Edebiyyat.az » Proza » Lalə İsmayılova - Şuşanın dağları

Lalə İsmayılova - Şuşanın dağları

Lalə İsmayılova - Şuşanın dağları
Proza
admin
Müəllif:
00:01, 12 noyabr 2020
2 919
1
Deyilən müddət başa çatdı. Ölkə başçısı səfərbərlik elan etdi. Beləliklə, 2020-ci ilin oktyabrında ikinci Qarabağ savaşı başlandı.

                                    


 

2022-ci ilin sərin oktyabr səhəri idi. Bu payız nədənsəŞuşada çox mülayim keçirdi. Yerli sakinlərin deməyinə görə,oktyabr ayında belə xoş hava buralara uyğun deyildi. Əzgilli dərənin kənarında dizlərimi qucaqlayaraq oturmuşdum. Çiynimə atdığım yun şal kürəyimi sərin payız mehindən qorusa da,saçlarım tamamilə bu şıltaq küləyin ixtiyarında idi. Saçlarım dağılıb üz – gözümə toxunduqca, qəlbimdə xoş duyğular oyanırdı. Həşey nağıl kimi sehrli və əsrarəngiz idi. Bir azdan klubda Türkiyədən və Bakıdan  gələn yazarlar və şairlərlə keçiriləcək görüşdə iştirak etməli idim. Amma xəyal məni yenə də yaxın keçmişə, iki il əvvələ aparmışdı... 2020-ci ilin yay fəsli başa çatmaq üzrə idi. Ölkə gündəmində ciddi dəyişikliklər baş vermişdi. Prezidentimiz BMT-nin beynəlxalq əhəmiyyətli bir toplantısında dünya ictimaiyyəti qarşısında çıxış edərək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin baş tutmamasında  ATƏT-in Minsk qrupunu və Ermənistana havadarlıq edən ölkələri  tənqid atəşinə tutdu. Artıq xalqın səbrinin qalmadığını qeyd edən dövlət başçısı sərt bəyanat verdi: 1 ay ərzində Ermənistan öz işğalçı siyasətindəəl çəkməsə, Azərbaycan hərbi yolla torpaqlarını işğaldan azad edəcək. 

Bu gözlənilməz qərar bütün insanlarda bir ruh yüksəkliyi yaratmışdı. Hər kəs döyüşə hazırlaşır, qorxu hissini kimsə yaxına buraxmırdı

Ermənistandan isə gülünc xəbərlər gəlməkdə idi. Qorxuya düşş ermənilər bacardıqca xarici ölkələrə qaçmağa cəhd edirdilər. Ermənistan hakimiyyəti isə nəyəsə ümid edərək sakit görünməyə çalışırdı

Deyilən müddət başa çatdı. Ölkə başçısı səfərbərlik elan etdi. Beləliklə2020-ci ilin oktyabrında ikinci Qarabağ savaşı başlandı.

Hərbi Komissarlığa böyük bir axın var idi. Demək olar ki, heç kim hərbi çağırış gözləmir, könüllü olaraq döyüşə getmək üçün müraciət edirdi. Gənclər, məktəblilər, ortayaşlılar, qadınlar... Çoxdandır xalq belə coşğu görməmişdi. 

Bir həftə sonra Emini müharibəyə yola saldım. Dönə-dönə ehtiyatlı olmasını xahiş etdim.

-Narahat olma – dedi. Sağ – salamat qayıdacağam. Onunla birlikdə Hərbi Komissarlığa getməyə də qoymadı

-Elə qapıdan ötür, bəsdir. -dedi və getdi. Arxasınca su atdım. Nə qədər eləsəm də ağlamaqdan özümü saxlaya bilmədim. Axı zarafat deyildi? Ömür – gün yoldaşını odun-alovun içinə göndərirsən. 

Döyüşlər başlamışdıİşdən gələndən sonra bütün günüm kompüter və televizor arxasında keçirdi. Yanlız xəbərləri izləyirdim. Ordumuz sürətlə irəliləyirdi. Bir müddət sonra bütün ətraf rayonların artıq işğaldan azad olunduğu xəbəri yayıldı.İtkilərimizin az olması ən sevindirici məqamlardan biriydi. Ən müasir döyüş texnikaları və silahlarla təchiz olunmuş ordumuzdan hər gün yeni zəfər soraqları gəlirdi. Azərbaycan ordusuna qalib gələ bilməyəcəyini başa düşən erməni silahlı qüvvələri geri çəkilirdi. 

