Edebiyyat.az » Ədəbi tənqid » Milan Kundera - Roman sənəti (ixtisarla)

Milan Kundera - Roman sənəti (ixtisarla)

Milan Kundera - Roman sənəti (ixtisarla)
Ədəbi tənqid
admin
Müəllif:
22:35, 19 fevral 2021
1 330
0
Milan Kundera - Ro­man sə­nə­ti (ix­ti­sar­la)





Ser­van­te­sin xor ba­xı­lan mi­ra­sı 

1
Ed­mund Hus­serl ölümündən üç il əv­vəl, 1935-ci il­də Vya­na və Pra­qa­da Av­ro­pa­da­kı hu­ma­nizm böhra­nı­na həsr et­di­yi məş­hur müha­zi­rə­lə­ri­ni oxu­muş­du. Onun nə­zə­rin­də av­ro­pa­lı si­fə­ti xə­ri­tə üzə­rin­də­ki Av­ro­pa­nın da çölünə (mə­sə­lən, Ame­ri­ka­ya) uza­nan və qə­dim yu­nan fəl­sə­fə­si ilə bir­lik­də do­ğu­lan zeh­ni kim­li­yi ifa­də edir­di. Hus­ser­lin fik­rin­cə, qə­dim yu­nan fəl­sə­fə­si Ta­rix­də ilk də­fə bütün dünya­nı ağu­şu­na ala­raq onun qar­şı­sın­da ca­vab tə­ləb edən su­al­lar qoy­muş və onu bu və ya di­gər prak­tik eh­ti­yac­la­rı ödə­mək üçün de­yil, “in­sa­nı bil­mək, dərk et­mək is­tə­yi bürüdüyü” üçün müha­ki­mə­yə çək­miş­di. 
Haq­qın­da da­nış­dı­ğı böhran Hus­ser­lə o qə­dər də­rin görünürdü ki, Av­ro­pa­nın öz-özünə bu böhran­dan sağ-­sa­la­mat çı­xıb-­çıx­ma­ya­ca­ğı su­a­lı onu na­ra­hat edir­di. O, böhra­nın köklə­ri­nin “Mo­dern Çağ­”ın əv­və­lin­də, Qa­li­ley və De­kart­da, dünya­nı tex­ni­ki və ri­ya­zi ba­xım­dan araş­dı­rı­la­caq bə­sit bir nəs­nə ha­lı­na sa­lan və hə­ya­tın­da­kı dünya­nı (“die Le­bens­welt­”) öz üfüqlə­rin­dən çı­xa­ran Av­ro­pa el­mi­nin bir­tə­rəf­li xa­rak­te­rin­də ol­du­ğu­na ina­nır­dı.  
El­mdə­ki böyük in­ki­şaf in­sa­nı ix­ti­sas­laş­mış re­jim­lə­rin lab­rin­ti­nə sürüklə­miş­di. El­mdə irə­li­lə­dik­cə in­san dünya­nın tam­lı­ğı­nı da, özünü də gözdən qa­çı­rır, be­lə­lik­lə, Hus­ser­lin tə­lə­bə­si Hay­deg­ge­rin gözəl və ha­ra­da­sa sehr­li bir for­mul­la “var­lı­ğın unu­du­lu­şu” de­di­yi şe­yin için­də məhv olur­du. Bir vaxt­lar De­kart tə­rə­fin­dən “tə­bi­ə­tin ağa­sı və sa­hi­bi” mər­tə­bə­si­nə ucal­dı­lan in­san, onu ge­ri­də qo­yan, üstə­lə­yən, onun sa­hi­bi­nə çev­ri­lən güclər (tex­ni­ki, si­ya­si, ta­ri­xi güclər) üçün bə­sit bir şey ha­lı­na gə­lir. Bu güclər üçün onun konk­ret var­lı­ğı­nın, “hə­ya­tın­da­kı dünya”­nın (die Le­be­ns­welt) ar­tıq heç bir önə­mi və də­yə­ri yox­dur: o, bi­lə­rək­dən unu­du­lub, yo­xa çı­xıb.  

