Pərvin Əliyeva - Gecə
Poeziya
Pərvin Əliyeva - Gecə
Sən qorxum, iradəm
Sən söz xəncərim.
Sən ey günə məni səsləyən incim.
Sən,
Sən cismi çovğunum
Köklü rubabım,
Nə vaxtsa bağından qaçarmı bağban ?!
Sən,
Sən ovuc - ovuc tikə göz yaşım
Sən mənim ən sadiq ömür yoldaşim.
Ay necə qoşuldu, getdi ulduza,
Səni yarı yolda qoyarammı heç.
Sən,
Sən elə ömrümün yarıdan çoxu,
Sənə nəyim gərək demirəm mən də.
Sən mənə həyansan, mən sənə doğma
Bətnindən işığı qoparan gecə.
Mövzuya uyğun linklər:
Naxçıvan teatrının təcrübəsi İzmirdə təbliğ olunub
AZAD QARADƏRƏLİ - YETMİŞƏ ÇATMAĞIN CƏFASI VƏ SƏFASI
Fərid Muradzadə — Gülər Natiq İsaqın "Sərçə ilə söhbət" şeiri haqqında düşüncələr
Əli Rzazadə — Bəzən irəliyə gedən yol ağlın cızdığı xətlərdən deyil, «axmaq»lıq adlandırılan cəsarətdən keçir.
Nəzrin Əkbərova — Səssiz epidemiya: Tənha insanlar çoxalan dünyada
