Edebiyyat.az » Ədəbi tənqid » ŞvartsMan - Şeytan ayələri(e s s e)

ŞvartsMan - Şeytan ayələri(e s s e)

ŞvartsMan - Şeytan ayələri(e s s e)
Ədəbi tənqid
admin
Müəllif:
09:30, 30 dekabr 2022
1 759
0
Ş vartsMan - Ş eytan ay ə l ə ri (e s s e)




 

Şeytan illərlə gözlədi, gözlədi, heç kim cəhənnəmə gəlmədi. Yer kürəsindəki insanlar o qədər yaxşı imiş ki, heç kim cəhənnəmə gəlmirmişŞeytan bu vəziyyətdən çox narahat olub təcili iclas keçirdi. Məsləhətə ehtiyacı vardı: "Nə etməliyik?". 

 

Müridlərdən biri belə dedi: " Yer kürəsinə gedim və insanlara allah yoxdur, dinlər saxtadır və İncil, Quran, Vedalar hər nə deyirsə, hamısı axmaqlıdır deyərək razı salmağa çalışım".

 

Şeytan cavab verdi: " Bu işə yaramır, çünki biz bunu lap əvvəldən edirik. Bu, insanlara çox təsir etmədi". 

 

Sonra birincidən daha hiyləgər olan mürid danışdı: " Mən gedim insanlara dərslər verib deyim ki, İncil, Quran, Vedalar nə deyirsə, doğrudur. Cənnət var, allah var, amma şeytan yoxdur, cəhənnəm yoxdur, buna görə qorxmayın. Əgər onların daha az qorxmasına kömək edə bilsəm, inanmaq üçün zəhmət çəkməzlər, çünki bütün dinlərin dayağı qorxudur". 

 

Şeytan dedi ki: "Sənin məsləhətin bir az daha yaxşıdır. Amma insanların azı sənə inanar, əksəriyyəti səni eşitməz. Cənnəti istədikləri qədər çox qorxmurlar cəhənnəmdən. Onları cəhənnəmin olmadığına razı sala bilsən, yenə də cənnətə getmək üçün yaxşı olmağa çalışacaqlar". 

 

Və hamısından daha hiyləgər mürid danışdı: " Mənim bir fikrim var. Yoxlamağım üçün bir fürsət ver mənə. Gedib dinlər nə deyirsə, hamısı doğrudur deyim. Allah var, şeytan var, cənnət və cəhənnəm var... Amma tələsməyə ehtiyac yoxdur". 

 

Şeytan: "Bu qədər?" - dedi. " Doğru sistemi tapdın. Sən get". 

 

O vaxtdan buyana cəhənnəmdə insan böhranı olmadığı deyilir. Əksinə, say çoxluğundan narahat olurlarmış

-OSHO-

 

İstəmirəm bu yazı Salman Rüştini müdafiə xarakteri daşısın. Amma bunu qeyd edim ki, bir kitaba görə yazıçıya qeyri-hüquqi olaraq ölüm hökmü verilməyi fanatizm və axmaqlıqdır. Müqayisə etsək, Den Broun "Da Vinçi şifrəsi"ndə İsanın Mariya Maqdalenadan uşağı olduğunu yazmışdır. Bu iddia xristianlığı kökündən sarsıdan təhlükəli manevrdir, ona görə ki, xristianlıq İsanının aseksuallığı üzərində qurulub. Bildiyimə görə, Papa yazıçıya belə iddialarına görə ehtiyatlı olmağı məsləhət bilib, yəni ölümlə hədələməyib. Xristian din adamlarının isə ciddi reaksiyasına səbəb olub. 

 

Nəysə, çox uzatmadan "Şeytan ayələri"nin nə olduğu, yaranma tarixi, Məhəmməd (peyğəmbər) və onun kitabı haqqında danışacağıq. Məhəmməd kimdir? Quran kimin kitabıdır? Şeytan ayələri nədir? 

 

"Şeytan ayələri"nə keçməmişdəəvvəl Məhəmməd və "Quran" haqqında mütləq danışmalıyıq, mövzumuz bununla birbaşa bağlıdır.  

 

  • 1. Məhəmmədin kitabı “Quran”

 

Əvvəlcə bunu qəbul edək: "Quran" allahın yox, Məhəmmədin kitabıdır. "Quran"ı diqqətlə oxusanız, onun yalnız ərəblər və ərəb tarixi ilə əlaqəsinin olduğunu görərsiniz. Hal-hazırda müsəlman olan ölkələəvvəl müsəlman deyildilər və ərəblərin geniş işğalları və dini fanatizmi nəticəsində zorla müsəlmanlaşdırıldılar. Ərəb müsəlmanları işğal etdikləri ərazilərdə insanları müsəlmanlaşdırmaq istəyəndə əksəriyyət atalarının dinindən imtina edib yeni yaranan və güclənəİslam dinini qəbul etmək istəmirdi. Onlara iki seçim verirdilər: ya müsəlman olacaqsınız, ya da sizi öldürəcəyik. Burada bildiyiniz bir lətifə yadıma düşdü, danışmasam olmaz:

 

Bir gün nəvə babasından soruşur:

-Baba, müharibədə olmusan da?

-Hə, bala, olmuşam. Bir dəfə nemeslərə əsir düşdük. Bizə dedilər ki, sizi ya öldürəcəyik, ya da s1kəcəyik! 

-Neylədilər, baba? 

-Heç nə. Öldürmədilər. 

 

Vaxtilə müsəlman olmayan ölkələrin müsəlman olmağı məhz bu lətifədəki kimi baş verib. Öldürmədilər, amma s1kdilər. 

