Özbəkistanlı şairdən şeirlər
Cahangir Furqət oğlu Namazov 1997-ci ildə Nəmənqan vilayətinin Pap rayonunda anadan olub.
“Juntos por lasLetras” Argentina beynəlxalq yazıçılarının Özbəkistan üzrə fəal üzvü və işçi qrupunun koordinatorudur. Turkiyə dövləti “SİİR SARNİCİ” elektron jurnalının Özbəkistan üzrə nemayəndəsidir.
Qırğızıstan Respublikasında təşkil edilən “Dünya talantları” beynəlxalq birliyinin üzvü, “Abay” medalının, “Beynəlxalq Əmir Teymur Xeyriyyə Cəmiyyəti Fondunun
"Unutmaz məni, bağım",
Usman Nasir,
"Berdak Karagbay oğlu"
xatirə nişanları”nın sahibidir.
Türkiyənin "Güzel Alanya"
mükafatı laureatı.
Qırğızıstan Respublikası “Qırğız şair və yazıçıları” ictimai fondunun üzvüdür. Gənc yazarların ənənəvi seminarlarının iştirakçısıdır. Şeirləri “Müjdə”, “Flaşmob” toplularına daxil edilib.
Yaradıcılıq nümunələri Kazaxıstan, Qırğızıstan, Türkmənistan, Keniya Azərbaycan, Türkiyə, Danqladeş, Nepal, Əlcəzair, Vyetnam, Serbiya, Hindistan, Rusiya, Makedoniya, Belçika, İtaliya, Çin, İspaniya, Albaniya, Avstraliya, Amerika dövlətlərinin qəzet –jurnallarnda, həm də Ədəbi internet saytlarında dərc olunub. 2021-ci ildə “İçimdə üsyanlar adlı şeir kitabı nəşr edilib.
Həmmüəllifliktə
“Müqəddəs yer” tarixi kitabı , “Günəşin nəfəsi” poetik kitabı Türkiyənin Beygenç nəşriyyatında, “Pain” adlı şeir və məqalələr kitabı Amerikanın “Amazon” saytında nəşr edilib,
“Uşaq aləmi” qəzetinin müxbiri.
Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin tələbəsi.
DÜNYA RƏNGLƏRİ
Gözü qamaşdırdı dünya rəngləri,
Hamısı həqiqət, hamısı yalan
Duymuram dünyanın hikmətlərini,
Söyüdlər baş əyib xəyala dalan…
Möcüzə məkanı bu köhnə boşluq,
Ətrafa nur saçıb özü sönər şam.
Xəyala dalmağın, düşünmən neçün,
Ölməzdi şam kimi yşasa adam
Səmada ulduzlar azmış, dağınıq,
Saysız xəyalımtək cəpilib yatar.
Yuvasın qəlbimdə qurubdur günəş,
Odlu əllərilə günü oyadar.
Göydə guruldayan mavi ildırım,
Bütün bir varlığı lərzəyə salar.
Asta, damcı-damcı yağan yağışlar,
Dərdlərimi yuyar, qəmləri alar.
Dəvətsiz qonaqdır dünyada hamı,
Ağaca əmanət yaşıl yarpaqlar.
Biz də əmanətik, yarpaqlar kimi,
Həyatın qədrini bilin, qonaqlar!
VƏTƏN ŞƏKLİ
Ürəyimdə adsız, bir böyük duyğu.
Dağtəki könsümə sağmaz, gedər dan.
Ulduzlzr yoluma səpələyər nur,
Ulduzlar məkanı Vətən – asiman.
Baharda yurduma gələn qaranquş,
Elimin feyzidir, bəxti, iqbalı.
Səmandakı günəş heç sönməz, abad,
Vətən – göylərimin dolmuş hilalı.
Vətən – bağ-bağatdır, gözəl bir çəmən,
Vətən – kəpənəklə gülün vüsalı.
Vətən – ürəyimdə işıq dalğası,
Pakizə hisslərim, şövqün nur halı.
Boş, yüksək sözləri axtarmaram heç,
Qəlbimə ən böyük bir söz yazılıb.
Rənglərim o qədər parlaqdır mənim,
Qəlbimə “Vətənin şəkli” cızılıb.
Azərbaycan
Azərbaycan – qardaş xalqım,
Can bir xalqım, qandaş xalqım.
Kamalından qəlbim coşar,
Ruhdaş xalqım, qandaş xalqım.
Göylərində sönməz günəş,
Sənə gülüb, baxar hər an.
Sığınmaqda sənə könlüm,
Mən Bakıya verərəm can.
Vətənimtək müqəddəssən,
Mənə əziz hər bir çağın.
Dalğalansın yüksəklikdə,
Uca olsun qoy bayrağın.
Şəhid oldu oğulların,
Mənimkidir ürək dağı.
Qalmasın heç bir üzüntün,
Abad görək Qarabağı!