 

Emin imkan düşdükcə cəbhə xəttindən mənə zəng edirdi. Həşeyin yaxşı olduğunu deyirdi. Dönə - dönə ona görə narahat olmamağımı  tapşırırdı.

Bir gün mənə zəng vurub  Eminin yaralandığını, Ağdamdakı hospitala yerləşdirildiyini dedilər. Vəziyyəti elə də ağır deyilmiş Özümü itirmədən yola hazırlaşmağa başladım. Emili bacıma verib gedəcəkdim. Paltarımı dəyişəndə telefonuma tanımadığım nömrədən zəng gəldi. 

-Alo

-Sara... -Eminin zəifləmiş səsini güclə tanıdım.

-Emin! Necəsən? Yaxşısan? -həyəcandan əlim - ayağım kimi səsim də titrəyirdi.

-Narahat olma, Sara, mən yaxşıyam. Ağlama, ay qız niyə ağlayırsan?

-Gəlirəm, Emin, elə indicə evdən çıxırdım, gəlirəm  yanına.

-Dayan! Hara gəlirsən, Sara? Elə buna görə zəng eləmişəm. Qətiyyən bura gəlmək fikrinə düşmə

-Axı niyə Emin? Yəni vəziyyətin o qədər ağırdır ki, səni görməyimi istəmirsən? 

-Yox, Sara, yox. Yaram ağır deyil. Çiynimdən yüngülcə yaralanmışam.

-Bəs onda niyə gəlməyim? 

-Sara, burda bir batalyon əsgər var. Bu qədər kişinin içində  sənin nə işin var? 

-Emin, heç qısqanclığın yeridir? Axı...

-Heç nə demə, Saracan, inan ki yaxşıyam.

-Amma səsin bunu demir...

-Bir az çox qan itirmişəm, Saracan. İki günə top kimi olacağam. Həkimlər məni evə yazmaq istəyir. Amma onlara qulaq asan kimdir? Şuşaya çatırıq e Sara! Şuşa bizi gözləyir!

-Emin, əgər tam sağalmasan, Şuşaya gedib çata bilməzsən. Həkimlərin sözünə qulaq as.

-Tarix yazırıq, Sara,tarix! Nə həkim? Nə filan? 

-Yaxşı, Emin, təki sağal, gedərsən. Amma icazə ver, gəlim yanına, nə olar?

-Yox, yox, qətiyyən! Heç bu barədə düşünmə də!

Bir qədər də danışıb sağollaşdıq. Qısqanclıq sindromu Emindəəl çəkənə oxşamırdı. Düşünüb gülümsədim. Xəstə halıyla gör oturub nəyi fikirləşir! Bir batalyon əsgər varmış! Eh!

Ev paltarımı geyinib mətbəxə şam yeməyi hazırlamağa keçdim...

 

Noyabrın sonu idi. Payız soyuq nəfəsini yavaş-yavaş hiss etdirməyə başlamışdı.

Bir həftə olardı ki, Emini bütün həkimlər və komandirlərlə dava – qırğına çıxmasına baxmayaraq, evə göndərmişdilər.Buna görə çox əsəbi olmuşdu. Siqareti siqaretə calayırdı. Arada balkondan öz – özünə danışmağını eşidirdim:

-Qoymadılar! İmkan vermədilər, a kişi! 

Çalışırdım ki, evdə həşey onun ürəyincə olsun. Tez – tez cəbhədə baş verənlərdən danışmasını xahiş edirdim. O da böyük  həvəslə danışır, özünü döyüşün tən ortasında hiss edərək kükrəyib-coşurdu. Mən ona heyranlıqla baxırdım. O mənim qəhrəmanım idi!

-Saracan, təsəvvür edə bilməzsən ki, bu ermənilər necə qorxaq imiş! Eşitmişdim, amma öz gözlərimlə görməyincə inanmazdım. O vaxt bunların havadarları olmasaydı bir qarış torpaq da ala bilməzdilər bizdən!

-Əlbəttəəzizim, haqlısan - deyə onun sözünü təsdiqləyirdim.

Günlər bir-birini əvəz edirdi. Düşmən növbəti həftə ərzində daha ciddi itkilər vermişdi. Bir axşam, saat 20:00 da bütün televiziya kanallarında yarım saat sonra ölkə başçısının canlı yayımla xalqa müraciət edəcəyi anonsu verildi. 

