Edebiyyat.az » Poeziya » İlkin Mirələmov - Sarı mələk

İlkin Mirələmov - Sarı mələk

İlkin Mirələmov - Sarı mələk
Poeziya
admin
Müəllif:
08:14, 29 avqust 2022
2 372
0
İlkin Mirələmov - Sarı mələk

     

 


Göylərə dua etdim:

– Mavi səma, xoşbəxtlik ver!

Azca işıq istədim:

– Sarı bir nur saçdı yer.


             ***



 


Mən fəzada ararkən

Sən demə o, yerdəymiş...

Mənim səhra bəxtimə

Sarı bir mələk enmiş.


             ***



 



Bu  incə bel, səmimi,

Tən insan, tənsə huri.

Gözlərində parıltı,

Göz yaşıtək dupduru.


            ***



 



Qaşları zanbaq gültək,

Gülüşü, həm çox məsum,

Həm də olduqca kövrək...

Saçların rəqs etdirər

Ona heyran, zərif külək.


            ***



 



O, qızılgül dodaqlı,

Dəniz baxışlı.

Lap həyat dolu,

Ulduz simvolu...


            ***



 



Doğmaz bir də qış ömrümə:

–   İsti günəş sənintək.



 



Hansı savaba ərməğan

Gəldin labirint yol olan

Nizamsız, boş dünyama

Sən, Sarı Mələk?


             ***


                      SON SÖZ 


 
Danış mənə, eşqdən, sevgidən

Kövrək baxışların ruhumu aldı məndən.

Səni təsvir etməyə fırçam qalır aciz,

Sənə ithaf etməyə şair şeirsiz.

Səni vəsf etməyə, qələmim yetməz,

Sənə həsr etməyə, bir ömür bəs etməz.

Olum və ölüm arasında incə bir keçidsən,

Yalan dünyamızın həqiqət nəğməsi, sən.

Gözlərin qaranlıq gecə mənzərəsi,

Sözlərin ruh oxşayan incə şair nəfəsi.

Unutmaq mümkün deyil sənin

Könüllər fəth edən xoş simanı, 

Həyat verən həzin səsini.

Vermir başqa ətirlər saçlarının qoxusunu,

Utancaq gülüşündə gizlədirsən, dünyanın var oluşunu.

Dəniz gözlərində yox olmaq qorxusu var

Sənsiz bu həyat gələcəkdir mənə dar.

İnsaf et qayıt mənə, isti qəlblərimizi, ya dondur,

Heç olmazsa öldür bizi ruhumuzu qovuşdur...
 
                       
                        ***
     

    ZÜLMƏTDƏKİ PARLAQ LAMPAM 

 

Həyatımın incə teli,

Gözəlliklər ilahəsi.

Səni sözlə vəsf etməyə

Qələmim qalır acizcəsinə

Tanrıya yalvaran insan kimi.

Sən idin ömür yazıma

İşıq saçan gülərüzlü mələyi

Qəlbimin tənha güşəsinə

Gətirən ilham pərisi.

Yazmağa təbbimi alovlandıran

Yazıda yaşam səbəbim,

Dünyamı işıladan günəş adlı 

Parlaq lampam, şəfəqim.

Soyuq otağımdakı 

Alovlanan isti kamin.

Həyat eşqim, tək ümidim,

Ümidimin tək arzusu,

Arzumun son sahili.

Bənzədirəm səni:

– Romeonun Cülyettası,

Məcnununların Leylası,

Həyatımın parlaq günəş lampası.

Şah əsərimin şah beyiti,

Romanımın “SEVGİDƏ SAVAŞ” ideyası,

Tərənnümün Baş Tanrısı,

sığnağı...

Allaha bəndə etdiyitək ibadət,

Səni vəsf edən şair edər

Böyük cəsarət.

Mənsə yolunda daim edəcəm sədaqət.

Mənim olmayan yaz günəşim,

Parlaq lampam, şəfəqim...



                     ***                                      



 

~ Lənkəran Dövlət Universitetinin 3-cü kurs tələbəsi 
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)