 

Məhəmməd peyğəmbərdən sonra üç xəlifənin öldürülməsi də dini yox, siyasi məsələlərdir. Osmanın öldürülməsindən sonra yaranan çaxnaşmanın adı vətəndaş müharibəsidir. Yəni bunun millət olaraq biz azərbaycanlılara siyasi və tarixi olaraq bir aidiyyatı yoxdur. Kimsə dini baxımından  özünə aid edirsə, bu onun öz problemidir.  Azərbaycanlı olmaq müsəlman olmaqdan daha üstündür. 

 

Müsəlmanların müqəddəs kitabı “Quran” 114 surə və 6236 ayədən ibarətdir. Və çoxlarının diqqət etmədiyi nüans budur ki, 88 surə Məkkədə nazil olub, 26 surə isə Mədinədə. Bunu biləndə məndə qəribə bir sual yarandı: niyə surələrin çoxu Məkkədə nazil olub, Mədinədə yox? Əlbəttə ki, cavab çox sadədir. Məhəmmədin Məkkədə olduğu on iki il ərzində (610-622) təzə dini yaymaq, tərəfdar toplamaq üçün kifayət qədər vaxtı vardı. Müharibə yox, ancaq təbliğat-təşviqatdaydı. Bunun üçün Məhəmmədə çoxlu ayələr, yəni allahdan gələn mesajlar lazım idi. Mədinədə isə yaşamaq uğrunda mübarizə gedirdi və üç məşhur döyüş və başqa işğalçı döyüşləri olmuşdur. Mədinədə çox az surənin nazil olmağı onu göstərir ki, Məhəmmədin başı qarışıq idi deyə allahla söhbət etməyə vaxtı olmurdu, yaxud da Məhəmmədin özü və dini Mədinə dövründə artıq Ərəbistanda tanınırdı. 

 

“Quran” xronoloji olaraq düzgün yazılmayıb. Məsələn, əl-Bəqərə (İnək) surəsi Quranda ikinci surədir, amma Mədinədə nazil olub. Halbuki Məhəmməd Mədinəyə peyğəmbərliyinin 12-ci ilində köçüb. Allahın ilk cümləsi “Oxu! Rəbbin adı ilə oxu!” Quranda ilk surə olmalıdır, halbuki 96-cı surədir. Quranın ilk surələri Məkkədə nazil olub, lakin Quranın sonuncu surələrində yerləşdiriliblər. Belə misallar çoxdur. Yəni demək istədiyim, surələrin nazil olduğu vaxt və yer Qurandakı sıralamaya uyğun deyil. 

 

Quranın "əl-Furqan" surəsində kafirlərin söylədikləri:

"Bu, Muhəmmədin uydurduğu yalandan başqa bir şey deyildir. Ona bu işdə başqa adamlar da kömək etmişlər". (4)

"Bu, keçmişdəkilərin nağıllarıdır. O bunları başqasına yazdırmışdır. Bunlar səhər-axşam onun özünə oxunur". (5)

"Nə üçün Quran ona birdəfəlik bütöv nazil olmadı?" (32)

 

Məhəmməd bu suala Quranda cavab verir: 

"Biz onu sənin qəlbini möhkəmləndirmək üçün tədricən nazil etdik və onu ən gözəşəkildə ayəbəayə izah etdik".  (32)

İnandınız? Mən - yox. 

 

Kafirlərin suallarına diqqət etsəniz, bugünün dünyəvi və rasionalist insanlarıdırlar. Yəni müsəlmanların qışqıraraq dediyi kimi cahil deyildilər. Doğrudan, məntiqli sual deyilmi: Niyə Quranı bütöv göndərmədi? Heç bizim ağılımıza gəlməyən qəşəng sualdır. Əsl səbəbi bəllidir. Çünki ayələr mövcud şəraitə uyğun olaraq yaranırdı. Hissə-hissə gəlməlidir ki, vəziyyətə uyğun hərəkət edə bilsin və qərar çıxarsın. Axı həyat çətindir və bilmirsən səni gələcəkdə nələr gözləyir. Məhəmməd Məkkəni fəth edib İslam dövlətini quranda daha ayələr  nazil olmadı. İş bitdi, ayə də bitdi. 

 

 Məhəmməd ona və onun inandığı allaha inanmayanları söyür, “kafir”, “müşrik” adlandıraraq gözdən salırdı. Məhəmməd daim məkkəlilərin inanclarını təhqir edirdi. Bu gün təsadüfi deyildir ki, qatı dindarla söhbət edərkən onun inancına zidd fikir səsləndirən kimi səni təhqirə keçir. Oxşamışına oxşayıblar da…

 

Sizə heç qəribə gəlmirmi ki, niyə Məkkəlilər Məhəmmədin üstünə bu qədər düşürdülər, hətta öldürmək də istəyirdilər? Tək allaha inandığı üçün? Əlbəttə, yox. Məhəmmədin Ərəbistanında hənəfilər vardı, tək allahın varlığına inanırdılar. Məhəmməd onlarla tanış idi və söhbətlər də etmişdir. Heç kim Ərəbistanda hənəfilərə qarşı deyildilər, yaxud ölümlə hədələmirdilər. Bəs hənəfilərlə eyni inancı bölüşən Məhəmmədə niyə belə aqressiv münasibətdə idilər? Çünki Məhəmməd məkəlilərin bütlərini söyür, atalarının inancına qarşı çıxırdı. Hənəfilər bunu etmirdi, Məhəmməd isə bunu edərək siyasi hakimiyyətə sahib olmaq istəyirdi. Əgər siyasi ambisiyası yoxdursa, niyə onda möminlərlə birlikdə ayrıca özləri üçün yaşamırdılar? Öz dinini yaşamağın üçün kiminsə dinini təhqir etmək lazım deyil ki. Niyə Məhəmməd Həbəşistana göndərdiyi müsəlmanlarla birlikdə getmədi? Gedərdi, orada yaşayardı, heç kim də mane olmazdı. Məkəllilərin bir xahişi vardı ki, bizim atalarımızın dinini təhqir və inkar etmə. Məhəmməd də daim ilişirdi onlara. Əslində isə davanı başladan müsəlmanlar olub, məkəlli bütpərəstlər yox.  Məhəmməd bilirdi ki, yeni büt yaratmaq üçün köhnə bütləri yıxmaq lazımdır. Müsəlmanlar nə qədər desələr də ki,  peyğəmbərin özü  bütpərəst olmayıb, amma Xədicədənolma üç oğlundan biri Əbdmanafın adı bunu demir. Əbdmanahın  mənası “Manan qulu” deməkdir və Manaf Kəəbənin ən məşhur bütlərindən idi1. Məhəmməd oğluna Kəəbədəki bütün adını qoymuşdu. Həmzənin özü müsəlman olmamışdan əvvəl bütpərəst idi və Kəəbəni həmişə tavaf edərdi. Kəəbəni bu gün müsəlmanlar da tavaf edir. 

