Edebiyyat.az » Təqdimat » AZAD QARADƏRƏLİNİN “RENESSANS HƏSRƏTİ” KİTABININ 3-CÜ CİLDİ TƏQDİM OLUNACAQ

AZAD QARADƏRƏLİNİN “RENESSANS HƏSRƏTİ” KİTABININ 3-CÜ CİLDİ TƏQDİM OLUNACAQ

AZAD QARADƏRƏLİNİN “RENESSANS HƏSRƏTİ” KİTABININ  3-CÜ CİLDİ TƏQDİM OLUNACAQ
Təqdimat
admin
Müəllif:
17:54, 05 iyun 2022
991
0
AZAD QARADƏRƏLİNİN “RENESSANS HƏSRƏTİ” KİTABININ 3-CÜ CİLDİ TƏQDİM OLUNACAQ




            12 iyun 2022-ci il tarixdə, saat 12.00-1300 arasında Bokzone kitab evində - H.Əliyev sarayının sağ tərəfi, AF Mall Ticarət mərkəzinin yanı, 2-ci mərtəbə - yazıçı Azad Qaradərəlinin “Renessans həsrəti”  kitabının 3-cü cildinin təqdimatı olacaq.


          Azad Qaradərəli bir nasir olsa da, zaman-zaman esselər, portret yazıları yazmış, eyni zamanda ayrı-ayrı mətbuat orqanlarına, saytlara verdiyi müsahibələrində dövrün və zamanın hadisələrinə öz münasibətini bildirmişdir. Müəllifin sözügedən yazıları və müsahibələrinin yer aldığı iki cilddən ibarət “Renessans həsrəti” adlı kitabları vaxtilə çap olunaraq oxucuların ilgisini çəkmişdir. (“Renessans həsrəti”, 1-ci kitab, Qanun, 2015, 368 s.; “Renessans həsrəti”, 2-ci kitab, Alotoran, 2018, 350 s.)

          Yenicə çapdan çıxan  396 səhifəlik üçüncü kitabda yazıçının son illərdə qələmə aldığı esselər, portret yazıları, verdiyi müsahibələr, ədəbi qeydləri və bir sıra nəzəri fikirlərini əks etdirən mətnləri toplanıb. Esselərin bəziləri klassiklərin ( Nizami, Hadi, İ,Şıxlı, Sabir Əhmədli,) , bəziləri müəllifin müasirlərinin və gənc yazarların ( Eldar Baxış, Musa Yaqub, Məmməd İsmayıl, Oljas Süleymenov, Tofiq Qəhrəmanov, Tehran Əlişanoğlu, Azər Abdulla, Toğrul  Tanyol, Əjdər Ol, Qismət,  İsfəndiyar Əhmədzadə, Vaqif Qüdrət, Mənzər Niyarlı, Fərzuq Seyidbəyli, Orxan Bahadırsoy, El-Sevər, Səxavət Sahil, Şükufə Əliyeva, Sərdar Amin, Şəhla Nihan, Şəhriyar del-Gerani, Nicat Azər, Nemət Mətin, Günel Rəcəb, Nərgiz Nasir, Əli Eynəliyev,Pəri Minatür, Heyran Mustafazadə,  Arif Həkimoğlu və başqaları) yaradıcılığından və həyat lövhələrindən bəhs edir.

         Ədəbi qeydlər bölümündə Q.Lorka, M.V.Lyosa, R. Qaraca, Elnaz Eyvaz, M.Örən, Vahid Əlifoğlu,  Fəridə, Maral Yaqubova, Esmira Məhiqızı, El Roman, Emin Piri, şəhid yazar Teymur Rəsulov, Azər Xanlarov, Həmid Piriyev və başqalarının yaradıcılığından çınqılar yer almışdır. Portret yazılarında atasının, babasının, nənəsinin, habelə uşaqlıq və gənclik dostlarından bəzilərinin obrazları yer alıb.

         Müsahibələrdə müəllif ona verilən sualları cavablandırakən, əslində öz baxış bucağını sərgiləmiş, yazdığı bəzi nəzəri materiallarda isə (məsələn, “Yeni naturalizm”, “Nəsr: hekayə və hekayəçilik” və s.) özünün nəzəri düşüncələrini bölüşmüş, ortaya qoyduğu yeni ədəbi dünyagörüşün (“Yeni ədəbi naturalizm”) prinsiplərini sərgiləmişdir. Onun internet statusları şəklində qələmə aldığı fikirlər də, əslində bu düşüncələrinin davamı olan ədəbi qeydlərdir.

         Kitabda həmçinin müəllifin Türkiyə səfərindən təəssüratlar da oxuculara təqdim olunur.

 Nəşrin redaktorları Günel Rəcəb, Nicat Həşimzadə, tərtibçi Türkan Mehdiyevadır. Kitab Mücrü nəşriyyatında işıq üzü görüb.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)