Edebiyyat.az » Poeziya » Adonisin şeiri

Adonisin şeiri

Adonisin şeiri
Poeziya
admin
Müəllif:
10:15, 08 sentyabr 2023
566
0
Adonisin şeiri...





Adonis imzasıyla tanınan Əli Əhməd Səid İbsir 1930-cu ildə Suriyada, Kasabin kəndində doğulub. Dəməşq Universitetinin Fəlsəfə fakültəsini bitirib. Beyrutda “Məvakib” (“Mövqe”) adlı ədəbi jurnal təsis edib və elitar ərəb şairlərini dərginin ətrafında cəmləyib. Uzun müddət UNESCO-da məsləhətçi işləyib. 

    “Mühasirə kitabı”, “Bu sənsən, zaman”, “İkinci əlifba”, “I Kitablar Kitabı”, “II Kitablar Kitabı”, “Mavi balinanın melodiyası” poetik toplularının müəllifidir.

    Poeziya sahəsində bir çox beynəlxalq ədəbi mükafatlara – 1993-cü ildə Mallarme mükafatına, 1995-ci ildə Nazim Hikmət mükafatına, 1998-ci ildə “Qızıl tac” mükafatına, 2011-ci ildə Höte mükafatına layiq görülüb. Çağdaş ərəb poeziyasının inkişafında xidmətlərinə görə üç dəfə Nobel mükafatına namizədliyi irəli sürülüb. 




DARIXMA! 


Yenə niyə tutuldun, niyə gözün yol çəkir? 

Bu sayaq darıxmağın, səncə, bir adı varmı?

Pənbə buludlar üzür, sağ-salamatsan, şükür,

Sənə darıxmaq üçün bir bəhanə qalırmı?


Hələ ki mümkündüsə mavi səmaya baxmaq,

Seyr eləmək göydəki gözəlliyi, şəfqəti –

Onda nəyə gərəkdir kiminçünsə darıxmaq?

Sən də arxayın yaşa, nigaran qalma qəti.


Lap bişsən də istidə, lap donsan da sazaqda, 

Dəxli yoxdur, yenə də qismətinə şükr elə.

Əgər kefin yoxdusa – ağla, sadəcə, ağla,

Kefin yaxşısa – əl çək qara-qura fikirdən. 


Ya da şeir quraşdır, qoy yazdığın sətirlər

Məlhəm kimi səngitsin içindəki qüssəni.

Kitabla qat başını, mahnı oxu, gül-danış,

Yalvarıram: darıxma, kədər üzməsin səni!


At nisgilin daşını barı mənim xətrimə, 

Acı, bədbin fikirlər axı nəyinə gərək?

Başlıcası inamdır – inamını itirmə,  

Onda dünya gözündə cənnətə çevriləcək.


Nə təksən, nə kimsəsiz... nigaransan nədən bəs?

Vacib işlərin qalıb gör qarşıda nə qədər.  

Sənə dayaq duracaq səndən öndə gedən kəs –

Sən də qaytar borcunu mükafat gözləmədən.


Bir sözlə, aç könlünü, qismətinə ağ olma,

Qoy ürəyin bərkisin bu ağır çəkişmədə. 

Amma çəkişmə vaxtı qəlbində kin saxlama,

Onda sevgi payını alacaqsan bəs qədər.


Çevirəni Mahir N. Qarayev 




Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)