 

Keçmişi tamamilə məhv etmək mümkün deyil. Müsəlmanlıqdan gələn saqqal saxlamağəmilərimiz, dayılarımız, atalarımız niyə pis baxır,  bizə “get saqqalını qırx” deyirlər? Axı 20-ci əsrin əvvəllərinə kimi şair və yazıçılarımız, siyasətçilər və milyonçularımız saqqallı olublar demək olar. Yəni bizim əsl kişilərimiz saqqalı olublar və bu gün nə üçün nəslimizdəki kişilər “saqqal düşməni”dirlər? Axı atalarımız, əmilərimiz, dayılarımız müsəlmandırlar və müsəlmanlıqda saqqal saxlamaq var. Bunun tarixi səbəbi var.  Rusiyanı   Rusiya edən I Pyotr gördü ki, Rusiya Avropadan həşeydən geridədir. İslahatlar keçirdi: rusların geyimini avropalaşdırdı, saqqalarını qırxdırdı, saqqallarını təraş etməyən aristokrat və məmurlara illik vergilər təyin etdi.  Üzləri təmiz qırxılmış ruslar Şimali Azərbaycanı işğal edəndə biz avropalaşş rus mədəniyyətinin təsirində qaldıq. İstər-istəməz xristian dövlətin dini bizim  müsəlmanlara güclü təsir etdi. Rus dilini bilənlər dinsizləşdi, ruslaşdı, avropalaşdı. Sonra Sovetlərin təsiri ilə üzümüzü xışdadılar. Bizim babalarımız da sovetlərdə doğulub və gözlərini açandan üzləri təmiz qırxılmış (uzaqbaşı bığ saxlamaq vardı) kişilər görüblər. Üz qırxmaq mədəniyyət göstəricisi oldu. Bizim hacıların Tolstoysayağı saqqal saxlamayıb yüngülvari saqqalı məqbul hesab etmələri də sovetlərin təsirindən qaynaqlanır. Beləliklə, gözümüz saqqalsızlığa öyrəşdi. Atalar demişkən, göz gördüyünə inanar. Bu gün isə gənclərin saqqal saxlamağının dinlə yox, daha çox türk serialları ilə əlaqəsi var. 

 

İlk illərdə İslama ancaq Məhəmmədin yaxın qohumları, ailənin son beşikləri, kasıblar, qullar, öz qəbiləsindən qovulanlar, qısacası, gücsüz və aşağı təbəqədən olanlar qoşulur. Peyğəmbərliyinin üçüncü ilində Məhəmməətrafına cəmi 20 adam toplaya bilmişdi. “HOST” qrupu bu rəqəmin 100 qatına nail olmuşdu. Əlbəttə, dövr fərqi vardı. 

 

Din adamları islamın pasifist (sülhsevər) din olduğunu təsdiqləmək üçün deyirlər ki, islamda bir insanı öldürmək bütün insanları öldürməkdir. Bu fikir Quranın “əl-Maidə” surəsinin 32-ci ayəsində var: “ Buna görə də İsrail oğullarına yazıb buyurduq ki, kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərəsə, sanki bütün insanları öldürmüşdür. Kim də  onu ölümdən xilas edərsə, sanki bütün insanları xilas etmiş hesab olunar”… Bu ayəni əlində bayraq edən inanclılar tələyə düşürlər: Əgər elədirsə, kafir adı ilə məkkəliləri öldürmək də dediyinizə zidd bir şey deyilmi? Erməni də, ateist də, kafir də insandır və onların hamısı qatil deyillər.  Ya da denən ki, erməni(şmən), ateist, kafirlərdən başqa bütün insanları öldürmək günahdır. Bunu demirlər. Aydındır ki, onların dedikləri ilə əməlləri üst-üstə düşmür, alt-alta düşür. 

