Edebiyyat.az » Poeziya » Dilarə Süleymanın iki şeiri

Dilarə Süleymanın iki şeiri

Dilarə Süleymanın iki şeiri
Poeziya
admin
Müəllif:
23:21, 09 iyul 2020
1 417
0
Dilarə Süleymanın iki şeiri






Üşüyür

 

Sən mənim yuxuma niyə gəlmirsən?

Yuxumda zülmətdi, yuxum üşüyür

Güvənsəm dağlara qar düşür, Allah!

Ahımı göndərdim,ahım üşüyür.

 

Kimsə yox ruhumun dar qəfəsində,

Səslə ,səadəti tapım səsində,

Qışın ayazıdı can qəfəsində

Körpə uşaq kimi ruhum üşüyür!


Şeir


Şeir yoluxucudur,

Sevgi kimi,gülüş kimi.

Ən gözəl söz yadda qalar

İlk baxış,ilk öpüş kimi.

Şeir ana körpəsidir.

Ruhun dolub hıçqıranda

Şeir bir ana səsidir.

Hər yeni misra yazanda 

Yenidən bir sən doğular.

Bu möcüzə aləmində

Bir sən varsan,bir duyğular.

Şeir  sözlü qanadlardır

Şeir yazanın özüdür

Şeir ruhunu anladır

Şeir yazanın izidir...

Ruhum sözlərin aşiqi,

Qarışıram şeirlərə.

Hər zərrəmdə bir şeir var,

Hər şeirimdə bir Dilarə...

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)