Edebiyyat.az » Poeziya » Oljas Süleymenov - Batır Maxambetin qətlqabağı duası

Oljas Süleymenov - Batır Maxambetin qətlqabağı duası

Oljas Süleymenov - Batır Maxambetin qətlqabağı duası
Poeziya
admin
Müəllif:
18:02, 07 iyul 2023
760
0
Oljas Süleymenov - Batır Maxambetin qətlqabağı duası

 



 

 

Bismillah! 

 

Uzaq yürüşlərdə mən 

unudaram özümü, 

Qanlı döyüşlərdəyəm 

aylar-illər uzunu. 

 

Lap boğaza yığıldım 

bu acıqla, dərdlə mən, 

Yəhər üstdə doğuldum, 

qandal altda çərlərəm – 

 

Məni şəhər uzunu it kimi hərləyərlər... 

 

Unudaram çər dəyən 

tərli atın iyini, 

Zindanların car çəkən 

çır hayını, küyünü,

 

Şaqqalayıb atarlar səhər məni tonqala 

Və unudar əmgəyim qorxunc böyüklüyünü... 

 

Unudaram – 

nə sayaq əsirdi arvadlarım 

önümdə zağ-zağ mənim; 

Yalın qılınc kimiyəm, 

fəqət kəsir pas məni. 

 

Ürəyim  

xirtdəyimdə qəzəblənmiş ilantək. 

Yox, tükləri yonulmuş bir şunqardı ürəyim. 

 

Unudaram hər şeyi: 

döyüşü, yanğını da, 

lap elə Tanrını da! 

 

Unudular  

üz tutub güvəndiyim dualar... 

 

Aruax!..

Ağappaq Ay 

səhraları hərlənər –

və barxanlara yortar maya dalınca nərlər. 

 

Qazaxların qazanı buğlanır ağca südlə, 

Gəmirir bir-birini darıxdığından itlər... 

 

Zindanın dar küncünə 

uzanmışam mənsə tək, 

Dığırlanır ovcuma 

Ay sonuncu qoğaltək... 

 

 

Çevirəni Mahir N. Qarayev

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)