Edebiyyat.az » Poeziya » Fərid Muradzadə - Sənin şəklini çəkdim.

Fərid Muradzadə - Sənin şəklini çəkdim.

Fərid Muradzadə - Sənin şəklini çəkdim.
Poeziya
admin
Müəllif:
09:59, 04 iyul 2021
1 233
0
Fərid Muradzadə - Sənin şəklini çəkdim.





Sənin şəklini çəkdim
Rəngsiz fırçalarımla.
Paltarların, əllərin
Yarıboz, yarıqara.



Sənin şəklini çəkdim,
Cizgisində özün yox.
Şəklin bir qüsuru var,
Göz yerində gözün yox.

Sənin şəklini çəkdim,
Əllərin buz parçası.
Alnında görünürdü,
Xəcalətin damğası.

Sənin şəklini çəkdim
Üzünə rəng yaxmadım.
Çünki, sənin üzünə,
Düşəcək rəng tapmadım.

 10.05.2020
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)