Edebiyyat.az » Təqdimat » Rasim Əlizadə - Ruhum səninlə gəncləşdi

Rasim Əlizadə - Ruhum səninlə gəncləşdi

Rasim Əlizadə - Ruhum səninlə gəncləşdi
Təqdimat
admin
Müəllif:
09:28, 28 may 2023
985
0
Rasim Əlizadə - Ruhum səninlə gəncləşdi

                                             




ƏZİZ QARDAŞIM VÜSAL İLHAMLININ XATİRƏSİNƏ. 

 

Ruhum səninlə gəncləşdi

Ürəyim səsinlə gözəlləşdi

Fikrimdəsən hər dəqiqə, hər an

Ay üzlüm məni məndən alma dayan

Necə yaşayaram sənsiz bir an..

Əcəlim gələnədək hər an yanındayam!

 

Bu misraları Vüsal öz yoldaşına həsr etmişdir bir vaxtlar. Misraları oxuyarkən anlayıb, hiss etmək olur ki, Vüsal öz ailəsinə qarşı necə də sevgi dolu bir insan olub, yoldaşına, övladlarına qarşı. Vüsal çox geniş ürəyə sahib bir insan idi, bəlkə də bütün insanları öz ürəyinə yerləşdirəcək qədər. Vüsal təkcə, ailəsinə, övladlarına qarşı yox ətrafındakı bütün insanlara qarşı sevgi dolu, mehriban, faydalı bir insan olub. Simasında daim təbəssüm daşıyan, pozitiv, zarafatcıl biri idi. Çox az insan var ki, ətrafına daim müsbət enerji ötürə bilsin, Vüsal həmin insanlardan idi. Hamı onu çox sevirdi, hörmətin saxlayırdı. Allah hər adama hörmətli, izzətli olmağı nəsib etmir, Vüsal bu dünyada bunları qazanmışdı və əminəm ki, o biri dünyada da hörmətli, izzətli biridir və yaşadığı həyat kimi gözəl yerdədir. Vüsal adi bir insan deyildi, hamı ondan nələrsə götürürdü. O həm gözəl ailə başçısı ata kimi, həm bir qardaş, həm gözəl dost, həm də vətənpərvər insan idi. Sadaladığım bu üç şeyi çox gözəl bacarıb, yerinə yetirirdi. Dostluqdan başlasaq Vüsal dostcanlı, mehriban biri idi dostlarına qarşı, bu səbəbdən Vüsalı sevən dostları həddən artıq çox idi, dost çox olan adam xoşbəxt adamdır. Bu xoşbəxtliyi Vüsal dadmışdı. Hər zaman dostlarının qulluğunda duran bu gözəl qəlbli insan onların hər an yanlarında olub dəstək olmuşdur, istər yaxşı, istər pis günlərdə. Hər zaman birlik-bərabərlik, sevgi, mehribanlıq məqsədi daşıyan əməlləri yerinə yetirməyi özünə borc bilirdi. Vüsalın vaxtsız gedişinə dostları inana bilmirdilər, hər kəsə yuxu kimi gəlirdi, sanki yuxudan oyanıb yenə o gülərüzlü, mələk qəlbli insanı yanlarında görəcəkdirlər, yenə onun şən zarafatlarını eşidib güləcək, həyatlarına rəng qatacaq mənali fikirlərini, faydalı məsləhətlərini dinləyəcəkdirlər. Dostların sənin üçün çox darıxacaq..