-Xeyir olsun! - deyə həyəcanla Eminə baxdım. 

-Xeyir olar, darıxma – Emin arxayın halda dilləndi.

 Yarım saat sonra ekranlarda prezidentin məğrur çöhrəsi göründü. O, xalqa müraciət edərək, müharibənin başa çatdığını, Dağlıq Qarabağ və bütün ətraf rayonların işğaldan tamamilə azad olunduğunu və Ermənistanla müharibənin başa çatması barədə sülh müqaviləsi imzalandığını söylədi. Hamını qələbə münasibətilə təbrik edən ölkə başçısı bu qələbədə hər bir ölkə vətəndaşının payı olduğunu və ölkəmizin ən gözəl günlərinin bundan sonra başlayacağını xüsusi vurğuladı. Eminlə qucaqlaşıb bir-birimizi təbrik etdik. İkimiz də ağlayırdıq. Daha doğrusu, mən qışqıra – qışqıra hönkürürdüm, Emin isə səssizcə yaşarmış gözlərini silirdi. Birdən küçədə bərk səs – küy qopdu, atəş səsləri eşidildi. Hövlank eyvana çıxdıqda, küçədə böyük qələbəlik gördük.İnsanlar qucaqlaşır, bir-birlərini təbrik edirdilər. Gənclər və uşaqlar bu gün üçün alıb saxladıqları fişəngləri partladırdılar...

Səhəri gün Təhsil Nazirliyinə gedib iş yerimi Şuşşəhərindəki məktəblərdən birinə dəyişdirilməsini xahiş etdim. Şöbə müdiri ərizəmi oxuyub təəccüblə üzümə baxdı. Bir azdan dedi:

-Qızım, hələ nə məktəb? Nə köçürülməİndi orda kim var ki?

-İndi demirəm ki müəllim. Şuşada nə vaxt yaşayış bərpa olacaq,insanlar köçürüləcək, onda. Siz bu ərizəmi nəzərinizdə saxlayın. 

-Hə, bu başqa məsələ. Arxayın ol, qızım. Həşey yoluna düşsün, ümid edirəərizənizə müsbət cavab veriləcək.Şuşaya getməyimiz Eminin də ürəyindən idi. Bir müddət orada yaşamaq, havasını doya – doya ciyərlərimizə çəkmək istəyirdik. Bəzən bütün bu hadisələr mənə yuxu kimi gəlirdi. Elə qorxurdum  ki, birdən bunlar yuxu olar, qəfil gözlərimi açaram və həşey bitər.Bəlkə də ürəyim partlayardı o zaman. Amma bütün yaşadıqlarımız yuxu yox, reallıq idi. Səmamızı cənginə alan qara buludlar parçalanmış, günəş doğmuşdu. 

 

Qarabağa qayıdışa hazırlıq prosesləri gedirdi. Əvvəlcə torpaqların minalardan təmizlənməsi prosesinə start verildi. Qardaş Türkiyədən gələn xüsusi mütəxəssis heyəti də bu işdə bizimkilərə çox kömək etdi. Daha sonra işğaldan azad olmuş torpaqlarımızda yenidənqurma və bərpa işləri aparıldı. Görüləsi işlər çox idi. Xarici şirkətlər də Qarabağa investisiya qoyur, burada yeni filiallarını açırdılar.

İki  il keçdi. Əhalinin Qarabağa köçü başlandı. Bakıda və digər bölgələrdə yaşayan qaçqın və məcburi köçkünlərin böyük əksəriyyəti sevinə-sevinə öz yurd yuvalarına qayıtdılar. Qarabağlı olmayan insanlardan da yaşamaq üçün Qarabağın səfalı guşələrinə üz tutanlar az deyildi. İş yerləri o qədər çox idi ki, yerli əhali işçi qüvvəsini tam təmin edə bilmirdi. Bu səbəbdən bütün bölgələrdən Qarabağa axın var idi. Bakıda əməlli – başlı seyrəklik yaranmışdı.

Məni Bakıdan Şuşaya könüllü olaraq işləməyə getmək istəyən ilk bakılı müəllim kimi sosial şəbəkələrin və telekanalların ulduzuna çevirmişdilər. Təhsil naziri şəxsən özü məni qəbul edib ərizəmə müsbət cavab verdi. Bu cür vətənpərvər davranışımla gənclərə örnək olduğumu vurğulayan nazir məni Şuşşəhəri 1 saylı tam orta məktəbə tarix müəllimi təyin etdi. Təyinatımla bağlı üç illik müqavilə bağlanıldı. Müqavilənin vaxtının uzadılması məndən asılı idi. Üç il sonra istəsəm Bakıdakı iş yerimə qayıda biləcəkdim. 

