR

YAZIÇI AZAD QARADƏRƏLİNİN “RENESSANS  HƏSRƏTİ” KİTABININ 3-CÜ CİLDİ ÇAPA HAZIRLANIR
Təqdimat
admin
Müəllif:
23:32, 29 aprel 2022
1 366
0
YAZIÇI AZAD QARADƏRƏLİNİN “RENESSANS HƏSRƏTİ” KİTABININ 3-CÜ CİLDİ ÇAPA HAZIRLANIR



          Yazıçı Azad Qaradərəli bir nasir olsa da, zaman-zaman esselər, portret yazıları yazmış, eyni zamanda ayrı-ayrı mətbuat orqanlarına, saytlara verdiyi müsahibələrində dövrün və zamanın hadisələrinə öz münasibətini bildirmişdir. Müəllifin iki cilddən ibarət “Renessans həsrəti” adlı kitabları çap olunmuşur. (“Renessans həsrəti”, Qanun, 2015, 368 s., “Renessans həsrəti”, 2-ci kitab, Alotoran, 2018, 350 s.)
 Çapa hazırlanan üçüncü kitabda yazıçının son illərdə qələmə aldığı esselər, portret yazıları, verdiyi müsahibələr, ədəbi qeydləri və bir sıra nəzəri fikirlərini əks etdirən mətnləri toplanıb. Esselərin bəziləri klassiklərin ( Nizami, Hadi, İ,Şıxlı, Sabir Əhmədli, O.Süleymenov) , bəziləri müəllifin müasirlərinin və gənc yazarların ( Eldar Baxış, Musa Yaqub, Məmməd İsmayıl, Tofiq Qəhrəmanov, Tehran Əlişanoğlu, Azər Abdulla, Toğrul Tanyol, Əjdər Ol, Qismət,  İsfəndiyar Əhmədzadə, Vaqif Qüdrətoğlu, Mənzər Niyarlı, Fərzuq Seyidbəyli, Orxan Bahadırsoy, El-Sevər, Səxavət Sahil, Sərdar Amin, Şəhla Nihan, Şəhriyar del-Gerani, Nicat Azər, Nemət Mətin, Günel Rəcəb, Nərgiz Nasir, Əli Eynəliyev,Pəri Minatür, Heyran Mustafazadə,  Arif Həkimoğlu və başqaları) yaradıcılığından və həyat lövhələrindən bəhs edir. 
 Müsahibələrdə müəllif ona verilən sualları cavablandırakən, əslində öz baxış bucağını sərgiləmiş, yazdığı bəzi nəzəri materiallarda isə (məsələn, “Yeni naturalizm”, “Nəsr: hekayə və hekayəçilik” və s.) özünün nəzəri düşüncələrini bölüşmüş, ortaya qoyduğu yeni ədəbi dünyagörüşün (“Yeni ədəbi naturalizm”) prinsiplərini sərgiləmişdir. Onun internet statusları şəklində qələmə aldığı fikirlər də, əslində bu düşüncələrinin davamı olan ədəbi qeydlərdir.
 Kitabda həmçinin müəllifin Türkiyə səfərindən təəssüratlar də oxuculara təqdim olunur.
 Nəşrin redaktorları Günel Rəcəb, Nicat Həşimzadə, tərtibçi Türkan Azadqızı, naşirlər isə BİZ klubun gənc kitabçılarıdır.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)