Edebiyyat.az » Poeziya » Elnur Uğur - Şeirlər

Elnur Uğur - Şeirlər

Elnur Uğur - Şeirlər
Poeziya
admin
Müəllif:
20:10, 03 mart 2021
1 405
0
Elnur Uğur - Şeirlər




Uçurum

Mən arı ömrünü yaşayıram ki,
Çiçəkdən pətəyə sevgi uçurum.
Tale edamımı oxusa bir gün,
Qılıncdan kötüyə sevgi uçurum.
Səngisin nahaqdan axıdılan qan,
Dinsin göz yaşları,eşq doğsun hər dan.
Ələyib ömrümün qum saatından,
Dalğadan köpüyə sevgi uçurum.
Elnur,uğur olsun eşq yollarına!
Çığırım ömrümün uzaqlarına,
Bağlayım səsimin ayaqlarına,
Sonuncu qitəyə sevgi uçurum.


Oğlum

Oğlum, bu dünyada
Ən dağıdıcı silah
İnsan nifrətidi.
Çalış böyüdükcə kiçilt nifrətini .
Nifrət inanın özü- özünü mühasirəsidir.
Nifrət insanın Allahla müharibəsidir.
Müharibələr bəhanələrlə başlayır
Ən gözəl bəhanə sevgi üçün edilən cəhddi.
İnsana sevgi
Allah yolunda cihaddı.
Oğlum,
Yer üzünün gözəlliyi nə çəməndir, nə çiçək
Yoxdur bir gözəllik
İnsan gözəlliyitək.
Sev,Sevincə görəcəksən
Gözəllik əslində rəngə görə deyil.
Rənglər illüziyadır.
Nifrət sevgisiz dünyadır.
Sevəndə bütün rənglərin ağ üzünü görə biləcəksən.
Əsmərbənizli talelərin çoxunda
Nifrətin yarası var.
Oğlum,sev
Sevgidən sevgi doğar.


Neftçaladan -Bakıya

Neftçaladan Bakıya,
Qovasan həsrətini.
Göydələnlərdən ata,
Həsrətin surətini.
Ruhun üzə dənizdə,
Sahildə Gün uyuda.
Elə qucaqlayasan,
Yandırasan suyu da.
Neftçaladan Bakıya,
Yollara dirənəsən.
Görəsən ki hardasa,
Sevginin dirəyisən.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)