Edebiyyat.az » Ədəbi tənqid » Rasim Əlizadə - Məna və diqqət axtarışları

Rasim Əlizadə - Məna və diqqət axtarışları

Rasim Əlizadə - Məna və diqqət axtarışları
Ədəbi tənqid
admin
Müəllif:
22:09, 01 sentyabr 2022
1 455
0
Rasim Əlizadə - Məna və diqqət axtarışları

                                                     

 

Uzun zamandır yazmıram və bu məni narahat etmir. Xatırlayıram ilk dəfə yazı yazmaq eşqinə düşəndə, facebookda status açıb hamıya müraciət etmişdim ki, yazıçı olacam, yazılarımla insanlara dəstək olacam, unudulmaz olacam və.s. İndi isə elə bir ruh halındayam ki, çox şey anlamsız gəlir, zövq ala bilmirəm. Həvəs olanda hər şey insana zövq verir yoxsa bu lənətəgəlmiş həvəs olmayanda  adi bir çətinlik və boşluğa düşən kimi hər şeyin başın buraxmaq dərəcəsinə gəlir insan. Düşünürəm bəlkə də yazmaq istəyim də hansısa düşdüyüm boşluğun nəticəsi, yazmağa sığınmaq, özünü  bu yolla ifadə etmək, hardasa özünlə dərdləşməkdən dolayı yarandı.

Yazının gücünə inanıram çünki insanı çox rahatladır. Dində belə öz qüsurlarını bir kağıza yaz məsləhət görülür, həm rahatlayırsan özünü tanıyırsan həm də insan öz qüsurlarını görəndə başqa qüsurlu insanları da anlayır, onları rahat buraxır, qınamırsan hansısa pis davranışına görə.

Psxioloqlar da "yazın" deyir, sizi sıxan, narahat edən, keçmişdə ilişib qaldığınız şeyləri. Yazmağın möcüzəvi gücü elə ondadır, səni çox şiddətli narahat edən bir məsələni yazıya tökəndə bir də görürsən ki həmin şey daha əvvəlki kimi səni narahat etmir, hiss etdiyin əzabın dərəcəsi yox olacaq dərəcədə azalır, gücü zəifləyir.

Belə anlayıram ki, yazmaq istəyimi də bu kimi məsələlər işə saldı. Bəli, etiraf edirəm, məna və diqqət axtarışına çıxdım. Əslində reaksiyalar pis olmadı, tənqid və iradlardan daha çox tərif aldım amma görürsən bunlar da türklər demiş tətmin etmir adamı. Məna axtararkən mənasızlıqla baş-başa qalırsan, diqqət aclığını da bununla doyura bilmirsən. Çox kədərlidir həqiqətən..

Müşahidə edərkən fərqina varırsan ki, belə insanlar doludur həm real həyatda həm də sosial şəbəkələrdə. Özünü təsdiq etmə çabaları, mən, mən, mən..  Nə qədər olar e bu mən, çıx da daha bu öz mərkəzli həyatından, bir bax aləmə, insanlara, baş verənlərə, özünü kiminsə yerinə qoymağa da cəhd elə bir dəfə. Facebookda skrin paylaşanlardan tutmuş, hər gün yumoristik postlar açıb “haha” reaksiya almaqdan ötrü dəridən qabığdan çıxanlar, kədərli eşq videoları paylaşıb, sevgi nədir necə olur fəlsəfəsi edənlər, bürclərinin məlumatlarını, nəbilim bu il də evdə qaldıq nəbilim qız tapmadıq tipli nə qədər belə paylaşım görürsüzsə bilin ki, həmin adam sevgiyə, diqqətə acdır. Mənim də sırf romantik və ya yumor paylaşdığım anlar olub, indi də olur amma deyirəm hamısı diqqət axtarışıdır. Mən kimisə qınayacaq qədər önəmli insan deyiləm, onsuzda qınadığın şeyi vaxt gəlir ya qəbul edirsən, ya da özün həmin şeyi edirsən. Lap dərinə getsək də, kimisə qınamağa da  heç kimin ixtiyarı yoxdur. 

