Edebiyyat.az » Poeziya » Fridrix Rükkert (Almaniya) (1788-1866) - Cəlaləddin Rumi deyib

Fridrix Rükkert (Almaniya) (1788-1866) - Cəlaləddin Rumi deyib

Fridrix Rükkert (Almaniya) (1788-1866) - Cəlaləddin Rumi deyib
Poeziya
admin
Müəllif:
01:34, 25 sentyabr 2023
358
0
Fridrix Rükkert (Almaniya) (1788-1866) - Cəlaləddin Rumi deyib


 


Bir daş kimi ölüb mən bir ot kimi göyərdim, 

Bir ot kimi solub mən bir vəhşitək dirildim, 

Vəhşi bir heyvan kimi nə zaman ki gəbərdim 

İnsantək doğulub mən bir də dünyaya gəldim. 

Ömür qısadır deyə 

niyə batım qüssəyə! 

 

Nə vaxt ki bir bəndətək öz ömrümü sürəcəm, 

Yer üzünə göylərdən mələk kimi enəcəm. 

Bir gün mələyini də Tanrı qurban verəcək. 

Və onda bir ah kimi dərgahına girəcəm, 

Qovuşacam Allaha 

mən də bircə anlığa! 

 

Cevirəni Mahir N. Qarayev

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)