Edebiyyat.az » Musiqi » Ələsgər Əhməd - "Ayna Band"

Ələsgər Əhməd - "Ayna Band"

Ələsgər Əhməd - "Ayna Band"
Musiqi
admin
Müəllif:
12:03, 26 aprel 2021
4 553
0
Ələsgər Əhməd - "Ayna Band"



 Azərbaycan rocku “Yuxu”nu aynada görür, ya da mən belə baxıram.

Dostlar, bu postu oxumağınızı istəyirəm, elə oxuyun ki, səmimiyyəti hiss edəsiniz. Bəli, bu üçlü dostlarımdır, amma bunun fikirlərimə heç bir təsiri yoxdur. Çünki sırf musiqiləri haqqında danışacam, dostluqları özümə qalsın. 

“Ayna Band” ya da, Azərbaycan rockunun yenidən doğuluşu. Rock dedikdə çoxunun ağlına pişik kəsmək gəlir, elə problem burdadır. Musiqi olaraq hiss edilmir. Görün indi, bu adamlar nə edir. Pişiyi sığallayırlar, yedizdirirlər. Aslan Nuri mənə bu yaxınlarda dedi ki, sığalını yavaş gətir, pişik qorxmasın. Vocalistdi, sənətinin haqqını səsi ilə verir. Səhnədə duruşu, etdiyi keçidlər məni aparır, məncə hamını da aparır. Elə bir aurası var, sadəcə dinləməklə kifayətlənmirsən. Musiqiyə başlayanda düşünürəm ki, o indi hardadır. Adətən gözlərini yumub ifa edər. Görəsən, gözünü yumanda özünü səhnədə görürmü? Görür, görməsə, bu qədər təsirli olmaz. Dostların əhatəsində Şaman musiqisi ilə etdiyi boğazlar, məni bir dəfə elə yerə aparmışdı ki, qayıtmaq istəmirdim. 

Təbii ki, bu elə bir geniş möhtəşəmlikdir ki, təkcə insan səsini duymursan. Bir hekayə var e, “7 nar çubuğu” Məncə, nəyinsə gücü, onun çoxluğunda deyil. “İki qol və iki çubuq” hekayəsi yazmaq istəsəm, həmin gücü soruşacağım insan, Nuri Tərlan olacaq. Dedim, axı çoxluq, güc deyil. 19 yaşı var, amma o qədər güclüdür ki, alətin həm mənəvi, həm fiziki yükünü tək daşıyır, belə istəyir. Elə olur, hamı dayanır, iki çubuqla hamının fokslayan oğlanın qarşısında baş əyirik, adını headbang qoysaq da. Bacarığı təzim ediləsidir.

Hamımız bilirik ki, hər şeyin bir yaradıcısı var. Yarananların yaratma qüvvəsi əsrlərdir mövcuddur. Məsələn: Elchin Ahmedov olmasaydı, mən bu qrup haqqında özümdə, sizdə fikirlər yaradardımı? Yox, məncə. Yaradıcı qüvvədə mütləq səbr olmalıdır. Keyfiyyət zaman keçdikcə bilinir. Şərab əhli yaxşı bilər. İllər sonra içdiyin ilk badədən sonra necə zövq alırsan. Məncə Elçin də, hər çıxışdan sonra həmin zövqü alır. İçində bir az tanrı sevinci də var, “Nə yaxşı edib, bu qrupu yaratdım” Həqiqətən də, nə yaxşı etdin.Açığı, tanrı insanlar üçün bunu demir. Biz deyək də. Elçinin bir şeyi var ki, gitaradan elə istifadə edir, alətin canlı olduğunun düşünürəm. Yəni, bir əşyaya bu qədər doğmalıq olmaz da. Siminə bərk toxunmur sanki. Di gəl, səhnəni yerlə bir edir. Bəlkə də, barmaqları sadəcə yelləməklə də zəlzələ effekti verir.

Bir sözlə, musiqi yaxşı ki var, həmçinin Ayna Band da. Bu qrupu dinləsəz, elə mən deyənə gələcəksiniz.

Məndən sizə yar olar.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)