Merlin Çin
Çinli-amerikalı yazıçı, aktivist Merlin Çin beş şeir kitabının və bir romanın müəllifidir. Şeirləri bir çox nüfuzlu mükafata layiq görülən müəllifin yaradıcılığı Asiya-Amerika ədəbiyyatının klassiklərindən hesab olunur.
Ey qızcığaz, niyə bu hekayəni danışmalıyam sənə mən
Axı sən hər şeydən xəbərsiz bir qönçəsən
İndi isə dolu siman günəş tək parıldayır
Qat-qat ləçəklərini cəsarətlə çəhrayıya boyayır
Lakin indi baxışların küskün, bənizin solğun
Və sən də pay almısan dərd çəkməyin kimyagər xislətindən, tanrının labüd toxunuşundan
Bir sal yadına Buddanın sözlərini
Qocalıq, ölüm, və xəstəliyi dadan heç nə əbədi yaşamır
Özünü gizlət, üzünü günəşdən gizlət
Vecsizcə tamaşa et solğun çöhrənə
Qəm yemə, ey qızcığaz, sözüm burada bitər
Naməlumdan azad olma
San Diyeqoyadək izləyir məni kölgəm
Səssizcə, şikayətlənmədən.
Grin kartsız, şəxsiyyət vəsiqəsiz,
Mənim taleyimlə nikahdadır o.
Sərxoş, anorektik ay,
Aramsız fırlanır, çəkisi artır, azalır,
Qrotesk hərəkətlə rəqs edir kölgəm,
Qəzəblidir ayrıla bilmir məndən.
Yaza bilmədiyi romanlarına yas tutur ay,
Soyunub göz yaşı tökür ağaclar üstə və qəflətən çıxıb gedir.
Qayıdıb sabah döyəcək məni
Göyərdəcək bədənimi dəfələrlə.
Əlvida Ay, əlvida Kölgam.
Həyatım, sevgilim, mən tələsirəm.
Tezliklə günəş də dolacaq evə.
Tələsib bir qərar man verməliyəm.
Mənbə:
https://poets.org/poem/peony
https://www.poetryfoundation.org/poems/57178/get-rid-of-the-x
Tərcümə etdi: Sonası Vəliyeva