Edebiyyat.az » Poeziya » Eşqin Məmmədovun şəhid olmuş İlkin Abbasov üçün yazdığı şeir.

Eşqin Məmmədovun şəhid olmuş İlkin Abbasov üçün yazdığı şeir.

Eşqin Məmmədovun şəhid olmuş İlkin Abbasov üçün yazdığı şeir.
Poeziya
admin
Müəllif:
18:46, 07 noyabr 2020
2 239
0
Eşqin Məmmədovun şəhid olmuş İlkin Abbasov üçün yazdığı şeir.





Bu günlərdə mən çox acı anlar yaşadım. Dostum Abbasov İlkin şəhid oldu. Onun da ürəyindən keçən son sözlərini şeirə çevirmişəm. Hörmətlə Eşqin Məmmədov.


Bəlkə mənə tanrı rəva bilmədi,
Dərənmədim bu gülləri, bir daha.
Bu şeirin başqa cürdür qisməti
Ovundurar könülləri, bir daha.



Həyat bir iblisdir, işi xatalı,
Ömrüm ötür tufanlarda bəlalı
Doğmalarla, həm atalı, analı
Çətin tapam o günləri, bir daha.


Hələ deyilməmiş neçə sözüm var
Bir övlad axtaran qəmli gözüm var
Hər daşda, cığırda, kiçik izim var
Ruhum gəzər o çölləri bir daha.


Yağışda, günəşdə cürüyür budaq
Köklərdi yaşayan torpaqda ancaq.
Həyat ağacından düşəndə yarpaq.
Yaşayarmı fəsilləri, bir daha?!


Borcun ödənməzi, Ana bağışla!
İndi xatirəyəm bir qara daşda.
Bəzən büdrəyəndə, İlkin yapış da.
Tutarammı o əlləri, bir daha?!

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)