Eminin işlədiyi şirkətdə isə xırda para həll ediləsi məsələlər qalmışdı. Ona görə də hələ mənimlə Şuşaya gedə bilməzdi.

-Siz gedin, uzağı bir aya gələcəyəm. Həşirkətdəki məsələləri həll edim, həm də yeni iş yeri üçün müraciət edim.

-Nə deyirəm, necə istəyirsən elə olsun -dedim. Özünə qulluq edən biləcəksən?

-Əlbəttə. Məndən narahat olma-deyə həyat yoldaşım mənə ürək -dirək verirdi.

Sentyabrın 1-i Emin bizi avtovağzaldan Bakı – Şuşa avtobusu ilə yola saldı. Yol uzunu cənnət Qarabağın valehedici gözəlliyi ağlımı başımdan almışdı. Axşamüstü gəlib Şuşaya çatdıq. Sözlərlə ifadə edə bilmədiyim bir gözəllik qarşısında əməlli – başlı şaşırmışdım. Bütün hisslərim bir – birinə qarışmışdı. Təhsil Nazirliyinin mənim üçün ayırdığı evə gəlib əşyalarımızı yerləşdirdim. Bu işdə mənə qonşular çox kömək etdi.Evimiz Vaqif küçəsində, axar-baxarlı bir yerdə idi. Dərslərin başlamasına hələ 14 gün qalmışdı. Bu vaxt ərzində mühitə öyrənməli idim.

 Yerli  əhalinin isti münasibəti sayəsində hər kəsə çox tez alışdım.Dərs başlayan kimi Emili körpələr evinə verib işə çıxdım.Şagirdlərim o qədər sevimli idi ki! Dərslərdəəlavə Şuşanın ictimai işlərində də fəal iştirak edirdim. Gənclərin asudə vaxtının səmərəli təşkil olunması üçün məktəblə şəhər klubu arasında sıx iş birliyi yaratmışdıq. Ziyalıların, ictimai xadimlərin gənclərlə müntəzəm görüşləri təşkil olunurdu. Qarabağda həyat qaynayırdı. Elə bil heç vaxt işğal olunmamışdı bu torpaqlar. Həyat qaldığı yerdən davam edirdi sanki. Tez-tez konsertlər təşkil olunurdu. Cıdır düzündə gənclər yenə də at yarışları keçirirdilər. İsa bulağının qarşısındakı meydançada hər axşam gənclər çalıb -oxuyur,şıdırğı rəqs edirdilər. Oğlanlarışən zarafatları, qızların cingiltili qəhqəhələri ətrafa yayılır, təbiətin gözəlliyinə sirli bir gözəllik qatırdı. Gecələr cırcıramaların və İsaq-Musaq quşunun səsləri bir – birinə qarışaraq dünyanıən gözəl nəğməsinə çevrilirdi.

Şuşanın havası çox soyuq olsa da,qəlbimdəki xoşbəxtlikdən doğan hərarət məni üşüməyə qoymurdu. Xoşbəxtliyin zirvəsini yaşayırdım. Bundan daha böyük xoşbəxtliyi təsəvvür etmək mümkün deyildi. Hər günümüz o qədər rəngarəng keçirdi ki sanki zamanı qovurdular. Prezident və ölkənin birinci xanımının Qarabağa səfərləri Şuşada da böyük coşğu ilə qarşılanmışdı. Mən də həmin tədbirlərdə iştirak etmiş, bizə yaşatdığı bu xoşbəxtliyə görə ölkə başçısına təşəkkür etmişdim.

Səbrsizliklə Emini gözləyirdim. O gəldikdən sonra Qarabağı qarış-qarış gəzmək istəyirdim.

Şuşada görülən bütün işlərdə iştirak etmək istəyirdim və edirdim. Şəhərin qala divarları bərpa olunduqdan sonra qala divarları üzərində Sovet dövründə yazıldığı kimi Şuşa sözünün yazılmasına başlanılmışdıƏvvəlcə dəmir konstruksiyalar quraşdırılacaqdı. Bəzi adamlar yazının yenə əvvəlki kimi kiril əlifbasında olmasını istəyirdilər.Böyük mübahisə düşşdü.Axır icra nümayəndəsi gəlib camaatı sakitləşdirdi:

-Ay camaat,kiril əlifbası ilə hər hansı lövhə vurmağa icazə yoxdur. Xahiş edirik işimizə mane olmayın, öz işinizlə məşğul olun.