 

Məhəmmədin əmilərindən təkcə Həmzə müsəlman oldu. Əmisi Əbu Talib ona dəstək olub son nəfəsinə kimi onu düşmənlərindən qorusa da heç vaxt müsəlman olmadı. Məkkəlilər ona deyirdilər: “Sən də bizim kimi ona müxalifsən.Qardaş oğlunu başa sal ki, allahlarımıza qarşı çıxmasın. Biz onun dininə və allahına qarışmırıq”. Əbu Talib nə qədər Məhəmmədi razı salmağa çalışsa da, istədiyinə nail olmadı. Qardaşı oğlu olduğu üçün  ondan üz çevirə bilmirdi. "Əbu Talib yaşlı adam idi, ərəb kişisiydi. Qardaşı oğlunun mötəbərləşməsinə inanmırdı. Bir dəfə o, Məhəmmədi alnı yerdə namazda görəndə və peyğəmbər onu islama döndərmək istəyəndə kişi kinayə ilə demişdi: 

-İnanmıram, Allah qarşısında ehtiramı onunla sübuta yetirmək lazımdır ki, dalını qaldırıb başını əyəsən. Amma əgər sən başını mütləq dalına nisbətən daha aşağı əymək istəyirsənsə, mən sənə mane olmaram". (Əsəd bəy, Son peyğəmbər. səh. 137) 

 

Məhəmmədin ən qəddar düşmənlərindən biri də öz doğma əmisi Əbu Ləhəb idi. Bir dəfə əmisi onu daşla vurub başını yarmışdı. Əmisinin arvadı Kumayl bint Hərb isə Məhəmmədin namaz qıldığı yerlərə tikan səpirdi. Quranın 111-ci ayəsi bunun haqqındadır: 

 

(1)Əbu Ləhəbin əlləri qurusun, qurudu da! (2) Ona nə malı fayda verdi, nə də qazandığı. (3) O, alovlu atəşə girəcəkdir; (4) Odun daşıyan arvadı da! (5) Onun ( arvadının ) boynunda xurma lifindən ip olacaq. 

 

Məhəmmədə nazil olan bu kimi ayələr real hadisələrin məhsuludur. Quran realizmlə romantizmin sintezidir, ərəb tarixi romanıdır. 

 

Məhəmmədin həyatı haqqında filmə baxın və kitablar oxuyun, görəcəksiniz ki, heç birində Məhəmmədi həbs etmək istəməyiblər: ya sülh yolu ilə razılaşmağa çalışıblar, ya da öldürmək istəyiblər.  Bilirsiniz niyə? Çünki  həbsxana yox idi. Həbsxana yoxdursa, məhkəmə və hakim yoxdur. Məhkəmə də yoxdursa, deməli, nə yoxdur? Dövlət yoxdur. Məkkədə varlı tayfalar tərəfindən idarə olunan plutokratik sistem vardı. Məhəmməislamla dini dövlət yaratdı. 

 

Əsəd bəy deyir ki, ərəblər günah nədir bilmirdilər. Məhəmməd onlara günahın nə olduğunu öyrətdi. Bu “günah” bilirsiniz nədir? Günah təkcə dini anlayış deyil, siyasi mahiyyətlidir də. Siyasi manevri bundan ibarətdir ki, insanların içində günahkarlıq duyğusunu yerləşdirərək onları çox asan idarə etmək mümkündür. Hindistanın başına and içdiyi Mahatma Qandi də bu taktikadan istifadə edib. Özünü günahkar hesab edən adam mütiləşir və heç nəyi sorğulamır. Günahla o insanın boğazına zəncir vurursan və hər udqunanda boğazı ağrıyır. Günah boğazımızdakı sıxılmış zəncir kimi həmişə iz qoyur. 

 

Müsəlmanlar allaha "(ya) Rəbb" deyirlər. Rəbb sözünün mənası "ağa, sahib" deməkdir. İslam əslində quldarlıq dinidir, ağa (allah) və qul (bəndə) təfəkkürünün məhsuludur. 

 

Vaxtilə çobanlıqla məşğul olan Məhəmməd zamanla  başa düşdü ki, qoyunları otaran insanları da otarar. Müsəlmanlar üçün cənnət qoyun sürüsü üçün otlaqdır. 

 

Rejissor Mustafa Akkadın Məhəmməd haqqında çəkdiyi dünyada  məşhur  "Mesaj" (The Message, 1977) filmindən bəzi epizodlardan çıxardığım analizləri sizinlə paylaşmaq istəyirəm:

 

-Filmdə Bədr döyüşündə qalib müsəlmanlar əsirlər götürürlər. Həmzə onlara deyir ki, 10 müsəlmana yazıb-oxuma öyrədəəsir azad olunacaq. Bundan çıxarılan nəticə nədir? Deməli, müsəlman olanların çoxu kasıblar və savadsızlardan ibarət idi. Yəni savadlı və varlı adamların çoxu Məhəmmədə qoşulmayıblar. Kafir olduqları, allahın onların qəlblərini islama möhürlədikləri üçün yox, ağıllı və varlı olduqları üçün. 

 

-Filmdə Əbu Süfyanın arvadı Hind deyir ki, Məhəmməd cənnət vəd edir, əlbəttə, onun ətrafına yığılıb dinləyənlər tapılacaq. Məhəmməd yaxşı bilirdi ki, insanlara bir şey verməsən, (xüsusən cənnət vədi) sənin ardınca gəlməzlər. “Kurtlar Vadisi”ndə baron Mehmet Karahanlı tərəfindən tez-tez işlənən cümlə belədir: Səndən onlara bir şey vermədikcə, niyə səndən tərəf olsunlar ki? Həm də insanlara maddi bir şeydən çox, əllə tutulmayan və gözlə görülməyəşey vəd edəcəksən, xəyal, arzu, xoşbəxtlik kimi. 7-ci əsr Ərəbistanında Məhəmmədin cənnət vədini bu gün reklamçılar xoşbəxtlik vədi ilə əvəz ediblər. Məqsəd? İnsanlara bir arzu, bir xəyal satmaq. Just imagine. (ing. Yalnız təsəvvür elə) Yalnız bununla onları arxanca aparıb istədiyin kimi idarə edə bilərsən. 

 

Bu gün ən çox cənnətə inananlar kişilərdir. Heç bir qadın cənnətə inanmaz, çünki “Quran”da öldükdən sonra qadınlara demək olar heç nə vəd edilməyib, uzaqbaşı əri ilə əbədi həyat.  Cem Yılmaz demişkən, cənnətdə kişilər üçün hurilər var, qadınlar üçün nə var? Nurilər?

