Edebiyyat.az » Poeziya » Elşən Təhməzov - Dağlar, gəlirəm.

Elşən Təhməzov - Dağlar, gəlirəm.

Elşən Təhməzov - Dağlar, gəlirəm.
Poeziya
admin
Müəllif:
23:19, 10 iyun 2021
1 376
0
Elşən Təhməzov - Dağlar, gəlirəm.
     


  Müasir Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri də Məhəbbət Kəlbəcərlidir. Şairin yaradıcılığında xalq ədəbiyyatı ruhunun duyulması ilə bərabər, bədii düşüncə, müxtəlif motivli əsərlərdə mövzu rəngarəngliyi, orijinallığı da duyulur. Poetik şüurun, zehni-intellektual misraların, fəlsəfi dərinliyin, estetizmin, güclü olduğu M. Kəlbəcərli poeziyası dünyəvi sevgi, vətən, təbiət və digər mövzular üzrə ədəbiyyatımızda özünəməxsus xarakterə malikdir. Şairin yaradıcılığında məhəbbət mövzusu xüsusi yer tutur. Daha çox nakam eşq ruhu sezilir. “Pıçıldayır” şeiri buna bariz nümunədir:

Qıymadın bir dəfə dilindən çıxam,
Dönəm dağ mehinə, telindən çıxam.
Qoymadın nisgilin əlindən çıxam,
Sinəmdə bir sınıq sim pıçıldayır.

Eşq mövzusunda yazılan bir şeir də 21-ci əsr sevgi poeziyasında spesifik yer tutur:

Getmir xəyalımdan o vaxtdan bəri,
Yaxandan asılan sevdanın zəri.
Oyatma mürgülü xatirələri
Düşərsən sehirə, sirdən gedərsən.

Xarizmatik şəxsiyyətin əsərləri içərisində ictimai kədər, şəxsi kədər, həyati kədər tendesiyası da vardır. Bu qəbildən olaraq şair deyir :

İlqarıma baxdım sənin gözünlə,
Ayaq saxla, yol gəlirəm izinlə.
Gəl məni də apar yandır özünlə,
Mənim kimi, ay zavallı, kərim oyy!

1992-ci ildə xalqımızın sevimli diyarı, Azərbaycanın ən böyük rayonu, doğma Kəlbəcər işğal olunur. İstiqlal şairinə bu hadisə çox ağır təsir göstərir və qələm nümayəndəsinin poeziyasında Azərbaycanın bütövlüyü ideyası daha da güclənir. 2020-ci ildə rəşadətli Azərbaycan ordusunun mənfur düşmənin əlindən mərdliklə azad etdiyi Kəlbəcər şairin doğma diyarı ilə bağlı şeirlərində yüksək əhvali-ruhiyyəni yaranacağına işarə idi. Bu səbəbdən “Əbədiyyət nəğməsi” adlı əsəri misal göstərmək olar:

And içib bayrağa, and içib yurda,
Torpağı siz candan əziz saydınız.
Qələbə marşını çalıb göylərdə
Bölünməz bir vətən oldu andınız.

“Gəlirəm” şeiri :

Otuz il bilmədim oldum haralı,
 İntizar düzümlü, həsrət sıralı.
Sənin ürəyintək dərin yaralı,
Sinəsi üstündə dağlar gəlirəm.

İstedadlı ədəbiyyat nümayəndəsi Məhəbbət Kəlbəcərli yaradıcılığında təbiətə, yurdun seyrinə sevgi də əsas yer tutur. “Bulaq” şeirində bu hisslərini bədiilik, tarixilik və fəlsəfilik qovşağında qələmə almışdır.

Çağlayırsan, göz yaşımı yuyunca,
Süzüləsən təşrə sinəm boyunca.
Sızıltına qulaq verəm doyunca
Ay sədəfli, ay üçtelli, saz bulaq.

Şairin poeziyasında həqiqət-xəyal, sənətkar təxəyyülü, şəxsiyyət azadlığı, tipiklik, ənənə və varislik, sistemli şeir, sözün hikməti kimi prinsiplərə yüksək səviyyədə rast gəlinir.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)