İvan Şişkin - Mənzərə ustası
Palitra
“Mənzərə” anlayışı ilə İvan Şişkinin adı qırılmaz tellərlə bağlıdır. Hər bir insanda möhkəm surətdə Vətənlə assosiasiya olunan doğma təbiəti öz tablolarında əks etdirmiş İvan Şişkin Rusiyada bəlkə də ən məşhur mənzərə ustasıdır.
Ortabab tacirin oğlu, qeyri-adi istedada malik İ. Şişkin Moskva Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq Məktəbini bitirib və üç il xaricdə yaşayıb. Qürbətdə olduğu illərdə daim qızıl çovdar zəmiləri, bol sulu çayları, yamyaşıl meşələri olan ucsuz-bucaqsız rus təbiətinin həsrəti ilə yaşayıb. Rəssamın vətənə qayıdan kimi yaratdığı şedevrlərdən biri “Günorta. Moskva ətrafında” (“Полдень. В окрестностях Москвы”, 1869) adlanır.
Günəş şüaları elə məharətlə təsvir olunub ki, sanki ətraf həqiqətən parlaq işıq selinə bürünüb. Bundan sonra rəssam öz əsərlərində parlaqlığa, gözqamaşdırıcı işıq effektlərinə, həyatın dolğunluğunun təcəssümü olan yay fəslinə üstünlük verəcək. Onun “Vyatka quberniyasında şam meşəsi” (“Сосновый бор. Мачтовый лес в Вятской губернии”, 1872), “Çovdar zəmisi” (“Рожь”, 1878), “Ucsuz-bucaqsız meşə” (“Лесные дали”, 1884) əsərləri məhz bu tərzdə yaradılıb.
Doğrudur, Şişkinin əsərləri arasında tamaşaçıda sanki həqiqətən qaranlıq çökmüş meşədə azmış kimi vahimə hissi yaradan sıx meşəyə də təsadüf olunur. “Meşənin dərinliyində” (“Лесная глушь”, 1872) belə əsərlərdəndir. Bu əsərə saatlarla tamaşa etmək olar, amma hər dəfə yenə də, məsələn, pusquda durmuş tülkü və uçaraq ondan uzaqlaşan ördək kimi nə isə yeni bir ştrix tapırsan. Doğrudur, bir çoxları hesab edirdi ki, rəssam lüzumsuz xırdalıqlara çox əhəmiyyət verir və buna görə də onu qınayırdılar. Axı 1880-ci illərin əvvəllərində artıq “ovqat mənzərəsi” janrı yaranmağa başlayırdı.
1880-ci illərin ikinci yarısında Şişkin dövrün ümumi nəbzini tutur və sənət yoldaşı İ.N.Kramskoy demişkən, ümumi atmosferə, təbiətin tamaşaçıya bəxş etdiyi “əhval-ruhiyyəyə” xüsusi diqqət yetirməyə başlayır. Amma o, dəbdə olan meyillərə təslim olmur və özünə sadiq qalır. Əvvəlki kimi kətan üzərində aydın, qabarıq, mürəkkəb, mükəmməl və eyni zamanda çox sadə mənzərələr yaradır. “Palıdlar” (“Дубы”,1887), “Günəşin işıqlandırdığı şam ağacları” (“Сосны, освещенные солнцем”), “Mordvin palıdları” (“Мордвинские дубы”), “Palıd meşəsində yağış” (“Дождь в дубовом лесу”, hamısı 1891), “Payız” (“Осень”,1892)...
Bu tablolar heyrətamizdir. Onlara tamaşa edəndə düşünürsən ki, gördüklərin bir gerçəklikdir. İ.Şişkin çar II Aleksandrın sevimli rəssamı olur, hətta şahzadələrin rəsm müəllimi təyin edilir. Ustadın son əsəri “Şam meşəsi” (“Корабельный лес“, 1898) adlanır. Bu əsər üzərində iş başa çatandan dərhal sonra Şişkin dünyasını dəyişir. Ani ölüm onu növbəti əsərini yaratdığı zaman molbert qarşısında haqlayır.
Rəssam faciəli ömür yaşayıb: iki sevimli xanımını, oğullarını torpağa tapşırıb. Amma onun həyat eşqi ilə çağlayan bənzərsiz mənzərələrinə tamaşa edəndə, bütün bunların dərdli adamın məhsulu olduğunu düşünmək çətindir. Qəribə bir paradoksdur, amma bəlkə də sadəcə böyük sənətkarın fırçasından çıxmış bir ovsundur. Şişkinin mənzərələrində insan təsvir olunmayıb, amma onun varlığı daim hiss olunur: Şişkinin tablolarına baxan tamaşaçı özünü bu mənzərənin içində təsəvvür edir. Şişkinin tabloları qarşısında çox vaxt keçirsəniz, özünüz də buna əmin ola bilərsiniz.
Mənbə: azertag.az

Mövzuya uyğun linklər: