Edebiyyat.az » Poeziya » Misuzu Kanekodan (1903-1930) bir şeir

Misuzu Kanekodan (1903-1930) bir şeir

Misuzu Kanekodan (1903-1930) bir şeir
Poeziya
admin
Müəllif:
23:33, 27 avqust 2023
523
0
Misuzu Kanekodan (1903-1930) bir şeir





Hər iki qolumu geniş açsam da,

Mən uça bilmərəm mavi göylərdə.

Uçmağı bacaran bir quş da amma 

Möhkəm qaça bilməz mənimtək yerdə.


Bütün bədənimi silkələsəm də,

Əsla vücudumdan çıxmaz gözəl səs.

Gözəl səs çıxaran bir zınqırov da

Mən bilən qədər çox nəğmələr bilməz.


Uçan quş, səslənən zınqırov və mən —

Hamımız fərqliyik bir-birimizdən!

Hamımız yaxşıyıq bir-birimizdən!


Tərcümə: Məhəmməd Nuri

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)