Edebiyyat.az » Poeziya » Aypara Mehmanın şeirləri

Aypara Mehmanın şeirləri

Aypara Mehmanın şeirləri
Poeziya
nemət
Müəllif:
13:27, 16 aprel 2019
1 934
0
Aypara Mehmanın şeirləri

 

 Demek ki bir azdan yola düşürsən
 Ne deyim, gedişin mübarək olsun!
 Dalınca çağlasın iki çeşmə göz
 Təki boynubükük bu ürek olsun.
 Silmə göz yaşımı, yaxşısı budur
 Dilə ucuzundan mənə bir ölüm.
 Onsuz da həsrətin alov olacaq
 Onsuz səndən sonra qalacaq külüm.
 Çalar İsrafilin suru bir azdan
 Qəlbimin qiyamət saatı çatar.
 Sen qapıdan hələ addım atmadan
 Bütün gemilerim deryada batar.
 Yanar İbrahimi bir odda ruhum
 Bürüyər dumanım bütün aləmi
 Ya da qəfil* qopar tufanı
 Nuhun Göylər ağuşuna alar naləmi
 Ya da udar Bermud adlı üçbucaq
 Üç yüz il əvvələ aparar məni.
 Ya da ki əzrayıl açaraq qucaq
 Sen olan dünyadan qoparar məni.
 qefil-anidən çatar-yetişir ağuşuna-qoynuna

***

 Daha üfüqlərimdə günəş saçın daramır
 Nəfəs belə almağa yoxluğun vermir aman
 "Keçər" adlı təsəlli heç bir işə yaramır
 Yaramın qarşısında daha diz çökür zaman
 Məni tanış edəndən bu ədəbsiz qəhərlə
 Bakirə gecələrim sevişməyir səhərlə
 Unutmaqlar alınmır əzizim "birtəhər" lə
 Fikrə sancılı oxudur gözlərin, bir də siman
 İndən belə  ölmək də mənim üçün müftədir
 Sanma ki, səndən sonra bu ölməyim siftədir.
 Həsrət adlı tətikçin qelbi heey hədəftədir
 Zarıyır neçə ümid, can verir neçə güman.
 Sudan çıxmış balığam, daha ürək boğulur
 Bütün möhtəşəm dərdlər ayrılıqdan doğulur.
 Hüznü sevirəm, amma bu qədər də  çox olur
 Qədərə də söydükcə nə din qalır, nə iman.
 Sahilə gəlməyim də daha ağla ziyandır
 Qəm daşıyan gəmilər dərdlərimə hayandır.
 Bu ağrı kimsəyə yox, bir  Allaha əyandır
 Böyüdürəm ağrımı içimdə  yaxşı-yaman.
 Daha  qağayılar da səni məndən soruşur
 Dalğalar harayıma çatmaq üçün yarışır
 Gözlərimdə buludlar bir -birinə qarışır
 Kirpiyimdən tökülür hər gün bu göy asiman
 Daha  geri getirmir səni aparan gemi
 Sol yanım ümidləri biçilmiş sarı zəmi.
 Toplasam bir sən etmir yeddi milyardın cəmi
 Sənə gələn yolasa çöküb nə vaxtdır duman.
 Daha ruhuma  sığal çəkmir mavi  dənizim
 Gezsem de sahil boyu sensiz yetimdir izim
 Yaxşı ki bu dərdi tək daşımıram,əzizim.
 Yaxşı ki darıxırıq bir mən, bir də bu liman.

***

  Bilirsənmi haradır bura?
 -Vətəndir, Vətən!
 Burda hər şeyimiz var
 amma heç neyimiz yox
 Burda minlerle insan
 bir qarnı ac, biri tox.
 Burda bir iş yoxdur ki
 yapışasan ucundan
 Burda kasıb balası
 ölmelidir acından
 Burda nə varsa saxta,
 Burda nə varsa yalan
 Sosial yardım alır
 burda villası olan.
 Əkdiyin ümidləri
 Burda görməzsən bitən 

 Bilirsənmi haradır bura?
 -Vətəndir,Vətən!
 Burda süd də, qatıq da
 Qaradır ki, qaradır.
 Manqurtlaşıb insanlar
 Burda qəlblər yaradır.
 Gözün kor, qulağınsa
 olmalıdır kar burda
 Haqqı görsən də gərək
 Edəsən inkar burda.
 Qonorarı böyükdür
 gözdən pərdə asmağın
 Burda hətta qızıldan
 Qiymətlidir susmağın
 Burda ağalıq edir
 sənə hər yoldan ötən

 Bilirsənmi haradır bura?
 -Vətəndir, Vətən!
 Burda səfil həyatlar
 izlənilir maraqla.
 Ədaləti məzlumlar
 gəzir gündüz çıraqla.
 Burda əqidələri
 sındırmaq adi haldır
 Haqsızın dili uzun,
 haqqınsa dili laldır.
 Burda başlara tacdır
 abrı həyası itən
 Burda şəhid anası
 olub dilənçiyə tən
 Bilirsənmi haradır bura?
 -Vətəndir, Vətən!
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)