2
Bu­nun­la ya­na­şı, Ye­ni Ça­ğa yönə­lik bu qa­tı ba­xı­şın bə­sit bir müha­ki­mə ki­mi qiy­mət­lən­di­ril­mə­si­nin sa­dəlö­hvlük ola­ca­ğı­na ina­nı­ram. Mən da­ha çox bu iki böyük fi­lo­so­fun, ey­ni za­man­da həm tə­nəzz­ül, həm də tə­rəq­qi olan və in­sa­na aid hər şey ki­mi ya­ra­nı­şın­da aqi­bə­ti­nin to­xu­mu­nu giz­lə­yən bu dövrün mürək­kəb­li­yi­ni or­ta­ya qoy­duq­la­rı­na ina­nı­ram. Bu mürək­kəb­lik, fi­lo­sof yox, ro­man ya­za­rı ol­du­ğum üçün özümü da­ha da bağ­lı hiss et­di­yim son dörd əs­ri mə­nim gözümdə al­çalt­mır. Əs­lin­də, mə­nə görə, Ye­ni Ça­ğın qu­ru­cu­su tək­cə De­kart de­yil, həm də Ser­van­tes­dir. 
Bəl­kə də, bu iki fe­no­me­no­loq Ye­ni Ça­ğı müha­ki­mə edər­kən bu­nu nə­zə­rə al­ma­ğa önəm ver­mə­miş­di­lər. De­mək is­tə­di­yim bu­dur ki: əgər, fəl­sə­fə və el­min in­sa­nın var­lı­ğı­nı unut­du­ğu doğ­ru­dur­sa, Ser­van­tes­lə bir­lik­də bu unu­dul­muş var­lı­ğın kəş­fin­dən baş­qa bir şey ol­ma­yan böyük bir Av­ro­pa sə­nə­ti­nin ya­ran­dı­ğı da­ha də­qiq bir şə­kil­də or­ta­ya çı­xır. Hə­qi­qə­tən də, Hay­deg­ge­rin da­ha əv­vəl­ki Av­ro­pa fəl­sə­fə­si tə­rə­fin­dən la­qeyd ya­na­şıl­dı­ğı­nı düşünə­rək, “Var­lıq və Za­man”­da in­cə­lə­di­yi bütün böyük ek­zis­tan­si­al mövzu­lar Av­ro­pa ro­ma­nı­nın dörd əs­ri tə­rə­fin­dən aş­ka­ra çı­xa­rı­lıb göstə­ril­di. Ro­man ya­ra­dı­lı­şın fərq­li görünüşlə­ri­ni öz tər­zin­də, özünə­məx­sus mən­tiq­lə bir-­bir kəşf et­di: Ser­van­tes çağ­daş­la­rı ilə bir­lik­də özünə “ma­cə­ra nə­dir” su­a­lı­nı ver­di; Sa­mu­el Ri­çard­son­la “Da­xi­li aləm­də baş ve­rən­lər­”i araş­dır­ma­ğa, duy­ğu­la­rın giz­li hə­ya­tı­nı or­ta­ya çı­xar­ma­ğa baş­la­dı; Bal­zak­la in­sa­nın ta­ri­xə kök at­ma­sı­nı kəşf et­di; Flo­ber­lə o vax­ta qə­dər gündə­lik hə­yat üçün ig­cog­ni­ta (kəşf edil­mə­miş) olan ter­ra-­nı (tor­paq­la­rı) ax­tar­ma­ğa yol­lan­dı; Tols­toy­la in­sa­nın qərar və hə­rə­kət­lə­rin­də ab­sur­dun tə­si­ri üzə­rin­də baş sın­dır­dı. Za­ma­nı təh­lil et­di: Mar­sel Prust­la ya­xa­lan­ma­yan keç­miş anı, Ceyms Coys­la ya­xa­lan­ma­yan in­di­ki anı ya­xa­la­ya bil­di. To­mas Mann­la za­ma­nın də­rin­lik­lə­rin­dən gə­lə­rək ad­dım­la­rı­mı­za uzaq­dan is­ti­qa­mət ve­rən mif­lə­rin ro­lu­nu müha­ki­mə et­di və sa­ir və ila­xır.­.. 
Ro­man Ye­ni Ça­ğın əv­və­lin­dən bə­ri in­sa­na da­vam­lı ola­raq və sə­da­qət­lə yol­daş­lıq et­mək­də­dir. “Bil­mək eh­ti­ra­sı” (Hus­serl bu­nu Av­ro­pa mə­nə­viy­ya­tı­nın məğ­zi ki­mi görür), in­sa­nın öz re­al hə­ya­tı­nı saf-­çürük et­mə­si, onu “var­lı­ğın unu­du­lu­şu”­na qar­şı qo­ru­ma­sı, “ömür dünya­sı­na” heç vaxt sönmə­yən bir işıq tut­ma­sı üçün ro­ma­na dörd əl­lə sa­rı­lıb. Her­man Bro­xun dönə-d­önə de­di­yi şe­yi bu mə­na­da an­la­yır və bölüşürəm: bir ro­ma­nın ye­ga­nə var ol­ma sə­bə­bi, an­caq bir ro­ma­nın kəşf edə bi­lə­cə­yi şe­yi kəşf et­mək­dir. Hə­ya­tın o za­ma­na qə­dər mə­lum ol­ma­yan ki­çik bir fraq­men­ti­ni kəşf et­mə­yən ro­man əx­la­qa zid­dir. Mə­lu­mat ro­ma­nın ye­ga­nə əx­la­qı­dır. 
Mən bu­na da­ha bir əla­və edi­rəm: ro­man Av­ro­pa­nın əsə­ri­dir; icad­la­rı­nı fərq­li dil­lər­də et­miş ol­sa da, bütün Av­ro­pa­ya məx­sus­dur. Av­ro­pa ro­man sə­nə­ti­ni ya­ra­dan kəşf­lə­rin bir-­bi­ri­ni iz­lə­mə­si­dir (ya­zıl­mış olan­la­rın cə­mi de­yil). Bir əsə­rin də­yə­ri (yə­ni kəşf et­dik­lə­ri­nin miq­ya­sı) an­caq bu cür fövqəl­mil­li ba­xım­dan hər­tə­rəf­li görülüb ba­şa düşülə bi­lər.   


