Edebiyyat.az » Ədəbi tənqid » Elvin Rizvangil - Vüqar Babazadəyə açıq məktub

Elvin Rizvangil - Vüqar Babazadəyə açıq məktub

Elvin Rizvangil - Vüqar Babazadəyə açıq məktub
Ədəbi tənqid
admin
Müəllif:
20:29, 26 yanvar 2022
1 170
0
Elvin Rizvangil - Vüqar Babazadəyə açıq məktub



 Mən ilk hekayələrimi 8-9-cu sinifdə oxuyanda yazmışam. Təbii ki, o hekayələr insan üzünə çıxarılası deyil. 2007-ci ildə Sumqayıt şəhərində Əli Kərim adına poeziya evində jurnalistika kursunda təhsil alanda yenidən başladım yazmağa. 2007-2010-cu illərdə Sumqayıtda fəaliyyət göstərən müxtəlif qəzetlərdə hekayələrim çap olunub. 2010-cu ildə yazmamağa qərar verdim. Üstündən, təxminən, on il keçəndən sonra şeytan məni yenə yoldan çıxardı. 9 ildən sonra yazdığım kiçik bir hekayə özümün də xəbəri olmadan Təbrizdə çap olundu. Bu mənə böyük situmul verdi. 3 il müddətində müxtəlif hekayələrim ayrı-ayrı ədəbiyyat portallarında yayımlandı. Ancaq heç vaxt kitab çap etdirmək fikrim olmayıb. Yazdığım hekayələrdən maddi gözləntim də olmayıb.
 Bunları niyə yazıram?! Ona görə yazıram ki, yazıçılıq bizim taleyimizdir. Nə qədər etsək də, gördüyümüz hansısa hadisə bizi yazmağa vadar edir. Zəif və ya güclü... Fərqi yoxdur. Bir də ayılırsan ki, gecə saat 3-ü keçib və hələ də noutbukun qarşısında oturub yazırsan. Son günlər yazıçılar bəzi yazıçıların imza günü keçirməsinə, öz kitablarını ön satışda satma cəhdinə lağ-lağı ilə yanaşır, onları ələ salırlar.Bəli, ilk kitabını ön satışa qoyanlardan biri də mənəm. Buna dilənçilik deyən gənc istedadlı dostuma təklif edirəm ki, bir jurnalist kimi bu mövzunu araşdırsın. Dünyanın ən nüfuzlu nəşriyyatları çap edəcəkləri əsərləri öz internet resurslarında ön satışa çıxarırlar. Bunun bir neçə səbəbi var: Kitabın çap xərcini qarşılamaq  və tiraj sayını müəyyənləşdirmək. Bunu ədəbiyyatın içində olan bir adamın dilindən eşitmək məni təəsüfləndirdi.Ədəbiyyata dəxli olmayan bir adam desəydi, əhəmiyyət verməyib keçərdim. Ancaq ölkədə kitab sənayesinin nə vəziyyətdə olmasından xəbərdar olan gənc dostumuz bunu nəyin xatirinə edir? İşlədiyi ədəbiyyat və sənət portalına İP gətirmək üçünmü? Ya özünü fərqli göstərməkmi? Ancaq, əslində, dostumuz bu yazını yazmaqla kitab sənayesinin nə gündə olduğunu ortaya qoyur. Əgər bu ölkədə bir şair, yazıçı beş -altı yüz manat tapıb öz kitabını nəşr etdirə bilmirsə,  kitabını çıxartmaq üçün "dilənçilik" edirsə, bu həmin şair və yazıçının günahı deyil axı. Niyə gənc dostumuz nəşriyyatların şair və yazıçıları necə istismar etdiyindən yazmır?! Niyə dostumuz yazdığı yazılara qəpik-quruş verən mətbu orqanlara öz iradını bildirmir?! Əgər ölkədə kitab sənayesi normal olsaydı, heç bir qələm sahibi bu yola əl atmazdı. Nəşriyyatla müqavilə bağlayıb qonorarını alıb gedib növbəti əsərinə mövzu fikirləşərdi. Sənin də bu yaxınlarda kitabın nəşr olunub. Kitabının neçə tirajı satılıb və ya evdə çarpayının altında neçəsi qalıb?!
 Biz onsuz da özümüz özümüzü oxuyuruq.Bu məktubu tək sənə yazmıram. Elvin Rizvangilin kitabı çap olunmasa, nə Azərbaycan oxucusu,  nə də ədəbiyyatı heçnə itirməyəcək.Ya da əksinə, Elvin Rizvagilin kitabı nə oxucuya, nə də ədəbiyyata heç nə qazandırmayacaq. Ancaq biz bir-birimizə dəstək olmalıyıq. Həqiqi ədəbiyyat, sənət eşqi ilə yazan neçə nəfərik?! Sonda dünən elə sizin saytda yayımlanan istedadlı dostum Nihat Pirin Məmməd Orucla müsahibəsindən bir yeri diqqətinə çatdırmaq istəyirəm. "Müsahibə almağa  gedəndə taksi sürücüsünün Məmməd Orucu tanıması məni daha da ruhlandırdı. "Oyun havası" povestini oxuyub bəyəndiyini bildirdi". Cümlə yadımda qaldığı qədəri ilə belə idi. Dostum, indi özün fikirləş, Məmməd Oruc kimi bir yazıçını taksi sürücüsünün tanımasını qeyri-adi qəbul ediriksə, biz kitabımızı necə nəşr etdirib və necə satmalıyıq?!
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)