Demək istəyirəm ki, bunlar hamısı mənasızdır və vaxt itkisidir. Belə bir şey də gündəm olur tez-tez, tik-tokda, facebookda, dindar ateist mübarizəsi gedir, fərqli məzhəblərin hansının daha doğru olduğuna dair müzakirələr, mübahisələr və.s  Axı bunlar sosial şəbəkədə həll olunası şeylər deyil. Sən saatlarla rəylərdə yada canlıda nəyisə izah etməklə dindarı ateist, ateisti dindar, şiəni sünni, sünnini şiə edə bilməzsən axı, niyə özünü yorursan, işin gücün yoxdur?

Hələ bunun oğru aləmindən danışanları da var, əşi o məsələ hara, tik-tok hara, niyə ucuzlaşdırırsız ki?. 

Amma onu da deyim ki, mənə ən çox təsir edən dinə lağlağı edənlərdir, onların təhqirləri, məzənləmmək adıyla açdığı statuslar və yazdığı rəylər.

Məhərrəm ayını, İmam Hüseyni, Kərbəlanı gözdən salmaq istəyən insanlar da elə ən böyük diqqət aclığı yaşayan insanlar cərgəsinə daxildir. Bir də hər şeyi İrana bağlayan adamlar da var, əşi bunun İranla nə əlaqəsi, mən İmam Hüseyni sevirəmsə, Kərbəla hadisəsinə daxilən üzülürəmsə, əzadarlıq edirəmsə bunun İranla nə əlaqəsi var, Imam Hüseyn təkcə İranın yox bütün dünyanın İmamı olub, İmam Hüseyn bütün insanlıq üçün, dünya üçün hər şeyindən keçib, buna əlavə mənalar qatmaq, harasa aid etmək lazım deyil. O cür müqəddəs insan hər şeyini ona görə itirmədi ki, sən uzandığın yerdə əlindəki və həyatının sadəcə ondan ibarət olan telefonunda şit nəsə yazıb özün kimiləri güldürəsən, bomba görünəsən. Heç mənim bu yazdığım da önəmli deyil çünki  bəzi qüvvələr o qədər həyatı istədikləri kimi idarə etmə gücləri var ki insanları da istədikləri kimi idarə edirlər. Amma bunu demədən keçməyəcəm, bu məsələ də bəzi dindarların da səhvləri olur, bir də görürsən bəzi məsələlələrə elə reaksiya verirlər ki, düşünürsən ki, bu hələ  heç özü dinini tam mənimsəməyib. Səbri tövsiyyə edən dinin üzvləri bəzi məqamlarda buna əməl edə bilmirlər və bəzən bilmədikləri şeylər haqqında fikir bildirirlər, elə din də deyir ki, insan bilmədiyi şeyin düşməni olur,  bunları detallı yazmaq istərdim sırf hansı mözvuzda olan narazılığımı amma ehtiyac görmürəm.

 

Hər nəysə, mövzu çox şaxələndi amma ümid edirəm ki, fikrimi ifadə edə bildim. 

