Edebiyyat.az » Ədəbi tənqid » ŞvartsMan - Boşalma(esse)

ŞvartsMan - Boşalma(esse)

ŞvartsMan - Boşalma(esse)
Ədəbi tənqid
admin
Müəllif:
12:14, 05 oktyabr 2023
800
0
ŞvartsMan - Boşalma (esse)



 

 

 Keçən il şənbə və bazar günlərini necə həvəslə gözləyərdim! Çünki özümə və dolayı yolla yazmağa vaxtım olurdu. Az pul qazanmağım məni yazmağa vadar edirdi, xoşbəxtliyimi yazmaqda tapırdım. Nəsə oldu, melanxoliyaya düşdüm. Başım pul qazanmağa qarışdı və qazandım. İndi yaxşıdır vəziyyət və  heç nə etmək istəmirəm. Hətta bu yazını da yazmaq istəmirəm. Bu il etdiklərimi desəm, bu cümlədən əvvəl dediklərimlə ziddiyyətə düşə bilərəm. Amma bundan ehtiyat etmirəm.  

 

Bütün günü Netflix-dəyəm. İyul-avqust ayında "Donor ata" ssenarisini yazdım. Gələn il filmi çəkilməlidir. Ssenarini Qənirə Paşayeva ölümündən bir ay əvvəl oxuyub, bəyənib. Vaxtında tərpəndik. Təzəcə porno ulduz kəşf etmişəm - Syren de Mer. Deyəsən, fransızdır. Şənbə və bazar heç nə yazmıram. Axır vaxtlar kitab oxumuram. Ancaq sənədli və bədii filmlərə baxıram.  Yorulmamışam. Sadəcə, durğunam. Lap çoxdan olmasa da başa düşmüşəm ki, evdə çox əşyanın olması insanın düşünməyinə mane olur. Bütün yazılarımı Xırdalanda yazıram, bəli, evdə çox az əşya var. Azərbaycanlıların ( başqa millətlərə də aiddir) evlərini çox əşya ilə doldurmağa çalışmalarının səbəbini artıq bilirsiniz. Çox əşya mənəvi boşluğu doldurmağa kömək etmir, amma onu yaxşıca gizlədir. Nəsə etmək istədim, amma edə-edə Whatsapp -da ağlıma gələn rəqəmləri yığaraq bir qadına yazdım. Tanımıram onu. Yazdım ki, "Salam, Emiliya, necəsən?". Qadın cavab verdi : " Salam. Kim idi ki?" . " Tamerlan". Tanımadı. 

 

Yaşamaq xəstəliyə tutulmaq kimidir: hamıdan özünü gizlədirsən. İnsanların dərdlərini bir-birilərinə danışmamalarının səbəbləri var.  Bilirlər ki, ya ittiham edəcəklər, ya da məsləhət verəcəklər. Halbuki yalnız bir şey etməlidirlər - susmaq. Sadəcə, dinlə, heç nə demə. Səndən istədiyim təkcə budur. 

 

Bilirəm, uzun müddətdən sonra belə bir yazı ilə qayıtmamalıydım. Axı sabah nə edəcəyimizə kim qərar verir ki?! Haradan bilə bilərsiniz ki, mən sizə bu sətirləri tualetdə oturaraq yazıram. Axı sizin burnunuza pox iy gəlmir. Sıçdıqdan sonra öz poxuna baxmaq təkcə mənə məxsus deyil, insani bir şeydir, ya da heyvani. Bu, sayta yazdığın esseni göndərmək kimidir: sıçmısan, çap olunan kimi baxacaqsan. 

 

Fikir verəndə görürsən, insan daim daxilindən çıxan şeylərdən utanır, tez gizlədir. Məsələn, nəcis, qusaq kimi qalıqları. Çünki içimizdən çıxır və pis qoxuları olur. Bu mənəvi baxımdan da belədir: vaxtında çox sıçmaq və qusmaq lazımdır ki, təmizlənəsən. Yazmaq ən yaxşı sıçmaq və qusmaqdır. Qanlı pox və qanlı qusaq. Mən həmişə yazanda barmağımı üç şeyə batırıram: pox (bədən), qusaq (ağıl) və qan (ruh). 

 

Yazını  yuxarıdakı sonuncu cümlə ilə bitirməyim daha təsirli və yerində olardı. Əgər daha təsirli son cümlə tapmasam, ondan sonra yazdıqlarımı silib esseni bitirəcəyəm. Söz vermək mənlik deyil, amma çalışacağam. Bizə inanmaq istəyən insanlar daim söz verməyimizi istəyirlər. " Söz verirsən ki məni s!kəcəksən?" . "Söz vermirəm, əzizim, amma çalışacağam". Bu səni qane edir?

 

Bunu da deyim ki, hamı məni uzun yazılarıma görə tanıyır, realda isə az danışan insanam. Yəqin bu, içimin dolu və boşalmağa ehtiyacımın olduğunu göstərir. Ordan da anam səsləyir məni ki, "a bala, çıx da, öldün qaldın?". Əslində isə onun mənim ölümümlə yanaşı yoxa çıxmağım narahat edir. Çünki yeniyetməlikdə evdən çox qaçıb yoxa çıxmışam (oxu: https://yarpaq.az/az/svartsman-evden-qaan-olan-hekaye/ ). Mama mənə elə güclü inanır ki, tualetdən də yoxa çıxa bilərəm. Məni yaxından tanıyanlar bilir ki, məndən hər şeyi gözləmək olar. Amma heç kim bilmir ki, mənim ən sevdiyim bağlayıcı "ki”dir. 

 

Whatsapp nömrəm eyni olsa da, yeni Azercell nömrəyə keçmişəm. İnternetimin sürəti Surət Hüseynovdan daha sürətlidir, o, bir az ləngidi. İndi Pornhub-da Syren de Mer-i mənimlə birlikdə axtara bilərsiniz. Fikirləşmisiniz heç, köhnəlməyən yeganə videolar porno videolardır? Məncə, bunu çoxdan fikirləşməliydiniz. Porno videolar köhnəlmir, çünki seks həmişə təzədir. Hətta mən xəstələndə də yaşadığımı hiss etmək üçün masturbasiya edirəm. "Durursa", deməli, mən də tezliklə sağalıb ayaqüstə duracağam. 

 

Instagram-dan çox Facebook-dayam. Instagram-da çox video və şəkillər var, sevmirəm. Qadınlarla bağlı aforizmlərimi Face-də paylaşıram. Bir neçəsini yazım sizin üçün fikriniz yayınsın. 

 

Hər münasibətə açıq olmamaq - özünü qorumağın ən yaxşı üsulu bu ola bilər. 

 

Əgər hər sevgi münasibətinin sonu yataqda bitirsə, münasibətə axırdan başlamaq daha doğru olardı. 

 

Qadınlarla ünsiyyətdə yalan danışmaqdan qorxmayın, əsas olan onların bunu bilməməsidir. 

 

Qadına aşiq olmadığın təqdirdə qadın sənə aşiq ola bilər. 

 

Bir qadın üçün söykənə biləcəyi etibarlı soyuq divar olmaqdansa, əllərini isidəcək və nə vaxtsa sönəcək ocaq olmaq yaxşıdır. 

 

Kişilik müdafiədən yox, hücumdan başlayır. 

 

Ən gözəl səs - qəlbinin səsidir. 

 

Seksdən sonra yatmayan canlıya qadın deyilir. 

 

Mən yalnız qadınları sevdim, aşiq olmadım. Aşiq olduğumu hiss etdiyim anda belə aşiq olmadım. 

 

Yazmaq da boşalmaq kimidir, boşaldıqdan sonra dolmaq ehtiyacı hiss edirsen. İndi hiss etdim ki, yazdıqca özümü yaxşı hiss edirəm. Sonra düşünəndə ki, bu yazını sizə təzə telefonumla yazıram və köhnə telefonumda yazdığım qeydlər silindi - pis hiss edirəm. İndi sizə bu yazını yox, "Seksual motivlər-2"ni yazmalıydım. Amma nə fərqi var, bu , ya da o biri? İkisini də mən yazıram. Elə yeri gəlmişkən, 20 yaşlı yazıçılara buradan xəbərdarlıq etməyi unutmayım: nə yazırsınızsa yazın, özünüz haqqınızda yazmayın. İnsanlar özləri haqqında danışan adamları sevməz. Təbii ki, bu yazmaq işində də dəyişmir. Ədəbiyyat tarixinə baxsanız, daim başqaları haqqında yazılanlar daha çox məşhur olub və daha çox oxunub. İnsanlar axmaqdır və axmaqlar arasında hörmət qazanıb ciddi qəbul edilmək istəyirsinizsə, mənim kimi özünüzdən yazmayın. Yenə də seçim sizindir. Hətta məni tanıdan daha çox  din və sekslə bağlı yazdığım yazılardır. Bəlkə buna görə, ən yaxşı bioqraf və memuar yazanlar katoliklərdən çıxır? Etiraf məsələsinə görə. Günahını etiraf etməklə mənəvi təmizlənmə yaşayırsan. Sonra günah edə bilərsən, problem yoxdur, amma əsas məsələ etiraf etməkdir. Müsəlmanlarda isə tövbə var. Tövbə nəyisə özünə qadağan etməkdir. Yəni bunu etməyəcəyəm və bundan uzaq olacağam. Amma bilmək lazımdır ki, pis bir şey etməmək və ondan uzaq olmaq səni dürüst, səmimi və yaxşı insan etmir. Demək istədiyim: məni yaxşı yazdığıma görə oxuyurlar, özümü etiraf etdiyimə görə yox.

 

Hə, pornoya baxıram, bu, sadəcə, surroqatdır. Bir qadının klitoruna qələminlə (pen-isinlə  / [pen-qələm.]) toxunmaq dilinlə insanların qəlbinə toxunmaqdan yaxşı deyil. Bədənlə bağlı olan şeyler ölüb gedir, amma o olmasaydı özümüzdən sonra yüzilliklər boyunca xatırlanmayacaqdıq. Və deyirlər,  Günəşin ömrünə 5 milyard il qalıb. Bu, yaşadığımız planetin də sonu deməkdir. Qaçış var? Var. Amma hara qaçacağıq? Bilmədiyin yerə qaçmaq mümkündürmü? Planet məhv oldusa, Bethovenlər, VanQoqlar, Dostoyevskilər də kül olacaq. Dünya bilmədiyimiz katastrofadan keçəndən sonra yaranan yeni atmosferdə bizi heç kim tanımayacaq. Bəlkə də "kimsə" deyilən bir şey olmayacaq. Bizdən heç nə qalmayacaq.  Bildiklərimiz yaxın keçmişə aiddir, milyon il əvvələ aid bildiklərimiz ehtimallar və nəzəriyyələrdir. Əbədi döngü davam edir ... S!kdirin gedin!

 

01.10.23

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)