Tan­rı ka­i­na­tı və də­yər­lər sis­te­mi­ni ida­rə et­di­yi, yax­şı­nı pis­dən ayır­dı­ğı və hər şe­yə bir mə­na ver­di­yi ye­ri ya­vaş-­ya­vaş tərk edər­kən Don Ki­xot evin­dən çıx­dı və dünya ar­tıq ta­nın­ma­ya­caq bir ha­la gəl­di. Dünya ila­hi ha­ki­min yox­lu­ğun­da qə­fil­dən şübhə­lən­di­ri­ci bir du­ma­nın için­də qal­dı; tək olan ila­hi hə­qi­qət in­san­la­rın pay­laş­dı­ğı yüzlər­lə nis­bi də­yər şək­lin­də par­ça­lan­dı. Be­lə­lik­lə, Ye­ni Ça­ğın dünya­sı, onun­la bir­lik­də isə onun ək­si və mo­de­li olan ro­man do­ğul­du.  
De­kart­la bir­lik­də düşünən “mən­”i hər şe­yin bünövrə­si ki­mi qav­ra­maq, bu­na görə də ka­i­na­tın qar­şı­sın­da tək-­tən­ha qal­maq, He­ge­lin haq­lı ola­raq “qəh­rə­man­ca­sı­na” de­yə qiy­mət­lən­dir­di­yi bir dav­ra­nış­dır. 
Ser­van­tes­lə bir­lik­də dünya­nı bir xa­os ki­mi qav­ra­maq, tək mütləq hə­qi­qət əvə­zi­nə bir-­bi­ri­nə zidd olan bir yı­ğın nis­bi ger­çək­lik­lə (ro­man xa­rak­te­ri de­yi­lən xə­ya­li “mən”­lər­də­ki giz­li hə­qi­qət­lər) he­sab­laş­maq məc­bu­riy­yə­tin­də qal­maq, na­mə­lum­lu­ğun “müdrik­li­y”in­dən baş­qa heç bir şey­dən əmin ol­ma­maq da qu­la­qar­dı­na vu­rul­ma­ya­caq bir güc tə­ləb edir. 
 Ser­van­te­sin o böyük ro­ma­nı nə de­mək is­tə­yir? Bu ba­rə­də zən­gin bir ədə­biy­yat mövcud­dur. Bu ro­man­da Don Ki­xo­tun du­man­lı ide­a­liz­mi­nin ra­si­o­nal tən­qi­di­ni gördüyünü id­dia edən­lər var. Baş­qa­la­rı isə ro­ma­nı tam ək­si­nə, ide­a­liz­min göylə­rə qal­dı­rıl­ma­sı ki­mi görür. Bu şərh­lə­rin iki­si də səhv­dir, çünki ro­ma­nın tə­mə­lin­də heç də müha­ki­mə fürsə­ti de­yil, bas­ma­qə­lib bir əx­laq dər­si tap­ma­ğa can atır­lar. 
İn­san yax­şıy­la pi­sin ay­dın bir şə­kil­də ayırd edi­lə bi­lə­cə­yi bir dünya is­tə­yir, çünki on­da ana­dan­gəl­mə fit­ri kon­sept­dən gə­lən müha­ki­mə et­mək ar­zu­su var. Din­lər və ide­o­lo­gi­ya­lar bu ar­zu­nun üzə­rin­də in­şa edi­lib. Ro­man­la onun nis­bi­lik və çox­mə­na­lı­lıq di­li­ni özlə­ri­nin məc­bu­ri və doq­ma­tik ifa­də­lə­ri­nə uy­ğun­laş­dı­ra­raq uz­la­şa bi­lər­lər. İl­lah da bi­ri­nin haq­lı ol­ma­sı­nı is­tə­yir­lər; ya An­na Ka­re­ni­na sözqan­maz bir hey­və­rə­nin qur­ba­nı ol­ma­lı­dır, ya da Ka­re­ni­na if­fət­siz bir qa­dı­nın; ya K. mə­sum­dur, əda­lət­siz bir məh­kə­mə tə­rə­fin­dən pə­ri­şan edi­lib, ya da məh­kə­mə­nin ar­xa­sın­da ila­hi əda­lət giz­li­dir və K. suç­lu­dur.  
Bu, “ya”­la­rın için­də, in­sa­ni hal­la­rın özündə­ki nis­bi­li­yə dözə bil­mə­mə­yin aciz­li­yi, ila­hi ha­ki­min yox­lu­ğuy­la üzləş­mə­yin aciz­li­yi var­dır. Bu aciz­lik uc­ba­tın­dan ro­ma­nın müdrik­li­yi­ni (na­mə­lum­lu­ğun müdrik­li­yi) qə­bul et­mək və an­la­maq çə­tin­dir.  
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)