 

-Filmə inanaraq yox, düşünərək baxsanız bilərsiniz ki, Məhəmməd haqlı olduğu üçün qalib gəlmədi. Qalib gəldiyi üçün haqlı oldu.

 

-Filmdə məkkəli müşrikləri, qüreyşiləri qəddar, pul hərisi və kef düşkünü kimi göstərilsə dəəslində onlar bu həyata bağlı, pul qazanmağı sevən və sülh və əmin-amanlıq tərəfdarı idilər. Bir də Məhəmmədin kafir, müşrik dediyi adamlar onun allahını söymürdülər, əksinə, Məhəmməd onların allahlarını söyürdü. Məkkəlilər deyirdilər ki, biz sənə və allahına qarışmırıq, özün bilərsən. Amma sən də bizim allahlarımızı təhqir etmə. Amma Məhəmməd razılaşmırdı. 

 

-Filmdə daim məkkəlilərin Məhəmmədi öldürməyə cəhd etmək epizodlar çoxdur. Amma peyğəmbərin bioqrafiyalarından bilirik ki, kimlərin ölümünə  əmr verib. Məsələn: Kəb ibn əl-Əşrəf,mədinəli şair, yəhudiliyin müdafiəçisi və Məhəmmədin rəqibi. Bədr savaşından sonra (624) Məkkəyə getdi və qüreyşiləri güclü bir ordu ilə ən qısa müddətdə Mədinəyə hücum çəkməyə tələsdirdi. Peyğəmbərin dolayı tapşırığı ilə təxminən 626-cı ildə Mədinədə öldürüldü. Yaxud: Əsma bint MərvanƏfs tayfasından şairə. Məhəmmədi zümrəsiz və qatil adlandırdığına və şaşqınlığa uyaraq heç doğma tayfalarından olmayan bir adamın arxasınca getdiklərinə görə Mədinə camaatını ələ saldığı üçün peyğəmbərin qəzəbinə tuş gəldi. Guya Məhəmmədin göstərişi ilə Ümeyr tərəfindən təxminən 624-cü ildə öldürülüb. 

 

-Filmdəki musiqilər və rəqslər zövq verirdi. Müşrikləəylənib güləndə müsəlmanlar işləyib ibadət edirdilər. Müsəlmanlar o biri dünya üçün yaşayırdılar, məkkəli müşriklər isə bu dünya üçün. Mən bu dünyanın adamlarını sevirəm. 

 

İslamın ilk azançısı zənci Bilal əvvəl  varlı bir şəxsin qulu idi, müsəlman olandan sonra gözəgörünməz allahın qulu oldu. Məhəmməd maddi şeyləri mənəvi quldarlığa çevirəşəxsdir. Onun din tarixində rolu inkar edilməzdir. İslam da nə qədər başqa dinlər kimi lokal olsa da, ümumibəşəri dəyərlərə sahibdir. Məsələn, Afrikadakı müsəlmanla Pakistandakı müsəlman qardaşdır. İslamdan sonra qan qohumluğu yox, din qohumluğu üstün oldu. Ümumi dəyərlər ümumi birlik yaradır. Bu gün  bu ümumi dəyərlər pozulub. Artıq ölkələrin din birliyi yox, siyasi birliyi daha önəmlidir. 

 

Məhəmmədi çoxları peyğəmbər hesab edirlər, lakin o, özünü peyğəmbər elan etmiş ağıllı siyasətçidir. O, HeydəƏliyev  və Vladimir Putin kimi böyük siyasətçilərdən də böyük idi. Yaxın gələcəkdə yazacağım “Siyasi motivlər” essemdə Məhəmmədin siyasi gedişləri haqqında ətraflı danışacağam. 

 

 

2.Şeytan ayələri

Şeytan ayələri  haqqında vikipediyada bunlar yazılıb:

 

Şeytan ayələri, Məhəmməd tərəfindəəvvəl vəhy olaraq açıqlanıb, sonradan isə bu ayələrin Şeytan adlı varlıq tərəfindən qulağına  deyildiyi ifadə edilərək “Quran”dan çıxardıldığı bilinən ayələrdir. Bu ayələrlə bağlı rəvayətlərə Vâkidî, İbn Sad, Əbu Cəfər Təbəri və İbn İshakın əsərlərində yer verilmişdir.  Şeytan ayələri terminini ilk dəfə Şotland tarixçi və oriyentalist Vilyam Mür tərəfindən 1858-ci ildə istifadə edilmişdir.  

 

Məhəmmədin Məkkədə qohum və qonşularını müsəlman etmək üçün cəhdlər etdiyini və onlara 53-cü “Nəcm”surəsindən ayələr oxuyanda şeytanın araya girib 19 və 20-ci ayələrdən sonra ona bunları dediyi rəvayət edilir:

(19) Lât və Uzza

(20) və digər üçüncüsü Mənat  barədə nə düşünürsünüz?

(21) onlar hifz olunmağı umulan ali varlıqlardır

 

Lât, Uzza və Mənat məkkəlilərin ibadət etdiyi bütlər idi. Bu hadisə Məhəmmədin sözü edilən paqan allahlarının həqiqətən mövcud olduğunu qəbul etdiyi şəkildə başa düşüldü. Məhəmmədin allahlarını təriflədiyini eşidən məkkəlilər bunu sevinclə qarşıladı və surəni axıra kimi  Məhəmmədlə birlikdə oxudular.

 

Bu hadisədən sonra məkkəlilərin müsəlman olduğu xəbərinin yayıldığı və o vaxta kimi Həbəşistana hicrət (köç) etmiş müsəlmanların Məkkəyə geri qayıtdıqları deyilir. 

 

İslam inancına görə, bu hadisədən sonra Cəbrayıl, Məhəmmədi mövzu haqqında məlumatlandırmaq üçün “Həcc” surəsi 52-54-cü  ayələri nazil etdi:

"( Ey Rəsulum! )Biz səndəəvvəl elə bir rəsul və elə bir nəbi göndərmədik ki, o təmənna etdikdə Şeytan onun  arzusuna (bir fikir) atmasın! Allah isə Şeytanın atdığını yox edər. Sonra Allah öz ayələrini möhkəmlədər. Allah (həşeyi) biləndir, hikmət sahibidir! 

 

(Bu ayələrdə guya allah Məhəmmədə deyir ki, səndəəvvəl də peyğəmbərlərə vəhy gələndə şeytan onlara vəsvəsə edib, qulaqlarına öz sözlərini pıçıldayıb. Allah o şeytan ayələrini yox edər və başqa ayələr göndərərər, narahat olma. Mən başqa ayələrlə şeytan ayələrini düzəldərəm. Həşeyi bilənəm mən! -əllifin qeydi)

 

Məhəmməd fitnənin qarşısını almaq üçün sözlərini geri götürür və ayələbu formada düzəldilir:

(19)"Lat və Uzzanı gördünüzmü?! (20) Digər üçüncüsü Mənatı həmçinin?! (21) Oğlanlar sizin, qızlar Onundurmu?! (22)Onda bu ədalətsiz bölgüdür! (23) Onlar, sadəcə sizin və atalarınızın qoyduqları adlardır! (24)Allah onlara dair heç bir dəlil endirməmişdir”.”

 

 

Məhəmmədin  ilk bioqrafiyasını yazan ərəb tarixçisi və yazıçısı İbn  İshak (704-767) "Şeytan ayələri" haqqında bunları yazıb:

 

"Həbəşistana hicrət edənlər məkkəlilərin müsəlman olub səcdə etdiklərini öyrənənə kimi orada qaldılar. "Quran"ın 53-cü surəsi olan “ən-Nəcm” surəsi Rəsulullaha nazil olduğu zaman Rəsulullah onu səsli oxudu. Müslim və müşrik olan hər kəs onu dinlədi: "Əl-Lat və Əl-Uzzanı gördünüzmü?" ayəsinin sonun gəldiyi vaxt -möminlər təsdiq edərək - onu dinlədilər. Bir qrup insan da Şeytanın səcini (qafiyəli nəsr sözüvəsvəsə) eşidərək irtidad (islamda dindən çıxma) edib : " Vallah biz, əlbəttə, bizi Allaha yaxınlaşdırmağı üçün onlara ibadət edəcəyik"... -dedilər. Bu, Rəsulullahın xətrinə dəydi. Sonra Cəbrayıl (mələk) gəldi. Rəsulullah ona, bu iki ayəyə görə insanların etdiyi hərəkətdən kədərləndiyini bildirdi. Cəbrayıl o iki ayədən təbərri (uzaqlaş) etdi və dedi: "Sən insanlara mənim sənə Allahdan gətirmədiyim ayələri oxudun. Sənə deyilməyəni dedin..."  Rəsulullah bundan çox kədərləndi və qorxdu. Bundan sonra Allah Rəsulullahı təsəlli etmək üçün bu ayələri nazil etdi:

 

 "( Ey Rəsulum! )Biz səndəəvvəl elə bir rəsul və elə bir nəbi göndərmədik ki, o təmənna etdikdə Şeytan onun  arzusuna (bir fikir) atmasın! Allah isə Şeytanın atdığını yox edər. Sonra Allah öz ayələrini möhkəmlədər. Allah (həşeyi) biləndir, hikmət sahibidir! 

 

Və Həbəşistandakı müsəlmanlar məkkəlilərin Rəsulullah ilə səcdə etdiklərini eşidən kimi  Məkkəyə gəldilər. Onlar məkkəlilərin Rəsulullaha tabe olduqlarını zənn edirdilər. Məkkəyə yaxınlaşdıqları vaxt məsələnin iç üzünü öyrəndilər". 

 

Şeytan ayələrindən bəhs edən başqa mənbələr:

-Sir William Muir, “ Life of Mahomet”(1878, London), Chapter V. page 86-88. 

- Michael Cook, Muhammad. In Founders of Faith, Oxford University Press, 1986, page 309. 

-  Shahab Ahmed, "Satanic Verses" (2008)

- Montgomery Watt, Muhammad: Prophet and Statesman. Oxford University Press 1961, page 60.

 

Yazıçı  Əsəb bəy (Leo Noissumbaum) “Son peyğəmbər” (“Mohammed”, 1932) kitabında “Şeytan ayələri” haqqında bunlar deyilir:

“Bir gün Allahın Rəsulu  yenə Kəəbəyə getdi. Nifrətdolu baxışlar ona dikildi. Məsləkdaşları qorxu içində onu dövrəyə aldılar. Onların heç biri peyğəmbərin  həyatına əmin deyildi. Kəəbənin həyətində üç zənən büt dayanmışdı: Əl-Lat, Əl-Üzza və Mənat, Ay bakirələri, Qüdrət Sahibinin qızları.  Onları hər üçü şəhərin hifzçiləri və qüreyşilərin sevimli allahları idi. Peyğəmbər onların yanında ayaq saxladı. Qüreyşilər onu üzük qaşı kimi dövrəyə aldılar, onu hədəli baxışlarla süzüb paltarlarının altında gizlətdikləri xəncərlərinə əl atdılar, asinin yeni küfrünü gözlədilər. 

