Fərid Muradzadə - Vidalaşıb çıxıb gedən dərvişəm.
Poeziya
Fərid Muradzadə - Vidalaşıb çıxıb gedən dərvişəm.
O dünyamı bu dünyamda görmüşəm
Vidalaşıb çıxıb gedən dərvişəm
Mirzə Sakit
Haqsızlığı dərk edəndən, görəndən,
Gözümdəki tor pərdəni siləndən,
O dünyanın cəfasını biləndən,
Bu dünyanın səfasından küsmüşəm,
Vidalaşıb çıxıb gedən dərvişəm.
Ömrüm fələk ələyində ələndi,
Yetim sevdam qapılarda süləndi,
Arzularım perik düşüb, pərəndi
Ümidimi itirmişəm, bezmişəm
Vidalaşıb çıxıb gedən dərvişəm.
"Y"hərifi dağ yüklədi belimə,
Həsrət, möhnət , qəm güc verdi təbimə
Yar dediyim yara vurdu qəlbimə
İnsan olan yar sözünü silmişəm
Vidalaşıb çıxıb gedən dərvişəm.
Öz odunda için-için qovrulub,
Əsən yellə , külək ilə sovrulub,
İnsanların yalanından yorulub,
Əsam ilə kəşkülümlə dərdişəm
Vidalaşıb çıxıb gedən dərvişəm.
Mövzuya uyğun linklər: