Edebiyyat.az » Film » Mikayıl Qəhrəmanov - "Pərdə" mizə toxunmayın.

Mikayıl Qəhrəmanov - "Pərdə" mizə toxunmayın.

Mikayıl Qəhrəmanov - "Pərdə" mizə toxunmayın.
Film
nemət
Müəllif:
16:51, 05 aprel 2019
2 365
0
Mikayıl Qəhrəmanov - "Pərdə" mizə toxunmayın.
 

 

   1-ci pərdə.
Bakirəlik mövzusu ətrafında gedən qızğın müzakirə və mübahisələrin yetəri qədər şahidi olmuşam. Bu səpkidə cild-cild yazılara, araşdırmalara da rast gəlmişəm. Cem Yılmaz demiş, on min elm adamı bunun ətrafında müzakirələr aparır, buraxın adamlar daha ciddi şeylərlə məşğul olsun. Hər nə qədər yumorla səslənmiş bir fikir olsa da, yetəri qədər də, ciddi mövzudur. Ciddi mövzu deyərkən bakirəliyin önəmi və ya önəmsizliyini nəzərdə tutmuram, bakirəliyə geyindirilmiş mental dondan və konservativ əhəmiyyət yüklənməsindən gileylənirəm. Heç bu haqda yeni bir polemika da başlatmaq fikrim yoxdur. İçimizdəki "pərdə keşikçilərini" qurdalasan nəinki Dədə-Qorduq dastanında və ya Avestada, hətta türklərin ilk yazılı abidəsi sayılan Orxon-Yeniseydə də bakirəliyin önəminə vurğu olduğunu həyasızcasına cəmiyyətə sırımağa çalışacağlarına əminəm. Elm bizə qızlıq pərdəsinin fizioloji vəzifəsi barədə heç nə demir, uşaqlıq yolunun infeksiyalardan qorumaq məqsədi daşıdıdğını bildirir. Bir növ baryer funksiyasını yerinə yetirir.Bəs bu həngamə nəyə gərək o zaman? Gənclərinin ən radikal və aktual olduğu mövzu qızlıq pərdəsi və ya bakirəlik olan cəmiyyət inkaşafa nə qədər yaxındır? Bu mövzunu bu qədər özününkiləşdirmək və əldə silah qarşısında keşik çəkmək bizə nə qazandırır əcaba?
 
  2-ci pərdə.
Pərdə filminin hər iki seriaysını izləmişəm, bu yazımda filmin sujet xətti,ssenarisi,aktyor oyunu və operator işini uzun-uzun dəyərləndirmək istəmirəm. Qınağdan qorxduğumdan və ya çəkindiyimdən dolayı deyil. Bizlər Hiçkokları, Tarkovskiləri,Hanekeleri, Nuri Bilgə Ceylanları izləmiş və ya daha ötəsi onları qınamış,bəyənməmiş insanlar olaraq Emil Quliyevdən və onun kütləsindən çəkinəcək vəziyyəti çoxdan aşmışıq. Həm sadaldığım rejisorlarla və onların çəkdikləri ilə müqayisədə Emil Quliyevin filmi bir qədər zəif və çəlimsiz qalır. Ən azından operator işi dedikdə Emmanuel Lyubeçkinin "Children of Men"
filmində nələr etdiyinə, dram dedikdə çox uzağa getmirəm Aleksandro Qonsalesin "amores perros"filminə, aktyor oyunu dedikdə Martin Skorsezenin "The Wolf of Wall Street" filmində Leonardonun nələr etdiyinə baxmaq kifayətdir. Müqayisələr kifayət qədərdir və elə də bir əhəmiyyət daşımır. Çünki rejisorun belə bir iddiası və ya belə bir yarışa girmək fikri yox idi. Onun tamaşaçısı məni bu müqayisələri aparmağa bəzən vadar edir. Yuxarıda bakirəlik mövzusunu əbəs yerə qabartmadım. Filmin birinci seriyasında rejisorun hədəfə aldığı və dolayı yolla qınadığı mövzu məhz bakirəlik və ya qızlıq pərdəsi idi. Di gəl ki nə baş verdi?! Film ətrafında "pərdə keşikçiləri" yaranmağa başladı. Film öz qınadığı və hədəfə aldığı şeyin başqalaşmış bir halına çevrildi və ya çevirdilər. Necə ki, böyük bir kəsim bakirəlik mövzusunun müzakirəyə açıq olmadığını müdafiə edirdilər, digər bir kəsim də Pərdə filmini də, qınamağı və tənqid etməyin müzakirə mövzusu belə olmayacağını iddia etməyə başladılar. Başımıza bir pərdə azmış kimi ikinci bir pərdə mövzusu da gətirdilər.Bu haqda hətta kiçik bir rolik də çəkib, qınayanların və ya tənqid edənlərin üzünə bir sillə də vurdular. Tragikomik bir vəziyyət ortaya çıxıb. Pərdə filmi hədəfə aldığı bakirəlik mövzusu kimi bir kulta çevrilib ətrafına "pərdə keşikçiləri" yığdı. Allah axırını xeyr etsin.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)