 

Məhəmməd də başqaları kimi yalnız insan olduğu üçün və Allah onun hər xətadan birini işlətməsini istədiyinə görə Allahın Rəsulu əlini irəli uzadıb Ay Bakirələrinə işarə etdi və dedi:

 

-Əl-Lat, Əl-Üzza və Mənat barədə nə düşünürsünüz? Onlar ali bakirələrdir və umud edirik ki, bizi Qüdrət Sahibinin dərgahında hifz edəcəklər. 

 

Həmin an qüreyşilərin gözündə sevinc parıldadı və haşimilər yüngülləşmiş nəfəs aldılar. Peyğəmbər üç bütü tanıyırdısa, deməli, başqalarının taleyindən özələnməyə dəyməzdi. Məkkə barış içində öz sərvətini toplamağı davam etdirə bilərdi. İndi qüreyşilər  bir-birinin ardınca yaxınlaşıb Peyğəmbəri təbrik edirdilər. Belə xoş bir kəlamı heç özləri də gözləmirdi. 

 

Amma Allahın Rəsulu başını aşağı dikib evə döndü, yenidən dostunun yumşaq xalısında əyləşib düşüncələrə daldı. Saatlar bir-birini əvəz etdi, Məhəmməd yerindən qımıldanmadı. Hamı qüreyşilərin sevincindən və Məkkədə bundan sonra başlayacaq dinclikdən danışırdı. Məhəmməd cavab vermirdi, gözləri bərk-bərk qapanmışdı, dodaqları astadan Quran ayələrini söyləyirdi. O, Allahın kəlamını başının üstündə duyurdu və Allah kəlamı peyğəmbərin işlətdiyi böyük xətadan bəhs edirdi. Peyğəmbər bütün gecəni namaz qıldı və baxışları sərtləşdi. 

 

Səhəri bayram paltarını geyinib Kəəbəyə yollandı, qüreyşilər onu bu dəfə də dövrəyə aldılar. Lakin indi onların baxışlarında mehribanlıq yağırdı, dodaqlarından salam tökülürdü. Yenidən peyğəmbər Ay Bakirələrinin bütlərinə doğru yeridi. Və yenidən soruşdu:

 

-Əl-Lat, Əl-Üzza və Mənat barədə nə düşünürsünüz? -Və sözünə davam etdi. - "Bunlar sizin və atalarınızın qoyduqları boş adlardan başqa bir şey deyildir" (53, 19-23).

 

Kəəbənin həyətinə sükut çökdü, qüreyşilərin baxışlarına qaranlıq və əlləri yumruğa düyünləndi. Yerdən daş götürüb peyğəmbərə atdılar. Dodaqlarından nifrin axdı, fəqət Məhəmməd, Əl-Əmin, Allahın Rəsulu başını qürurla dik tutub məsləkdaşlarının əhatəsində qüreyşiləri yara-yara yeridi”. 

 

Bu il sui-qəsd olunaraq bıçaqlanan hind əsilli ingilis yazıçı Salman Rüştinin “Şeytan ayələri” (The Satanic Verses, 1988) kitabı daha məşhurdur. 14 əsr bundan əvvəl yaşamış bir şəxsə və baş vermiş bir hadisəyə görə bu gün adam öldürməyə cəhd etmək sağalmayan fanatizmdir. Axmaqlığın vətəni yoxdur.

 

Salman Rüşti kitabında şeytan ayələrini Məhəmmədin karyerasının (oxu: peyğəmbərliyinin) başlanğıcında etdiyi siyasi priyom olduğunu yazır. Lat, Uzza və Mənatın kulturoloji izahını verir və başqa məsələlər. Yazıçı magik realizmlə Məhəmmədi və yaşadığı Ərəb mədəniyyətini təsvir edir.  Yəni yazıçı kimisə təhqir etmir, sadəcə, yazdıqları və irəli sürdüyü iddiaları kimsə öz inancına təhqir hesab edir. Bunu unutmaq olmaz ki,  “Da Vinçi şifrəsi” “Şeytan ayələri”ndən daha təhlükəli idi. 

 

Bu yazıdan çıxarılan nəticələr:

Birincisi, öyrəndik ki, Şeytan ayələri uydurma ayələr deyil, tarixi hadisədir. Məhəmmədin Qurandan çıxarılan bu sözlərini şeytan qulağına pıçıldamayıb, əksinə, Məhəmməd siyasi manevr edərək onların allahlarını təriflədi və öz tərəfinə çəkməyə çalışdı. Məhəmməd başa düşürdü ki, Məkkənin hakimi olan qüreyşilərin gücü Kəəbədəki bütlərdədir. Onları dağıtmadan gücü öz əlinə keçirə bilməzdi. Çünki mənsub olduğu haşimilər tayfası elə də güclü tayfa deyildi. 

 

İkincisi, Quranı diqqətlə oxusanız, onun ilahi bir kitab olmadığını, insan tərəfindən yazıldığını görərsiniz. Sui-qəsd nəticəsində öldürülən Türkiyənin məşhur ateisti Turan Dursun da əvvəl müəzzin idi, illərlə Quranı oxuyub. Yalnız ömrünün yarısını yaşayandan sonra başa düşüb ki, bu kitab insan beyninin məhsuludur, ilahi heç nə yoxdur. 

 

Üçüncüsü, əminəm ki, oxucuların 95 faizinin gördüyü, amma diqqət etmədiyi bir nüans var: Lat, Uzza və Mənat. Bunlar Məhəmmədin inandığı qüreyşilərin baş ilahı Al-İlahın qızları idi. Məhəmməd iddia edirdi ki, rəqibləri olan qüreyşilərin əsas, gözəgörünməz, Məkkədə bütü olmayan baş allahı onunla danışır. Yuxarıda  gözdən qaçırdığınız Əsəd bəyin kitabındakı şeytan ayələrində hansı ifadəni qara hərflərlə qeyd etmişəm? Qüdrət Sahibini. Məhəmməd o qüdrət sahibi Al-ilaha qarşı deyildi, onun qızlarına qarşı idi. Ay allahı Al-ilah sözünü tez-tez təkrarlayın “Allah” səsi verəcək. 

