Edebiyyat.az » Poeziya » Ruslan Mustafayevin şeirləri

Ruslan Mustafayevin şeirləri

Ruslan Mustafayevin şeirləri
Poeziya
admin
Müəllif:
12:12, 03 yanvar 2021
1 559
1
Ruslan Mustafayevin şeirləri





TURAN ƏSGƏRİ 
Dəyişmərik əsla haqqın yolunu,
Yaradan əyməsin vuran qolunu.
Bu gün sən hifz etdin türkün soyunu.
Yolun zəfər yolu yalnız irəli!
Tanrı yarın olsun, Turan əsgəri!



Qaçmazlar yaradan yazan hökmdən,
Hələ tükənməmişəm, yerə çöküm mən.
Bilirəm hardandır, soyum, köküm mən.
Oğuz xan soyunun Səlcuq bəyləri,
Tanrı yarın olsun, Turan əsgəri!

Zəfər uzaq deyil, zəfər yaxında,
Ağrımız bitəcək Ağrı dağında.
Bu gün zəfər çaldın Qarabağımda.
Sabah əsir yurdum Təbriz elləri, 
Qanınla qurtular, Turan əsgəri!

Avar, ləzgi, talış, türklər də bizik,
Yahudi də, tat da, kürdlər də bizik.
Bizlər ayrılmazıq, biz bölünməzik.
Birlikdə yaşadıq qəmi, kədəri,
Birlikdə çalarıq, əlbət , zəfəri!





AZƏRBAYCAN 
Göz yaşın dinmədi, bəlalı başın,
Qəlbin kədərli, bağrın olub qan.
Əlli milyonluq dərdli qardaşın 
Bölünmüş yurdusan sən, Azərbaycan.

Ayrı düşmüsən sən öz elindən,
Soraq al Şuşadan Təbriz elindən.
Bəladan, həsrətdən, mübarizəndən
Yaman yorulmusan sən, Azərbaycan.

Bir sonu gəlmədi qışın, ayazın,
Suları kəsilmədi bədbəxt arazın.
Hansı səadətdən, mən nədən yazım?
Gültəkin solmusan sən, Azərbaycan.

Bir gün kəsmədi şəhid sorağı,
Qanıyla sulandı bu türk torpağı.
Şəhid nəşinə sarıb bayrağı 
Köksünə qoymusan sən, Azərbaycan!

Babalardan qalan haqqın izilə,
Addımla fəzayla, göyün üzüylə.
Turanın Babəklə, Mübariziylə 
Öyünmüş yurdusan sən, Azərbaycan.

Sən çəkən dərdi heçkəs çəkəmməz,
Sən ki türk yurdusan boynu bükülməz!
İgidlər ərənlər səndə tükənməz!
Turanın qurdusan sən, Azərbaycan!
Ərənlər yurdusan sən, Azərbaycan!






XARIBÜLBÜL
Hicranların, ayrılığın simgəsi, 
Suşanın baş tacı, ay Xarıbülbül, 
Hüsnünə möhtacıq gör neçə ildir? 
Ətrini bizlərə yay, Xarıbülbül. 

Yerin cıdır düzü, üstü duman, çən, 
Soruşma bəs nədən yaxşıdır vətən? 
Xudayar uzaqdan səslənər bu dəm:
- Tapılmaz yurduma tay, Xarıbülbül. 

Neçə kəs kül oldun, ağ varaq kimi? 
Bizimtək yaşadın, sən də sağ kimi. 
Gör neçə şəhidi bu torpaq kimi 
Bağrına basmısan, say, Xarıbülbül. 

Düşünmə bir kolsan, sən də çiçəksən,
Səndə Şəhid qanı, sən də mələksən. 
Cənnətdə yerin var, Göndərəcəksən 
Şəhiddən bir soraq, hay Xarıbülbül?

İndi sən azadsan bir zəfərilə,
"Allahın yıldızı gözəl pəriylə",
Yanında sevgili tək hilalı ilə, 
Dalğalan səmada, ay Xarıbülbül,
Şanını bizlərə yay, Xarıbülbül.






VƏTƏN 
Eşitdik sorağı büküldü dizlər,
Dilimiz tutuldu kəsildi sözlər.
Kədərdən, qüssədən yaşardı gözlər.
Yas tutdu o gün yurdumda hamı, 
Yaxşılar gedərkən ədalət hanı? 

Ölməz Şəhidlərdən aldığım ibrət 
Mərdlik, igidlik, həm də cəsarət.
Ürəyi kədərli, bu qoca millət 
Bir simurq təkin alışıb yanır, 
Sonra küllərindən yenə yaranır.

Nə qədər yansa da, əlbət doğacaq,
Zəfəri gözləyən bu qəhrəman xalq.
Başının üstündə üç rəngli bayraq 
Göy rəngi Göytürklərin qanı
Yaşılla bəzənmiş dini imanı. 

Qarabağ, Zəngəzur, "Dumanlı Təbriz",
Bir il gec, bir il tez birləşərik biz.
Poladdır ordumuz, haqqdır cəddimiz.
Biz də görəcəyik əlbət bu anı, 
Güneyli, Quzeyli Azərbaycanı!


(BDU-nun Filologiya fakültəsinin tələbəsi)

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (1)