Vüsal həddən artıq vətənə, millətinə bağlı bir insan idi. Vətənini çox sevən Vüsal 2ci Qarabağ müharibəsinə könüllü olaraq iştirak etmək istəyinə baxmayaraq bəzi səbəblərdən dolayı müharibəyə gedə bilməmişdir amma öz maddi və mənəvi dəstəyini vətəndən əsirgəməmiş, özü kmi gözəl insanları ətrafına toplayıb bir neçə böyük yük maşınına yaşadığı Cəlilabad ərazisindən təkərlər toplayaraq maşınları doldurub döyüş bölgəsinə göndərmişdir. Bu gözəl anlar sosial şəbəkədə paylaşılmış və çox insan tərəfindən təqdirəlayiq bir hal kimi qarşılanıb alqışlanmışdır. Müharibədən sonra şəhid və qazi ailələrinə baş çəkmiş onların yanında olmuşdur. Vətən müharibəsi qəhrəmanı Qazi Qəzənfər Ağayevin müalicə alması üçün ona dəstək olmuş, onun probleminin həll olması üçün addımlar atmış, problemin medya tərəfindən işıqlandırılmasına kömək etmişdir. Xəstə uşaqlara, böyüklərə maddi yardım toplamaq məqsədli işlər görmüş, uşaq evlərinə bayram ovqatları aparmışdır. Hər zaman gözəl davranış, əməlləri ilə seçilmişdir. Yaxşı insanlar bu dünyadan tez ayrılırlar, Vüsal da onlardan biri oldu..

Qardaş kimi də çox gözəl qardaş idi. Balaca qardaşı Ülviyə hər zaman dəstək olmuş, ona əsil böyük qardaşlıq etmişdir, ona, anasına, bacısına ata əvəzi olmuşdur. Qardaşı uşaqlarına gözəl əmi olmuş, onları daim sevindirmiş, zaman ayırmış, onları öz övladlarından ayırmamışdır. Vüsal atası kimi gözəl insan olmuş, onun şərəfli yolunu davam etdirmişdir, təssüf ki Vüsal da atası kimi həyatdan tez ayrıldı.  Dünya hər zaman yaxşı insanlara qarşı vəfasız və ədalətsiz davranıb amma yaxşı insanlar etdikləri yaxşılıqların əvəzini axirət dünyasında görəcəklər onsuzda bu fani dünyada hər kəs gec tez ölümü dadacaq.

 

Sonuncu toxunacağım məsələ Vüsal gözəl ailə başçısı, həyat yoldaşı və ata olmasıdır. Yoldaşı Rufanəni dünyalar qədər sevmiş, hər zaman sevgisi, diqqəti, qayğısı ilə onun yanında olmuşdur. Atasının adını qoyduğu oğlu İlhama və hamıdan çox sevdiyi qızı Fəridəyə gözəl atalıq etmiş, onların xoşbəxt, rifah içində, sağlam və savadlı böyümələri üçün əlindən gələni etmişdir. Və buna nail olmuş, özü kimi onlarıda vətənpərvər ruhda böyütmüşdür. Yoldaşı Rufanənin hər zaman üzünü güldürmüş, ona daim xoşbəxt anlar yaşatmış, birlikdə çoxlu sevgi dolu və maraqlı xatirələrə səbəb olan  gəzintilər etmişlərdir. Yazının əvvəlindəki şeirə fikir versəniz Vüsal misraların ilk hərflərini birləşdirərək Rufanə sözünü qeyd etmişdir. Vüsal öz həyat yoldaşı və övladları ilə nəfəs alırdı, həyatını onlara həsr edirdi.Vüsalın aramızdan ayrılması hamımızı kədərə boğsa da, ayrılmasından çox qısa bir zaman sonra sevincli bir xəbər oldu. Bu Vüsal və Rufanənin 3cü övladlarının olacağının xəbəri idi. Vüsal özündən sonra Rufanəyə bir hədiyyə verib ayrıldı, hansı ki, yaşadığı vaxtlarda da Rufanəni hədiyyələr ilə sevindirərdi. Bu yeni dünyaya gələcək körpə Rufanəyə ümid və tutunacaq bir budaq olacaq, həmçinin anasına, qardaşına, bacısına. Bu yeni körpə Vüsalın son hədiyyəsi və əmanəti olacaq ailəsinə. İnşallah oğlu İlham atasının, qardaşı oğulları İrfan, Furqan isə əmilərinin sevgi dolu, şərəfli, düzgün, faydalı yolunu davam etdirib bu ziyalı, izzətli, hörmətli irsin davamçıları olacaqlar, hər zaman Vüsalla fəxr edib, Onu hörmətlə anacaqlar..

 

Əziz qardaşım Vüsala Allahdan rəhmət, yaxınlarına isə baş sağlığı diləyirəm.

Nur içində yat, bir gün Cənnətdə görüşmək ümidi ilə...

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)