 

Dördüncüsü, dünya artıq 14 əsr əvvəlki dünya deyil. Qaydalar, dinlər, dövlətlər dəyişib. İnsanlar Yerdə elə cənnətlər yaradıblar ki, Məhəmmədin ərəblər üçün uydurduğu cənnət min bir gecə nağıllarından başqa bir şey deyil. Dünya sürətlə sekulyarlaşır. Azərbaycan da bundan kənarda deyil, din xadimləri dövlətin nəzarətindədirlər və inanclıların gücü 10 il əvvəlki kimi güclü deyil. Son otuz ildə Azərbaycanın dinsizləşməsinə iki amil güclü təsir etdi: həyat səviyyəsinin yüksəlməsi (maddi cəhətdən) və insanların kitab alıb oxumaqları. Haradakı insanlar pis yaşayırlar və kitab oxumurlar, din həmişə onların başının üstündə Ay kimi işıq saçacaq. 

 

Beləliklə, Məhəmməd realda baş verən hadisəni göylərə qaldırıb ilahi ayə kimi yerə endirərək allahla mesajlaşırdı.  Ümumiyyətlə, Qurandakı ayələr uydurma deyil, dini və tarixi hadisələrdir.  Sanki yuxarıda allah var və həşeyi görür, Məhəmmədə deyir ki, sənə ediləədalətsizliyi görürəm və bütün kafirləri cəhənnəmə vasil edəcəyəm. 

 

Mən çox istərdim ki, azərbaycanlıların Kəəbəsi Azərbaycan olsun. Heç bir dini olmasın. O biri dünyanı yox, bu dünyanı sevsin. Bəlkə də mənim məqsədlərimdən biri, bu xalqı başqa gicbəsərlər kimi maarifləndirmək yox, müsəlmanlıq kirindən təmizləməkdir. Məndəəvvəl də edənlər olub, məsələn, M.F.Axundzadə. O, rus dili vasitəsilə fransız materialistlərini oxuyub ateist olmuşdur. Yeni əlifba islahatı və Osmanlı imperiyasına təklif etməyi də təsadüfi deyil. Məqsədli olaraq Axundzadə islam ölkələrində bu əlifbanın tətbiqini reallaşdırmağa çalışırdı. Çünki bilirdi ki, dil və şüur arasında koqnitiv bir əlaqə var. Dili dəyişməklə şüuru, təfəkkürü  dəyişmək mümkündür. Dil bizim düşüncə sferamızı müəyyən edir.  Axundov belə qənaətdə idi ki, müsəlman ölkələrində latınlaşdırılmış əlifbanın qəbul edilməyi onları dindən, müsəlmanlıq cahilliyindən uzaqlaşdıracaq. 

 

Və:

Bu yazının anonsunu elan edəndə dost-tanışlar, oxucularım mənə görə narahatlıqlarını bildirib ehtiyatlı olmağı məsləhət bildilər. Başa düşüləndir. Amma nəsə daxilimdə bir əminlik var ki, qorxulu heç nə olmayacaq. Buna səbəb mənim məşhur olmamağımdır. Bəlkə əksinə oldu: bu yazı məni məşhur etdi? Nə deyim, şeytanla həmişə aram yaxşı olub, sevdiyim dini personajdır. Allahdan şər gəlmədi, bəlkə şeytandan xeyir gələr!

 

 

22.12.2022

 

əlliflə (intim) əlaqə:

gschwarzmann@mail.ru 

 

OXUCULAR ÜÇÜN:

Qeyri-müəyyən müddətə yazılarımda fasilə verəcəyəm. Yox, bir yazıçı kimi yaradıcılıq böhranı yaşamıram, tükənməmişəm. Fasilədən sonra sufizm, ölüm, mitologiya haqqında yazılarım, "Əxlaq bir xəstəlikdir", "Siyasi motivlər", "Dini motivlər", “Seksual motivlər-2” adlı esselərim olacaq. Sadəcə ikinci romanımı tamamlamaq üçün vaxt və enerji lazımdır deyə yeni yazılar olmayacaq. Azlogos.eu və Edebiyyat.az saytlarındakı esse və hekayələrimi oxuya bilərsiniz. İnanıram ki, burada yaza  bilmədiyimi bu video daha yaxşı ifadə edər:

https://youtu.be/gJSwm8_dnwk 

 

1.Əsəd bəyin “Son peyğəmbər” kitabının 1932-ci ildə almanca nəşrinə baxdım: Əbdmanaf yazılıb. Manaf adlı allah yoxdur. Bu, yazıçının yanlışğı ola bilər, ya da texniki səhvdir. Manaf yox, Manat var; “f” hərfinin tərsi “t”dir. Şeytan ayələrində adları çəkilən ilahlardan biri Mənatdan bəhs edilir. Mənat, Manat, Manah -eyni allahın oxşar yazılışlarıdır.  Haşimi ibn əl-Kalbinin “Bütlər kitabı”nda “Manah” adlı qədim ərəb allahından danışılır. Ərəblər öz uşaqlarına “Əbdmanah”, “Zaydmanah” kimi adlar qoyarmışlar. Əsəd bəy çox güman bunu nəzərdə tuturmuş. Həm də Məhəmmədin babasının adı Əbdmanaf olub. Vikipediyada isə  Məhəmmədin Xədicədən 3 oğlu olub: Əl-Qasım,Abdulla və İbrahim. Əsəd bəy isə yazır ki, Əl Qasım, Əbdmanaf və Əttahir. 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)