Sonuncu yazım da həyatı dolu- dolu yaşamaqdan bəhs etmişdim, həqiqətən də elədir, çünki həyat çox qısadır və zaman da su kimi axıb gedir. İnsanın bir amalı, hədəfi olmalıdır ən pis ehtimalda belə hədəfi olmasa da nəsə fəaliyyəti olmalıdır. Fəaliyyəti olmayan insanların çoxu depressiyada olur, mənasız şeylərə ilişib qalır, bunu mən yox, elm adamları, psixoloqlar deyir. İnsan özünü məşğul edəcək bir şərait, dünya qurmalıdır özünə yoxsa elə yerində sayacaq bunu tam mənasında yaşayan birisi kimi deyirəm. Zamanını mənalı şeylərə sərf etməyən, plansız, necə gəldi yaşayan birisinin təbii ki boşluğa düşmə, həyatdan məmnun olmama şansı daha da artır və avtomatik depresif bir ruh halına düşür və başlayır nələrdəsə məna, diqqət axtarmağa, xarici faktorlardan yəni, artıq öz daxiliylə rabitəsi zəifləyir və xoşbəxtliyini daxildə yox xaricdə axtarmağa başlayır və təəsüf ki, çox vaxt əli boş qayıdır. İnsan da elə varlıqdır ki, öz daxilində xoşbəxt olmasa xarici heç bir nəsnə onu xoşbəxt etməyəcək, o gücdə olmayacaq,  etsə də müvəqqəti, yəni belə bir şey canlandırım da, hansısa həyatından məmnun olmayan xoşbəxt olmayan bir insan getsin ən bahalı ölkəyə, ən bahalı yerləri ən lüks avtomobildə gəzsin, qiymətli paltarlar alsın, ən dadlı yeməkdən yeyib, ən bahalı şərabdan içsin günün sonunda bu anlıq həzzlər bitəndə və o öz daxilinə, reallığına qayıdanda yenə həyatından məmun olmayan birisi kimi ruh halına davam edəcək. Yaxşı, bəs, biz öz daxilimizdə xoşbəxtliyi necə tapaq soruşursuzsa əfsus ki o sualın cavabı məndə deyil. Çünki, cavabı bilmirəm amma məncə bu insandan insana dəyişən bir şeydir, insan var həyatında bir məqsədir olur, insan var sevdiyi insanla xoşbəxtliyi tapır, insan da var Allahla olan daxili rabitəsindən, nəbilim uzatmaq da olar amma məncə hər bir  insan az-çox öz daxilində onu nəyin xoşbəxt etdiyini bilir, bilmirsə də axtarıb tapmalıdır amma yenə deyirəm, müvəqqəti xoşbəxtlikdən bəhs etmirəm, elə bir daxili məmnunluq hissi olmalıdır ki, bu daimi baş versin..

 

Həə, belə, yavaş-yavaş fikrimi yekunlaşdırım necə deyərlər, əvvəldə dediyim kimi çox şeyə həvəsim qalmayıb, elə yazmağa da amma ümid edirəm  az oxucu sayı olan bu yazılarımı yazmağa davam edərəm, bu da özüm üçün qurduğum bir balaca dünyadır, təəssüf ki, həyat şərtləri və iqtisadi azadlığımın olmaması mənə əngəl olur  tam olaraq özümü ədəbiyyata həsr etməyimə.

 

Bu arada bu deyəcəyimin bu yazıya yaxından-uzaqdan əlaqəsi yoxdur amma deyim ki karyera yolunda addım atmağa başlayacam müəllim kimi. Ümid edirəm ki, dərs deyəcəyim şagirdlərimə həm bilik baxımından həm də həyat və mənəvi baxımdan nələrsə qata biləcəm, ən azından cəhd edəcəm. Ümumiyyətlə həmişə ətrafımda olan insanlara dəstək olmağa, həyatlarına nəsə qatmağa çalışmışam maddi tərəfdən olmasa belə mənəvi baxımdan, bilmirəm nə qədər yaxşı və ya pis bacarmışam amma məncə həyatdaki ən ali dəyərlərdən biri də budur.

Sırf özümü tərifləmirəm, əminəm ki bu yazını oxuyan hər kəs öz həyatındakı insanlara dəstək olmuş insanlardır, bəlkə də elə həyatda yaşayan hər bir insan.

Okaberin “Mono” trekində dediyi kimi, “Hamı kimin üçünsə xilaskardı”

 

Hər zaman xilaskar olmağımız diləklərimlə, özünüzə yaxşı baxın...

pin up

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)