Edebiyyat.az » Film » Jan Renonun həyat qaydaları

Jan Renonun həyat qaydaları

Jan Renonun həyat qaydaları
Film
Necef Esgerzade
Müəllif:
13:04, 17 iyun 2019
1 473
0
Qulağıma ən çox xoş gələn sözlər “Buyurun stola” kəlməsidir, – əndəluslu özünü xoşbəxt hiss edəndə, onun gözləri yaşla dolur, nə etmək olar, Əndəlus qəlbi belədir.
Gənclikdə mən Parisdə «Piqmalion» adlı musiqi mağazasının rok-musiqi bölməsində vallar satırdım. Bir dəfə mən və dostlarımdan biri Cimmi Hendriksin (Jimi Hendrix) Band of Gypsys sədaları altında dəli kimi rəqs edirdik. Bizə klassik musiqi şöbəsinin xanım rəisi – uşağından ayrı düşmüş ana yaxınlaşıb və mənim sevincdən necə şölə saçdığımı görüb, olduqca təəccüblü bir şey dedi, bu sözlər heç zaman yaddaşımdan silinməyəcək: «Çox güman ki, sizin uşaqlığınız çox xoşbəxt keçib».

Bütün insanlar istəyirlər ki, onları sevən olsun. Şükür Allaha ki, məni sevənlər var. Amma mən heç zaman populyarlığımın əsl səbəblərini araşdırmağın qeydinə qalmamışam.

Biz Kasablankada yaşayırdıq, günəş parlayırdı və ətrafdakı hər şey sadə və əlçatan görünürdü: amma sonra anam xərçəng xəstəliyinə tutuldu və elə bu səbəbdən də vəfat etdi, – bununla da bizim ailə səadətimiz başa çatdı.

«Mən övladımın necə böyüdüyünü görə bilmədim» tipli frazalar az qala məni öldürür. Mən öz altı uşağımı çox sevir və məsuliyyət daşımağı da sevirəm.

Mənə hər hansı bir məsələ haqqında danışanda çox xoşuma gəlir, mən həmişə sakit dayanır, hər şeyi özünə hopduran süngər rolunu oynayıram. Düşünürəm ki, məni dəfn edəndə, mən tabutun qapağını açacaq və söyləyəcəyəm: Bağışlayın, amma mən heç nə başa düşmədim. “Hər şeyi bir də izah edə bilərsiniz?”* Film – tennis topu kimidir. Birin-birə: yeni toplar, yeni çəkmələri, yeni tərəf müqabilləri.

Mənim kinodakı personajım – Con Ueyn və Burvil arasında ortaq mövqe tutan bir xarakterdir.

Mənim xarici görünüşüm daha çox trillerlərdə oynamaq üçün əlverişlidir, amma eyni uğurla toyuq rolunu ifa edə bilərdim. Ya kəpənək rolunu.    

Mənim heyvanım dəvədir: sakitcə gedir və üzərində yığın yük daşıyır.

Mənim sevimli lətifəm: iki insan səhrada susuzluqdan az qala ölür və birdən dükan görürlər. «Su, su». Satıcı isə deyir: «Suyumuz yoxdur, biz sadəcə qalstuk satırıq». Adamlar məcbur olur ki, yollarına davam etsinlər. Birdən qarşılarına bar çıxır. Qaçıb içəri girirlər, su istəyirlər. Barmen onlara deyir: «Biz qalstuksuz insanlara xidmət göstərmirik». 



İnsanların, Tanrı adlandırdığı bir qüvvə vardır və o, olmasaydı insanlar həddindən artıq çox kədərli olardı: yalnız boşluq və atomların nizamsız hərəkəti.

Mən Asiyanı və Asiya prinsiplərini çox sevirəm. Allahdan incimək olmaz.

Yapon dilini mən duty-free-də işləyərkən az-çox öyrənmişəm. Yaponiyada məni sevirlər. Sunamidən sonra mən Yaponiyaya – “Toyota”nı reklam etməyə gedən ilk əcnəbi olmuşam.

Kinoda ən başlıcası «Niyə» sözüdür.

banker.az 
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)