Bundan sonra narazı olanlar da razılaşmağa məcbur oldular. Qala divarlarının üzərinə əvvəlki kimi qırmızı hərflərlə, amma əvvəlkindən fərqli olaraq latın qrafikası ilə Şuşa sözü yazıldı. Yazı hazır olan kimi qarşısında selfi çəkib Facebook səhifəmdə paylaşdım. 5 dəqiqə keçməmiş Emindən mesaj gəldi:

-Nc, nc 1 gün səbr edən bilməzdin? Sabah birlikdə şəkil çəkdirərdik, elə paylaşardın

Necə? demək Emin sabah gəlir? Tez zəng etdim.

-Eşidirəm ey sosial şəbəkələrin ulduz müəlliməsi – deyə məzəli şəkildə cavab verdi

-Doğurdan gəlirsən sabah?

-Nədir? Yoxsa oralar təkcə sənə məxsusdur? Unutma ki Qarabağ uğrunda sən yox mən vuruşmuşam.

-Yaxşı görək.Elə bil xüsusi qəhrəmanlıq  göstərib döyüşlərdə şücaətinə görə medalları yan – yana düzüb!

-Hmm, kimə qarşı döyüşüb şücaət göstərəydim? Erməni vardı ki? Qaçırdılar, tuta bilmirdim.

Xeyli gülüşdük.

-Yaxşı nə vaxt gəlirsən? -səbrsizliklə soruşdum 

-Səhər yola düşürəm. Axşama çataram. Emil necədi?

-Yaxşıdı. Qonşuya tapşırmışam, gəzirəm özüm üçün. 

-Eşq olsun sənin kimi fədakar analara – yenə atmaca atdı

Yenə gülüşdük

-İş məsələni həll elədin?

-Hə. Gələn həftədən işə başlayıram orda. Gələrəm danışarıq.

-Çatanda zəng edərsən

-Oldu. Hələlik

-Hələlik.

Sabahdan Emin də yanımda olacaqdı. Deməli ən maraqlı günlər bizi gözləyirdi. Evə tələsirdim. Yol boyu tikintidən evə qayıdan fəhlələr, kərpic daşıyan yük maşınının sürücüləri,dərsdən qayıdan kollec tələbələri, parkda deyib – gülən gənclər hamısı ayrı-ayrılıqda mənə pozitiv enerji ötürürdü. Hamının üzündən xoşbəxtlik yağırdı. Mən dərk edirdim ki, insan heç vaxt yarııq olduğu halda tam xoşbəxt ola bilməz. İnsanın xoşbəxt olması üçün bütöv olması lazımdır. Biz artıq bütöv idik. Tam idik. İndi doyunca xoşbəxtliyin dadını çıxara bilərdik.

  Mən qənbər daşla döşənmiş Vaqif küçəsi ilə üzüyuxarı, evimizə tərəf addımlayırdım. Şuşanın dağlarının başını duman almışdı. Amma bu duman 30 il  əvvəlki dumandan deyildi. Bu sevimli duman idi. Çiskin yağış başladı. Bir azdan şiddətlənəcəyini bilsəm də tələsmirdim.Bu dünyanıən gözəl yağışı idi. Bu Şuşanın yağışı idi. Bu yağışda islanmaqdan böyük zövq ola bilməzdi. Dünənki Türkiyəli yazarlar və şairlərlə görüşdə bir türk şairinin söylədiyi misralar yadıma düşdü:

Mutluluk gelir bir gün... Bir yağmur gibi

Korkma islanmakdan bırak kendini yağmura

Kapa gözlerini.

Dinle yağmurun sesini

şün mutluluk bu diyilmi?

Lap mənim üçün yazılıbmış şeir sanki deyə düşünüb gülümsədim. Bu da bizim ev. Darvazanı açanda Əzgilli dərədən tar-kamanın səsi aləmi götürdü. Gənc xanəndə Səidin səsini tanıdım. 

-Şuşanın dağları, başı dumanlı

 Qırmızı koftalı, yaşıl tumanlı

 Dərdindən ölməyə çoxdur gümanlı...


03.2018
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (1)